L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə61/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   227
Muteherrik ve eylenceli oyunlar

Metodik göstərişlər
: I. Oyun keçirilən sahəni xətlərlə cızmaq 
lazımdır və oyunçulara bu xətlərdən kənara çıxmağa icazə 
verilməməlidir. 2. Oyunu həm açıq meydançada, həm də idman zalında 
keçirtmək olar.
Hoppanan sərçələr 
 
Oyunçulardan bir nəfəri (aparıcı) «Böyük quş» hesab edilir. 
«Böyük quş» dairənin mərkəzində dayanır. 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə «sərçələr» iki ayaqları 
üzərində gah dairənin içərisində dayanır (hoppanır), gah da hoppanıb 
oradan çıxırlar. 
Sərçələr dairəyə dən yemək üçün daxil olurlar. «Böyük quş» isə 
onları dən yeməyə buraxmamağa çalışır. «Böyük quş» dairənin 
içərisində qaçaraq sərçələri dən yeməyə qoymamaq üçün onları 
dimdiyi ilə vurur (Əli ilə dairənin içərisinə toxunur). Vurulmuş «sərçə» 
müəllim tərəfindən qeydə alındıqdan sonra, oyun davam edir. 
Aparıcı tərəfindən heç vurulmamış sərçə qalib sayılır. 
Metodik göstərişlər
: I. Aparıcının (Böyük quşu) ya müəllim tez-
tez dəyişməli, ya da hər vurulmuş sərçə onu əvəz etməlidir. 2. 
Şagirdlərin sayına görə oyun bir neçə dəfə dairə ətrafında aparıla bilər. 
Belə olduqda müəllim özünə köməkçi-şagird ayırmalıdır. 3. Oyun 
fasilələrlə bir neçə dəfə təkrar olunur. 
 
 
 
 
 
Tülkü və toyuqlar 
 
Oyuna hazırlıq
: Dörd gimnastika skamyasını kvadrat şəkildə 
qoyurlar. Skamyaların arasında qalan sahə «toyuq damı» hesab olunur. 
Bütün «toyuqlar» burada yerləşirlər. 


110 
Aparıcı «tülkü» isə skamyaların arasında dayanır. 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə «tülkü» skamyanın 
üzərindən içəriyə tullanır və «toyuqlardan» mümkün qədər daha çox 
tutmağa (toxunmağa) çalışır. Bu vaxt «toyuqlar» gah tara (skamyanın 
üzərinə), gah da yerə hoppanmaqla özlərini xilas etməyə çalışırlar. 
Tara qalxmış toyuqlara tülkünün toxunmağa ixtiyarı yoxdur. Müəllim 
ikinci dəfə işarə verdikdə «tülkü» toyuq damından çıxır və tülkünün 
toxunmuş olduğu bütün «toyuqlar» hesaba alınır. Sonra aparıcı 
dəyişdirilir və oyun yenidən başlanır. 
Axırda tülkü tərəfindən tutulmamış və daha az tutulmuş 
oyunçular qalib sayılırlar. 
Metodik göstəriş oyunu
zal və meydançada 
keçirmək olar.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə