L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

qar şılıq-birgəlik növdədir. Şagirdlərə bu növlərin adını çəkmədən, sadəcə,
sub yektlə obyektin münasibətinin hərəkətdə necə əks olunduğunu izah etmək
lazımdır. 
Müəllimin nəzərinə! Nəzərə almaq lazımdır ki, şagirdlər ilk dəfə olaraq
bu qrammatik kateqoriya ilə rastlaşırlar. Ona görə də bəzi cümlələrdə
obyekt, subyekt münasibətlərini müqayisə etməkdə çətinlik çəkə bi -
lərlər. Məsələn, onlar “Amma bu an qəfildən atəş açıldı” cümlə sin  də
“atəş” sözünü subyekt kimi götürə bilərlər. Belə hallarda müəl  lim yö -
nəldici suallarla “atəş açmaq” ifadəsində iki sözün bir ləşərək müəy -
yən hərəkət bildir di yini şagirdlərə anladır. 
9-cu tapşırıq şagirdlərdə subyekt və obyekt anlayışlarının daha dərindən
mənimsədilməsinə xidmət edir.
10-cu tapşırıq vasitəsilə şagirdlərdə feilin qrammatik məna növləri haq -
qında ilkin anlayışlar formalaşdırılır. 
11-ci tapşırığın verilməsində məqsəd feillərin qrammatik məna növlərinin
xüsusi şəkilçi vasitəsilə yaranması haqqında təsəvvür yaratmaqdan ibarətdir.
Belə ki, şagirdlər əvvəlcə verilmiş feilləri cümlədə işlətməlidirlər, subyekt və
obyekti müəyyənləşdirəndən sonra feili kök və şəkilçiyə ayıraraq şəkilçini
tapırlar. Əlavə olaraq şagirdlərə məlum növdə olan daha bir neçə feil vermək
olar ki, müəyyən etdikləri şəkilçilərin köməyi ilə yeni feillər düzəldib cümlədə
işlətsinlər.
12-ci tapşırıqda VI sinifdə keçilənlərə istinad olunduğuna görə o, çətinlik
dərə cə si yüksək olan tapşırıq kimi qırmızı ulduzla işarələnib. Bu tapşırıqda
şa gird lər cümlələrin qrammatik əsasını müəyyənləşdirirlər. Adətən, cümlədə
subyekt mübtəda kimi çıxış etdiyi halda, şagirdlər bəzi cümlələrdə obyektin
mübtəda vəzifəsində oduğunu üzə çıxarırlar. Bu tapşırıq növbəti dərsə keçid
üçün vasitə də ola bilər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.   
28

BÖLMƏ
Çap üçün deyil


Dərs 3. SON YARPAQ (3 saat)
Motivasiya
Müəllim 6-cı sinifdə keçilmiş “İnam” və “Ümid” mətnlərini xatırladır. Sual: 
– Ümid şamının söylədiyi: “Nə qədər ki mən yanıram, həyat işıqlı olacaq”, 
– sözlərini necə izah edə bilərsiniz?
Müəllimin nəzərinə!
“İnam” mətnində deyilir ki, şüa günəşdən bir zərrə götürüb yer üzünün
ən yaxşı insanına vermək istəyir və bu məqsədlə belə bir insanın
axtarışına çıxır. Xeyli axtardıqdan sonra o, zər rəciyi adi bir rəngsazın
qəlbinə salır. Bundan sonra daxilində inam yaranan rəngsaz öz işini
çox gözəl yerinə yetirir və hamı onun istedadlı rəssam olduğunu gü -
man edir. Şüa günəşə bildirir ki, onun istisini qarşısına çıxan ilk insana
vermişdir. Günəş deyir: “Sən ona inandığın üçün o daha yaxşı insan
oldu”.
“Ümid” mətnində isə dörd şamdan – sülh, səmimiyyət, sevgi və ümid şam -
la rından danışılır. Şamların hər biri sönəndən sonra yalnız ümid qalır və o,
oğ la n a bildirir ki, nə qədər ki ümid şamı yanır, həyat işıqlı olacaq” və öz odu
ilə digər şamları da yandırır.
Oxu
(St. 2.2.3)
Mətn İstiqamətləndirilmiş oxu üsulu ilə oxunur. Müəllim şa -
gird lərə suallar təqdim edir:
1. Rəssam qızların studiyası harada yerləşirdi?
2. Nə üçün Syunun qanı qara idi?
3. Həkim Syuya nə dedi?
4. Həkimin sözlərinə münasibətiniz necədir? (Mətndaxili sual)
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslandırır.
Mətndəki əsas fikri müəyyən ləş dirir və
münasibət bildirir. 
2.1.1. Tanış olmadığı sözlərin kon tek s -
tə uyğun mənasını də qiqləşdirir.
Tanış olmadığı sözlərin kontekstə görə
mənasını təxmin edir və lüğətin köməyi
ilə dəqiqləşdirir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
formalarında (ifadə, inşa, esse, hekayə)
ifadə edir.
Mətndəki fikirlər əsasında mühakimə
xarakterli mətn (esse) yazır.
4.1.2. Sözləri ümumi qrammatik məna -
larına görə fərqləndirir.
Qrammatik formaya və kontekstə görə
feillərin qrammatik məna növünü
müəy yənləşdirir.
29
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


5. Nə üçün Consi sarmaşığın yarpaqlarını sayırdı?
6. Qoca Berman kim idi?
7. Consinin vəziyyətinə onun münasibəti necə oldu?
8. Considə ümidin yaranmasına səbəb nə oldu?
9. Nə üçün Syu yarpaq şəklini Bermanın “şah əsəri” adlandırdı?  (Düşün
və cavab ver)
10. Sizcə, o, haqlı idi?
Mətni oxuyub bitirəndən sonra şagirdlər suallara cavab verməklə mətnin
məzmununu tam qavradıqlarını nümayiş etdirirlər. Göründüyü kimi, verilmiş
suallar yalnız faktoloji xarakter daşımır. Onların arasında nəticə çıxarmağa
yö nəlmiş suallar da vardır. Bu, mətnin məzmununu qavramaqla yanaşı, şa -
gird lərdə mühakimə yürütmək bacarığını formalaşdırmağa kömək edir. 
Söz ehtiyatı
(St. 2.1.1) 
Lüğət üzərində iş (2-ci tapşırıq) mətnin oxusu zamanı aparılır.
Şa gird lərə taşırılır ki, mətndən mənasını anlamadıqları sözləri seçib yazsınlar.
Bir çox şagirdlərə “studiya” sözü tanış ola bilər. Çox güman ki, onlar “kinostu -
diya”, “telestudiya”, “fotostudiya” kimi sözləri eşitmişlər və bu sözün “çəkilişlər
aparılan yer” mənasını verdiyini bilirlər. Mətndə isə bu söz “rəssam ema lat -
xa nası” mə nasında işlənmişdir.
Tibbi termin olan “pnevmoniya” sözü isə ümumişlək deyil. Kontekstdən
aydın görünür ki, bu, xəstəlik adıdır. Bu xəstəliyin bəzi simptomları (təng -
nəfəslik, iştahasızlıq və s.) mətndə əks olunur. Buna görə də mətni diqqətlə
oxuyan şagirdlər bu sözün izahı ilə bağlı müəyyən fikirlər söyləyə bilərlər.
Bundan sonra isə onlar lüğətin köməyi ilə öz izahlarında dəqiqləşdirmələr
aparırlar.
Yazı
(St. 3.1.1)
Şagirdlərə əsərdəki hadisələrə və obrazlara münasibət bil dir -
məklə mühakimə xarakterli mətn (esse) yazmaq tapşırılır. Mühakimə xarak-
terli yazının şərtləri ilə şagirdlər artıq VI sinifdən tanışdırlar. Uşaqlara kömək
məqsədi ilə bir neçə fərziyyə təklif etmək olar. Məsələn: “İnsanda inam yarat-
maqla ən ağır xəstəliyi belə müalicə etmək mümkündür”, “Tə babət insanın
inamından güclü olmalıdır” və ya “Baş qasının həyatını xilas etmək üçün öz
həyatını qurban verməyə dəyər (dəy məz)” və s. (Fərziyyələr nümunə üçün
təklif edilmişdir. Şagirdlər mətndəki əsas fikirlə bağlı özləri də istənilən
fərziyyəni irəli sürə  bilərlər.) Ehtiyac ya ransa, şagirdlərə mühakimə xarakterli
mətnin tələblərini xatırlatmaq lazımdır.  
Dil qaydaları
(St. 4.1.2)
4-cü tapşırıq dil qaydaları üçün motivasiya  xarakteri daşıyır.
Mətndə göy rənglə verilmiş “seyr etdi”,  “yapışdırıldı” feillərindəki hərəkətin
30

BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə