L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə65/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   227
Muteherrik ve eylenceli oyunlar

Metodik göstərişlər
: I. Dərsin səmərəliliyini artırmaq üçün 
oyunu bir və iki koridorda keçirtmək olar. Bu zaman müəllim özünə 
köməkçi şagirdlər ayırmalıdır. 2. Hoppanan zaman dar zolağı basmış 
oyunçu oyunu davam etdirir, lakin komandaya xal qazandırmır. 3. 
Hoppanmaların sürəti nəzərə alınmır. 
Oyunun başqa variantları
: Meydançada 30 sm enində 3 zolaq 
çəkilir. Zolaqlar bir-birindən 40-50 sm aralı olur. Birinci zolaqdan 40-
50 sm aralı bir start xətti çəkilir. Üç komanda təşkil edilir və 
komandalar zolaqların ətrafında cərgə ilə dayanırlar. Müəllimin işarəsi 
ilə birinci oyunçular (hər komandadan bir nəfər) gəlib start xəttindən 5 
m aralı dayanır. «Marş» komandası ilə onlar qaçırlar, start xəttində bir 
ayaqları ilə təkan vurub birinci zolağın üzərinə düşürlər. Qalan 
oyunçular da bu cür tullanırlar. 
Sonra oyunçular daha iki dəfə qaçmaqla ikinci və üçüncü 
zolaqlara tullanırlar. İkinci zolağın üzərinə düşmüş oyunçu iki xal, 
üçüncüyə düşmüş üç xal qazanır. 
Daha çox xal qazanmış komanda qalib sayılır. 
Qaydalar
: I. Start xəttindən kənarda təkan vurmuş oyunçu 
zolağın üzərinə düzgün düşsə də, ona xal verilmir. 2. Tullanmanı təkrar 
etməyə icazə verilmir. 


115 
Milli xalq oyunları 
 
Bənövşə 
 
Uşaqlar özlərinə iki başçı seçirlər. «Halay-halay» gəlməklə iki 
dəstəyə ayrılırlar. Dəstələr bir-birindən yüz addım aralı əl-ələ tutmaqla 
cərgə təşkil edib qarşı-qarşıya dayanırlar. Başçılardan biri o birisinə 
deyir: 
Birinci başçı: - Bənövşə. 
İkinci başçı: - Bəndə düşə. 
Birinci başçı: - Bizdən sizə Kim düşə? 
İkinci başçı uşaqlardan birinin adını çəkib deyir: 
- Əli yaxud Qəmər düşə. 
Əli yaxud Qəmər cərgədən ayrılıb yüyürə-yüyürə əl-ələ tutmuş 
uşaqların cərgəsini yarmalıdır. Burada güclülük əsas şərtlərdəndir. 
Əgər oyunçulardan biri güclə əl-ələ tutmuş uşaqların əlini bir-birindən 
ayırıb o biri tərəfə keçsə, bir uşaq da götürüb yenə də öz əvvəlki yerinə 
qayıdır. Yox, əgər keçə bilməsə, orada qalmalı, o dəstəyə qoşulmalıdır. 
Hansı dəstə uşaqların hamısını öz tərəfində saxlaya bilsə, o dəstə 
oyunda qalib gəlir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə