L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə66/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   227
Muteherrik ve eylenceli oyunlar

Çağırış 
 
Oyunçular iki dəstəyə bölünüb, meydançanın əks tərəfində 
cərgəyə düzülür və nömrələnirlər.
Hər dəstənin qarşısında cərimə xətti çəkilir. Meydançanın 
ortasında diametri 1 m olan dairə çəkilir və mərkəzinə toppuz 
qoyulur.Müəllimin işarəsi ilə nömrəsi çağırılan oyunçu cəld dairəyə 
tərəf qaçır, toppuzu götürüb öz dəstəsinə çatdırmağa tələsir. Bu 
müddətdə digər dəstənin oyunçusu cərimə xəttinə çatana qədər əli ilə 
rəqibinə toxunmağa çalışır. Tutulmayan bir xal qazanır. Daha çox xal 
toplayan dəstə qalib gəlir.Qaçış zamanı oyunçunu itələmək və 
toppuzunu əldən zorla almaq olmaz. 


116 
Durma, qaç 
 
Oyunçular ki dəstəyə bölünür. Dəstələr bir-birindən 10-12 m 
aralıda sıraya düzülürlər. Hər dəstənin qarşısında diametri 1 m olan 
dairə çəkilir. Müəllim oyunçuları nömrələyir.
Nömrəsi çağırılan oyunçular dairəyə girib, üzü öz dəstələrinə 
tərəf qaçış vəziyyəti alırlar. Müəllimin «başla» komandası ilə hər iki 
oyunçu öz dəstəsinin sol tərəfi ilə qaçaraq dəstənin ətrafına dolanır və 
cəld öz dairəsinə daxil olmağa çalışır. Daha tez dairəyə girən oyunçu 
bir xal qazanır. Çox xal toplayan dəstə qalib gəlir. Qaçarkən bir-birini 
itələmək olmaz. 
Şəkil 5. 
«Zolaqlar üzərindən hoppanma» oyunu 
 
II S İ N İ F 
Şəkil sərgisi 


117 
 
Oyuna hazırlıq
: Oyunun qaydaları şagirdlərə izah edilir. 
Onlardan üç nəfər aparıcı seçilir. Bunlardan biri sərginin «müdiri», 
ikisi isə «tamaşaçı» rolunu ifa edir. 
Sonra oyunda iştirak edənlər (aparıcılardan başqa) meydançaya 
dağılışırlar. Onlar öz duruşları ilə hansı şəkli təsvir edəcəkləri haqqında 
bir-biri ilə, yaxud «müdirlə» məsləhətləşirlər. Hər hansı bir şəkli bir, 
iki və ya üç nəfər təsvir edə bilər. Məsələn, xizək sürənin, at çapanın, 
futbolçunun, boksçunun, qılınc oynadanın və b. idmançıların əsas çıxış 
vəziyyətlərini təsvir etmək (yamsılamaq) olar. 
Uşaqlar müəllimin işarəsi ilə meydançanın kənarına düzülüb 
düşündükləri hadisəni təsvir edirlər. Hamı hazır olduqdan sonra 
müdirin «üç-dörd» komandası ilə hamı bir səslə deyir: «Sərgi açıqdır». 
Oyunun gedişi
: Bütün şəkillər hazır olduqdan sonra və müdir 
sərgini açdıqdan sonra tamaşaçılar şəkillərin arası ilə gəzişirlər. 
Tamaşa 16 saniyə davam edir. Sonra müdir ikinci dəfə komanda verir: 
«üç-dörd». Bu zaman oyunda iştirak edənlər «Sərgi bağlıdır» - deyə 
azad vəziyyəti alır və öz yerlərində dayanırlar. Tamaşaçılar üç şəklin 
adını çəkirlər. Ən yaxşı şəkli təsvir etmiş oyunçular aparıcı olur, 
əvvəlki aparıcılar isə oyunçulara qoşulurlar. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə