L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə60/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
 
İki şaxta 


108 
 
Oyuna hazırlıq:
Meydançanın müxtəlif yerlərində dördbucaq 
şəklində iki növ «ev» çəkilir. Oyunçular bu «evlərə» doluşub 
gözləyirlər. Onların içərisindən iki nəfər «şaxta» rolunu oynayır. Hər 
iki «şaxta» özlərinin arasındakı sahədə sərbəst dayanırlar.
Oyunun gedişi
: Müəllimin işarəsi ilə iki «şaxta» aşağıdakı 
sözləri oxuyur: 
Biz iki cavan qardaşıq, 
Mən qırmızıburun şaxtayam. 
Mən göyburun şaxtayam. 
Hər kəs bizdən qorxmursa,
Qoy bu evdən yola çıxsın. 
Uşaqlar bir səslə cavab verirlər: 
- Biz şaxtadan qorxmuruq. 
Bunu deyən kimi uşaqlar evdən çıxıb o biri «evə» tərəf qaçırlar. 
«Şaxtalar» onları tutmağa, yaxud əlləri ilə toxunmağa çalışırlar. Onlar 
qaçanlardan kimə toxunsalar, həmin oyunçu tərpənmədən yerində 
«donub» qalır (növbəti qaçışa qədər). Qaçıb qarşı tərəfdəki «evə» 
dolmuş uşaqlara toxunmaq olmaz. Sonra yenə də mahnının sözləri 
oxunur və uşaqlar cavab verirlər, bununla da oyun davam edir. Ancaq 
oyunda bu dəfə meydançada donub qalmış uşaqlar da qaçıb özlərini 
xilas edə bilərlər. Oyun bir neçə dəfə təkrar edilir.
Axırda iki «şaxta» tərəfindən heç tutulmayan, yaxud nisbətən az 
tutulan oyunçular qalib gəlirlər. 
 
 
Ləkə vurma 
 
Oyuna hazırlıq
: Oyunçular sərbəst şəkildə meydançaya 
dağılışırlar. Bir nəfər aparıcı «Ləkə» təyin edilir. Aparıcı ortaya çıxıb 
bərkdən deyir: «Mən ləkəyəm». Uşaqlar onu tanıyırlar. 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə aparıcı oyunçuları qovur
və onlara çatıb əli ilə toxunmağa, «ləkə vurmağa» çalışır. Oyunçular 
isə qarmaqla özlərini mühafizə edirlər. Aparıcı onlardan hansına 
toxunarsa, həmin oyunçu aparıcını əvəz edir, əvvəlki aparıcı isə
oyunçulara qoşulur. Aparıcı «ləkələnmiş» oyunçunu yerində
dayanır və əlini yuxarıya qaldıraraq deyir: «Mən ləkəyəm», bundan
sonra oyun yenidən


109 
başlayır. Təzə «ləkə» həmin anda köhnə ləkəyə toxunmamalıdır. 
Oyun müəyyən vaxt ərzində (8-12 dəqiqə) keçirilir. Axırda heç 
ləkələnməmiş oyunçular qalib sayılırlar. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə