L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

kim tərəfin dən icra olunduğunu, yəni subyektini müəyyənləşdirmək tələb olu -
nur. Nəzərə almaq lazımdır ki, dil qaydalarına keçid tapşırıqlarının əsas məqsədi
konkret nitq materialı əsasında şagirdlərdə müvafiq qrammatik kateqoriya ilə
bağlı ilkin empirik təsəvvür yaratmaqdır. Ona görə də bu mərhələdə hələ ki
“məlum növ”, “məchul növ” kimi dilçilik terminlərinin işlənməsi məqsədəuyğun
deyil.
5, 6, 8 və 9-cu tapşırıqlar yeni əldə olunmuş biliklərin tam qavranılmasına
və möhkəmləndirilməsinə xidmət edir. 
7-ci tapşırıqda şagirddən məlum növdə verilmiş feilləri məchul və şəxssiz
növdə işlətməklə mətni dəyişmək tələb olunur. Müvafiq qrammatik kateqori -
ya nı mənimsətməklə yanaşı, bu tapşırıq şagirdlərdə elmi-kütləvi və publisistik
mətn yazmaq bacarığını formalaşdırmağa xidmət edir. 
Müəllimin nəzərinə!
Mətn belə dəyişəcəkdir: 
Hüseyn Cavid haqqında maraqlı tədqiqat aparıldı. İlk növbədə, ədibin
bir çox əsərləri nəzərdən keçirildi. Onun Şərq və Qərb mədəniyyətinə
münasibəti araşdırıldı. Təqdim olunan tədqiqatda H.Cavidin yaradı -
cılığına obyektiv münasibət bildirildi.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.   
31
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


Dərs 4. SƏHV DÜŞƏNDƏ YERİMİZ (2 saat)
 
Motivasiya
Müəllim iki oxşar qabda şəkər tozu və duz qoyur. Sual verir:
– Siz çaya şəkər tozu tökmək əvəzinə duz tökürsünüz. Fərqinə varmadan
içmək istəyirsiniz. Sizə necə təsir bağışlayacaq?
Müxtəlif cavablar alan müəllim həyatda yeri səhv düşən hər bir halın müx -
təlif fəsadlar törədə biləcəyini qeyd edib şeirin oxusuna başlaya bilər.
Dinləmə
(St. 1.1.1) 
Şagirdlərin nəzmlə yazılmış bədii nümunələr üzərində iş ba ca rı -
ğı əvvəlki siniflərdə formalaşmışdır. Onu daha da inkişaf etdirmək üçün kom p -
leks iş aparmaq lazım gəlir. Bura oxu texnikası, məzmunun, ideyanın
mə  nimsə nilməsi və fikrin ifadə formaları – bədii ifadə vasitələri daxildir. Çalış -
maq la zım dır ki, müəllifin çatdırmaq istədiyi fikir bütün detalları ilə açıq lan sın.
Şeirin məzmununa uyğun səs tonu seçmək də vacibdir.   Buna görə də əvvəlcə
şeirin peşəkar aktyor tərəfindən deklamasiyasını dinləmək məqsədəuyğun -
dur 
(http://www.youtube.com/watch? v=o_7jzpQ53x4). 
Şeir səsləndiril məzdən
əvvəl şagirdlərə tapşırılır ki, şeiri dinləyərkən məzmunla yanaşı, aktyorun səs
tonuna, səsləndirmə zamanı edilən fasilələrə diqqət yetirsinlər.
Standartlar
Təlim nəticələri
1.1.1. Dinlədiyi məlumatda ton, əhvali-
ruhiyyə və emosiyanı müəyyən edir.
Şeiri dinləyərkən deklamasiyadakı ton,
əhvali-ruhiyyə və emosiyanın təsirini
izah edir.
2.2.1. Səs tonu, temp və fasiləni göz -
lə məklə mətni oxuyur. 
Şeirin poetikasına və ifadə etdiyi fikrə
uyğun səs tonu seçir.
2.2.3. Mətndəki fikrə münasibətini əlavə
fakt və məlumatlarla əsaslandırır.
Həyatda gördüklərindən misal gətir mək -
 lə mətndəki fikrə münasibətini əsas -
landırır.
1.2.1. Fikrini müxtəlif formalarda ifadə
edir.
Fikrini əsaslandırmaq üçün mətn qurub
təqdim edir.
2.1.1. Tanış olmadığı sözlərin konteks -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözləri kontekstdəki mə -
nasına uyğun olaraq cümlələrdə işlədir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
for malarında (ifadə, inşa, esse, heka -
yə) ifadə edir.
Mətnin ideyasına uyğun mövzuda esse
yazır.
4.1.2. Sözləri ümumi qrammatik məna -
la rına görə fərqləndirir.
Qrammatik formaya və kon  tekstə görə
feillərin qrammatik məna növünü
müəy yənləşdirir.
32

BÖLMƏ
Çap üçün deyil


Şagirdlər deklamasiyanı dinlədikdən sonra şeirin onlarda yaratdığı ovqatı,
təəssüratı bölüşür, bunların nəyin hesabına yarandığını izah edirlər.
Oxu
(St. 2.2.1; 2.2.3)
Şagirdlər şeirdəki bəndlərin sayın a görə dörd qrupa
bölünürlər. Hər qrup müvafiq bəndi məzmuna uyğun intonasiya ilə oxumalı
və aşağıdakı tapşırıqları yerinə yetirməlidir.
I qrup:
– Müəllif “Müsibət oluruq biz, Səhv düşəndə yerimiz” fikrini necə əsas -
landırır? Həyatdan misallar gətirməklə siz də bu fikri əsaslandırmağa çalışın. 
– “Qiyamət” sözünün mənasını kontekstə uyğun izah edin (1-ci tapşırıq).
II qrup:
– Müəllif “Dözümsüz oluruq biz, Səhv düşəndə yerimiz” fikrini necə
əsaslandırır? Həyatdan misallar gətirməklə siz də bu fikri əsaslandırmağa
çalışın. 
– “Ümman” və “oturar” sözlərinin mənasını kontekstə uyğun izah edin.  Nə
üçün şair bu cür müqayisəyə müraciət edib? (1-ci tapşırıq)
III qrup:
– Müəllif “Gərəksiz oluruq biz, Səhv düşəndə yerimiz” fikrini necə əsas -
landırır? Həyatdan misallar gətirməklə siz də bu fikri əsaslandırmağa çalışın. 
– Şeirdən və aşağıdakı misralardan çıxış edərək Muğan və Talış bölgələri
haqqında hansı qənaətə gəldiyinizi söyləyin (2-ci tapşırıq). 
Göyçə qar əlindən zara gəlibdi,
Muğan həsrət çəkər: a yağa qar, qar... (Aşıq Ələsgər)
IV qrup:
– Müəllif “Xaric səslənirik biz, Səhv düşəndə yerimiz” fikrini necə
əsaslandırır? Həyatdan misallar gətirməklə siz də bu fikri əsaslandırmağa
çalışın. 
– “Pərdə”, “xaric vurmaq” və “xaric səslənmək” ifadələrini izah edin (1-ci
tapşırıq).
Təqdimatlar nəticəsində şeirdəki əsas fikir müəyyənləşdirilir, ayrı-ayrı mis -
ralardakı şərhə ehtiyacı olan söz və ifadələr izah olunur.
Müəllimin nəzərinə! Şagirdlərin yaş səviyyəsini nəzərə alaraq onlar-
dan fəlsəfi yanaşma gözləmək düzgün deyil. Şeirdəki fikirlərlə bağlı
şagirdlərin həyatdan gətirdikləri misallar çox sadə ola bilər. Məsələn,
hər hansı bir şagird sinif nümayəndəsi seçilib, lakin idarəetmə bacarığı
olmadığına görə bu vəzifəyə layiq deyil və s. 
Danışma
(St. 1.2.1) 
3-cü tapşırığı yerinə yetirmək üçün şagirdlər qruplar üzrə iş lə -
məkdə davam edirlər. 
33
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə