L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə55/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
5.9. Oyun meydançasının və idman zalının 
işarə olunması 
 
Meydança dərsdən qabaq işarələnməlidir. Əgər oyun çox iş tələb 
etmirsə, onda işarələnmə uşaqların iştirakı ilə yerinə yetirilir. 
Zədələnmələrin qarşısını almaq üçün oyun keçirilən yerdə təhlükəli 
əşyalar vardırsa (daşlar, ağaclar, butulka və digər şüşə sınıqları, dəmir 
və dəmir qalıqları) onlar yığışdırılmalı, həmin sahə təmizlənməlidir. 
Zalda qaçış və estafet xarakterli oyunlar keçirilərsə, qarşıya 
çıxacaq divardan gimnastika döşəkləri asılmalı, yaxud da həmin sahədə 
oyunda iştirak etməyən uşaqlar durmalıdır. Bu ona görə edilir ki
uşaqlar qaçarkən özlərini saxlaya bilməyib divara toxuna bilər və 
zədələnər. 


101 
Oyunun maraqlı və səmərəli keçməsi məqsədilə müəllim ən fəal 
fiziki cəhətdən güclü, cəld uşaqlardan aparıcı və başçı seçməlidir. 
Bu əksinə də ola bilər. Yəni, təşkilatçılıq və idarə etmə qabiliyyətini 
inkişaf məqsədilə zəif olan uşaqlardan da aparıcı, başçı seçmək 
məsləhətdir. 
 
 
5.10. Oyun ləvazimatlarının hazırlanması 
 
Dərsə hazırlığın əsas cəhətlərindən biri dərs üçün lazım olan 
ləvazimatların vaxtında hazırlanmasıdır. Mütəhərrik oyunların 
keçirilməsi üçün kiçik bayraqlar, fit, saniyəölçən, hoppanma ipləri, 
kiçik toplar (tennis), basketbol və voloeybol topları, doldurulmuş 
toplar, gimnastika ağacları və s. lazımdır. 
İnventar 
parlaq 
rənglə, 
zövqlə 
boyanmalı, 
səliqəli 
düzəldilməlidir. Onlar çəkisinə, həcminə və ölçüsünə görə uşaqların 
yaşına uyğun olmalıdır. Oyunların ləvazimatlarla lazımınca təmini 
tədrisin səmərəliliyini yüksəltməklə bərabər məşğul olanların 
məşğələyə olan marağını da xeyli dərəcədə artırır. Konkret desək, 
şagirdlərin boş dayanmaları aradan qaldırılır, nizam-intizamın 
pozulmasına şərait yaranmır və beləliklə məşğələnin intensivliyi 
kifayət qədər yüksəlir. 


102 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə