103
5.11. İbtidai təhsil pilləsi üçün mütəhərrik oyunlar
I S İ N İ F
Kosmonavtlar
Uşaqlar əl-ələ tutaraq dairə boyunca gedirlər və aşağıdakı
misraları oxuyurlar:
Sürətli raketlər gözləyir bizi
Uçub planetdə gəzməyimizi.
Biz hansını istəsək,
Onunla da uçarıq.
Oyunda bir sirr var:
Gecikənə yoxdur yer.
Axırıncı
söz deyilən kimi, bütün
uşaqlar raketdroma tərəf
qaçırlar və çalışırlar ki, raketlərin birində öz yerlərini tutsunlar.
Raketlərin
şəkilləri, əvvəlcədən meydançanın
müxtəlif səmtlərinə
çəkilir və hər raketin içərisində 2-dən 5-ə qədər kiçik dairələr olur.
Uşaqlar bunların içərisinə girib dayanırlar. Raketlərin yanlarında
həmin raketin hara uçacağı yazılır. Məsələn:
Y A Y: «Yer-Ay-Yer»
Y M Y: «Yer-Mars-Yer»
Y N Y: «Yer-Neptun-Yer»
Y V Y: «Yer-Venera-Yer»
Y C Y: «Yer-Saturn-Yer»
Raketlərdə uşaqların bir qisminə yer çatışmır.
Yer tuta
bilməyənlər meydançanın mərkəzindəki böyük dairələrin ortasında
toplaşırlar. Yer tutanlar isə uçuş yollarını
elan etməklə özlərini guya
kosmosda gəzən kimi təsəvvür edirlər. Sonra uşaqlar yenidən bir yerə
yığışır və əl-ələ tutub dairə boyunca gedərək oyunu davam etdirirlər.
Oyunda
o uşaqlar qalib gəlir ki, keçirilmiş uçuşların hamısında
özlərinə yer tutmuş və daha çox «uçmuşlar» (mümkün olan üç uçuşda).
Dostları ilə paylaş: