L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə54/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   227
Muteherrik ve eylenceli oyunlar

5.7. Oyunların məzmununun şərhi 
 
Oyunlar söz, əyanilik, müşahidə metodları ilə şagirdlərə izah 
oluna bilər. Ümumiyyətlə, oyunların şərhi onun əyani olaraq 
göstərilməsi ilə başa çatmalı, sonra isə bir neçə dəfə nümayiş 
etdirilməlidir, yəni keçirilməlidir. 
İzah elə olmalıdır ki, uşaqların hamısı oyunun keçirilmə 
qaydalarını, xalların verilməsini, aparıcının vəzifələrini, hakimlərin 
vəzifələrini, oyunda qalibgəlmə şərtlərini bilsinlər. 
Yaxşı olar ki, müəllim əvvəlcə sınaq oyunu keçirsin, buraxılmış 
nöqsanları göstərsin. 
Oyunu izah edərkən sinifi elə düzməli və müəllim elə yerdə 
durmalıdır ki, şagirdlərin hamısı onu yaxşı gögrsün və dediklərini 
aydın eşitsinlər. Oyunun izahı və göstərilməsi birbaşa meydançada, 
oyun başlanan yerdə təşkil olunmalıdır. 
İzahat qısa, aydın və başa düşəcəyi tərzdə olmalıdır. Tanış 
oyunun isə geniş və ətraflı izahına ehtiyac yoxdur. 


100 
Bir qayda olaraq, oyun bir neçə dəfə təkrar olunur. Oyundan 
sonra buraxılmış nöqsanlar uşaqların nəzərinə çatdırılır, qaydaları 
pozan uşaqların adı çəkilir, onlar məzəmmət olunur. Oyunun 
qaydalarını mütəmadi olaraq pozan uşaqlar oyundan kənar edilir və ya 
məzəmmət edilir və yaxud da onlara xəbərdarlıq edilir. Oyunun izahı 
zamanı uşaqların əhval-ruhiyyəsi, yorğunluğu, marağı və həmin oyuna 
münasibəti, idman fəallığı nəzərə alınmalıdır. 
5.8. Mütəhərrik oyunlar 
üçün oyun meydançasının düzəldilməsi 
 
Mütəhərrik oyunlar üçün meydança məktəbyanı meydançanın 
çox və həm də mərkəz hissəsini tutmalıdır. Mütəhərrik oyun 
meydançasında hər oyunçuya təxminən 5-6 m sahə düşməlidir. O, 
hamar olmalı və təmiz saxlanılmalıdır, toz əmələ gətirməməli, eləcə də 
oyuna aid bütün qayda-qanuna uyğun düzəldilməlidir. Mütəhərrik 
oyun meydançası, həmçinin dərsin, dərsəqədər səhər gimnastikasının 
və tənəffüslərdə aparılan tədbirlərin, bədən tərbiyəsi-sağlamlıq işlərinin 
keçirilmə yerinə verilən tələblərə tam uyğunlaşdırılmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə