L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə56/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   227
Muteherrik ve eylenceli oyunlar

Yoxlama-test suallar 
 
 
1.Görkəmli pedaqoqlar oyunlar haqqında
2.Mütəhərrik oyunların pedaqoji xarakter xüsusiyyətləri 
3.Mütəhərrik oyunların tərbiyəvi əhəmiyyəti 
4.Mütəhərrik oyunların hərbi-tətbiqi əhəmiyyəti 
5.Mütəhərrik oyunların sağlamlıq əhəmiyyəti 
6.Mütəhərrik oyunların təhsil əhəmiyyəti 
7.Mütəhərrik oyunların növləri 
8.Oyun fiziki tərbiyənin mühüm vasitəsidir 
9.Oyun milli mədəniyyətimizin tərkib hissəsi kimi 
10.Oyunların seçilməsi şərtləri 
11.Oyunun keçirilməsi üçün görülən hazırlıq işləri 
12.Oyunun təşkili və keçirilməsi üçün lazım olan işlər 
13.Mütəhərrik oyunların təlim prinsipləri 
14.Mütəhərrik oyunların məzmununun şərhi 
Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.Mütəhərrik oyunlar fiziki tərbiyənin vasitəsidir 
2.Oyunların sağlamlığın möhkəmləndirilməsində əhəmiyyəti 
3.Xalq oyunları milli mədəniyyətimizin tərkib hissəsi kimi 
4.Klassiklərin əsərlərində milli oyunların yeri 


103 
5.11. İbtidai təhsil pilləsi üçün mütəhərrik oyunlar 
 
I S İ N İ F 
 
Kosmonavtlar 
 
Uşaqlar əl-ələ tutaraq dairə boyunca gedirlər və aşağıdakı 
misraları oxuyurlar: 
Sürətli raketlər gözləyir bizi 
Uçub planetdə gəzməyimizi. 
Biz hansını istəsək, 
Onunla da uçarıq. 
Oyunda bir sirr var: 
Gecikənə yoxdur yer. 
Axırıncı söz deyilən kimi, bütün uşaqlar raketdroma tərəf 
qaçırlar və çalışırlar ki, raketlərin birində öz yerlərini tutsunlar. 
Raketlərin şəkilləri, əvvəlcədən meydançanın müxtəlif səmtlərinə 
çəkilir və hər raketin içərisində 2-dən 5-ə qədər kiçik dairələr olur. 
Uşaqlar bunların içərisinə girib dayanırlar. Raketlərin yanlarında 
həmin raketin hara uçacağı yazılır. Məsələn: 
Y A Y: «Yer-Ay-Yer» 
Y M Y: «Yer-Mars-Yer» 
Y N Y: «Yer-Neptun-Yer» 
Y V Y: «Yer-Venera-Yer» 
Y C Y: «Yer-Saturn-Yer» 
Raketlərdə uşaqların bir qisminə yer çatışmır. Yer tuta 
bilməyənlər meydançanın mərkəzindəki böyük dairələrin ortasında 
toplaşırlar. Yer tutanlar isə uçuş yollarını elan etməklə özlərini guya 
kosmosda gəzən kimi təsəvvür edirlər. Sonra uşaqlar yenidən bir yerə 
yığışır və əl-ələ tutub dairə boyunca gedərək oyunu davam etdirirlər. 
Oyunda o uşaqlar qalib gəlir ki, keçirilmiş uçuşların hamısında 
özlərinə yer tutmuş və daha çox «uçmuşlar» (mümkün olan üç uçuşda). 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə