L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə64/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   227
Muteherrik ve eylenceli oyunlar

 Metodik göstəriş
: Oyun üçün lazım olan kisələri əvvəlcədən 
hazırlamaq lazımdır. 
 
Düz hədəf at! 
 
Oyuna hazırlıq
: Şagirdlər iki komandaya ayrılıb meydançanın 
qarşı tərəflərində bir-birindən 10-12 m aralıda üz-üzə cərgə ilə 
dayanırlar. Meydançanın mərkəzindən bir xətt çəkilir və bu xəttin 
kənarlarında 10 şəhərcik qurulur (yaxud qumbara, toppuz qoyulur). Bu 
komandanın oyunçularının hərəsinə bir kiçik top verilir. 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə əllərində top olan 
komandanın oyunçuları hamısı eyni vaxtda topları düz şəhərciklərə 
atmaqla onları vurub yıxmağa çalışırlar. Vurulmuş, yıxılmış 
şəhərcikləri bərpa edib yenidən qururlar. 
Digər komandanın oyunçuları atılmış topları yığıb, öz 
növbəsində, onlar da şəhərcikləri vurmağa çalışırlar. Beləliklə, növbə 
ilə komandalar hərəsi 4 dəfə hərəkəti yerinə yetiriblər. Vurulmuş 
şəhərciklərin hesabı aparılır. Axırda 4 dəfə atmadan sonra, hansı 
komanda daha çox şəhərcik yıxmış olarsa, həmin komanda qalib gəlir. 
Metodik göstərişlər
: 1. Şəhərcik qurmaq üçün ağacları və atma 
üçün lazım olan kiçik topları əvvəlcədən uşaqların özlərinə hazırlatmaq 
olar. 2. Topları adi keçə parçadan, əskidən və s. hazırlamaq olar. 3. 
Oyunda qarışıqlıq düşməmək üçün kimin atdığı topu kim götürməli 
olduğunu müəllim əvvəlcədən tapşırmalıdır. 


114 
Zolaqlar üzərindən hoppanma 
 
Oyuna hazırlıq
: Meydançada xətlərlə (iplərlə) koridor düzəldilir. 
Koridorun eni 2,5 m olur. Bunu ensiz 30 sm və enli 50 sm zolaqlara 
ayırırlar. Cəmi 6-7 zolaq olur. Enli zolaqlardan təkan verirlər, ensiz 
zolaqlar üzərindən isə hoppanırlar. Sinif şagirləri cərgə ilə düzülür. 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə hər bir komandanın birinci 
oyunçusu gəlib koridorun axırında dayanır.
«Başla» komandası ilə hər üç oyunçu cüt ayaqlarla ensiz zolaqların 
üzərindən hoppanmağa başlayırlar. Onlar ensiz zolaqların üzərindən 
hoppanıb enli zolaqlara düşməməlidirlər. 
Hansı oyunçu 6-8 dəfə düzgün hoppansa (dar zolaqları basmasa) 
öz komandasına bir xal qazandırmış olur. 
Bu qayda ilə nömrəlilər və eləcə də bütün başqa oyunçular 
hoppanırlar. 
Axırda daha çox xal qazanmış komanda qalib gəlir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə