L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Şəkil 3.  «Tülkü və toyuqlar» oyunu 1-ci yuva; 2-ci-tülkü; 3-cü- toyuqlar; 4-cü-müəllim; 5-ci-skamyalar



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə62/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   227
Muteherrik ve eylenceli oyunlar

Şəkil 3. 
«Tülkü və toyuqlar» oyunu 1-ci yuva; 2-ci-tülkü; 3-cü-
toyuqlar; 4-cü-müəllim; 5-ci-skamyalar 

 
 
 
 
 
 
 


111 
 
 
 
 
 
Şəkil 4. 
«Dovşanlar, gözətçi və Tula» oyunu. 1-ci «dovşanlar»; 2-ci 
«gözətçi»; 3-cü «Tula»; 4-cü-«ev»; 5-ci «həyət»; 6-cı «bostan». 
 
 
Dovşanlar, gözətçi və Tula 
 
Oyuna hazırlıq
: Oyun meydançasını xətlərlə hissələrə ayırırlar. 
Meydançanın qısa xətlərindən 2-3 addım qabağa bir xətt, onlardan da 
3-4 addım qabağa yenə bir xətt çəkilir. 
Bir sahədə gözətçi, ikinci sahədə (həyətdə) tula dayanır. 
Meydançanın mərkəzində hasar çəkilir. Məşğələdən azad edilmiş 
şagirdlər, yaxud müəllimin tapşırığı ilə bir neçə şagird hoppanma 
xətlərindən (iplərindən) 40-60 sm. hündürlükdə maneə tuturlar, hasar 
ilə ikinci xəttin arasında sahə bostan adlanır. Meydançanın qarşısındakı 
xətdən 3-4 addım qabaqda 4 dairədən ibarət dovşan yuvaları çəkirlər. 
Oyunu aparmaq üçün iki nəfər aparıcı ayrılır, onlardan biri gözətçi, biri 
tula olur. Qalan oyunçuların hamısı «dovşan» sayılır və dovşan 
yuvalarında yerləşirlər. 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə hər yuvada dayanmış 
birinci 3 dovşan qaçıb hasarın üzərindən tullanır, bostana daxil olaraq 
hoppanıb düşür və «kələm yeyirlər». Bu vaxt müəllimin birinci şərti 
işarəsi ilə gözətçi həyətə çıxır, ikinci işarə ilə üç dəfə əl çalır (sanki 
tüfəngdən atəş açır). 
Birinci atəşdən sonra dovşanlar öz yuvalarına doğru qaçırlar. 
Geriyə qaçarkən onlar hasarın (ipin) altından keçməlidirlər və elə 
etməlidirlər ki, ona toxunmasınlar. 
Üçüncü atəşdən sonra «tula» dovşanları tutmağa buraxılır. Tula 
hasarın üstündən tullanaraq hansı dovşana çatarsa, ona əli ilə toxunur. 
Tutulmuş dovşan yerində dayanır, dovşanlar öz yuvalarına girdikdən 
sonra onlara toxunmaq olmaz. 
Qaçanlar keçib axırda dayanırlar. Müəllim tutulmuş dovşanları 
və sonra öz yuvalarına buraxır. Yuvalarda olan dovşanların hamısı 


112 
qaçana qədər oyun davam edir, hər növbəti qaçışdan sonra gözətçi ilə 
tula rollarını dəyişirlər. Oyunda bir dəfə də olsun tutulmayanlar ən cəld 
dovşanlar hesab olunurlar. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə