L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə58/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   227
Muteherrik ve eylenceli oyunlar

Metodik göstəriş
: Oyunda hamı dizləri yuksəyə qaldırmaqla 
qaçır. Bu qaydanı pozanı iki dəfə uduzmuş hesab edirlər. Özünə yer 
tutmuş atlını itələməyə icazə verilmir. 
 
 
 
Bayquş 
 
Uşaqlar əllərində qum doldurulmuş kisə tutaraq meydançada 
sərbəst gəzişirlər. «Gecə» komandası verilən zaman onlar əllərindəki 
kisələri başlarına qoyub, qollarını yanlara açaraq pəncələr üzərində 
meydançanın ətrafında gəzişirlər. «Bayquş» (aparıcı) onların arasında 
gəzişir və nəzarət edir. Əgər kim kisəni yerə salsa və ya düşməkdə olan 
kisəni əl ilə tutsa, «bayquş» onu yuvasına aparır. «Gündüz» 
komandası verilərkən «Bayquş» öz yuvasına çəkilir, oyunçular isə 
sərbəst olaraq qaçışır, rəqs edir, vəhşi heyvanları, quşları yamsılayırlar. 
Uşaqlar bu hərəkətləri bir də «Gecə» komandası verilənə qədər təkrar 
edirlər. «Gecə» komandası veriləndən sonra «Bayquş» yenə də öz 
yuvasından çıxır və vəzifəsini yerinə yetirir. Oyun belə davam edir. 


106 
Oyunda «Bayquş» tərəfindən heç tutulmamış uşaqlar qalib 
gəlirlər. 
 
Topu qonşuna ötür 
 
Şagirdlər bir cərgədə düzülürlər. Müəllimin «Başla» komandası 
ilə birinci oyunçular topu yaxında dayanmış qonşu oyunçuya, o da öz 
növbəsində qonşu oyunçuya verir və i.a. ötürməyə başlayırlar. 
Top bu qayda ilə axırıncı oyunçuya qədər ötürülür və axırıncı 
oyunçular topu qəbul edən kimi tez yuxarıya qaldırırlar. Bunu birinci 
edən komandaya qələbə xalı verilr və oyun yenidən başlanır. Oyunu 3-
4 dəfə keçirmək olar. Axırda hansı komandanın qələbə xalı çox, cərimə 
xalı az olursa, həmin komanda qalib gəlir. 
Metodik göstərişlər
: 1. Müəllim hər iki cərgədə topun düzgün 
ötürülməsinə nəzarət etmək üçün münasib yer seçməlidir. 2. Qonşunu 
arada qoyub, topu başqasına ötürməyə, topu havadan atmağa, cərgədən 
çıxıb topu almağa və s. icazə verilməməlidir. 3. Bu qaydalar 
pozuzlduqda komandaya cərimə xalı verilir və bu xallar axırda nəzərə 
alınır. 4. Topu baş üzərindən ayaqlar arasından keçirməklə ötürmək 
kimi variantlardan da istifadə edib oyunu keçirmək olar. 5. Oyunun 
əhəmiyyəti və qaydaları nəzəri məlumat kimi şagirdlərə çatdırmalıdır. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə