L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə15/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh.18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.   
Dərs 7. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə ba ca -
rıqların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.  Şagirdlərə aşağıdakı
mövzu üzrə esse yazdırmaq tövsiyə olunur: “Xarakterinizi üç sözlə ifadə
edin və əsaslandırın”.
42

BÖLMƏ
Çap üçün deyil


I BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
QAYIQ
Sahibkar qayığını rənglə__mək üçün qonşuluqda yaşayan balıqçını dəvət
etdi. İş vaxtı balıqçı qayığın dibində deşik olduğunu gördü və onu bağladı.
Qa  yığı boyayıb qurtardı, əməkhaqqını alıb sahilə getdi. Onu gözləyən yol -
daş ları ilə gör__dü və səhərki balıq ovuna hazırlaşmağa başladı.
Səhər aç__dı. Balıqçı torunu yığmaq istəyirdi ki, qapı döy__dü.  Gələn
sahibkar idi. Əlindəki qızılla dolu kisəni ona uzatdı:
– Buyurun, bu sizin haqqınızdır.
– Nəyə görə, – deyə balıqçı təəccübləndi. – Mən haqqımı almışam!
– O pulu mən qayığın rənglənməsi üçün ödəmişdim. Bunu isə qayığı tə -
mir etdiyiniz üçün verirəm.
– Belə xırda iş üçün? – balıqçı lap mat qaldı. – Mən buna görə pul almaq
fikrində  deyildim...
– Sizin xırda adlandırdığınız iş mənim uşaqlarımın həyatını xilas edib.
Mən qayıqda deşik olduğunu tamam unutmuşdum. Axşam mən iş dalınca
şəhərə gedəndə nəzarətsiz qalan uşaqlar qayığa minib dənizə çıxıblar. Biz
dəhşət içə risində idik. Hamı ağla__ırdı. Düşünürdük ki, onlar batıblar. Uşaqlar
sağ-sa la mat qayıtdıqda isə məlum oldu ki, onların həyatını siz xilas
etmisiniz...
1. Balıqçı qayığın dibindəki deşiyi nə üçün bağladı?
A) Əlavə əməkhaqqı almaq istədiyi üçün.
B) Bunun təhlükəli olduğunu bildiyi üçün.
C) Boş vaxtı çox olduğu üçün.
D) Boya deşikdən axıb getdiyi üçün.
2. Baş verə biləcək faciəyə hekayə iştirakçılarının hansı hərəkətlərinin səbəb
olduğunu yazın.
Sahibkar ....................................................................................................
Ailə üzvləri .................................................................................................
Uşaqlar ......................................................................................................
3. Mətnin ideyasını bir cümlə ilə ifadə edin.
.............................................................................................................................
.............................................................................................................................
4. Kontekstdən asılı olaraq fərqləndirilmiş feillərdə qrammatik məna növ şəkil -
çilərini bərpa edin.
43
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


5. Şəkilçiləri bərpa edib feilin növünü müəyyənləşdirin.
1. Yenə də üzü payız buludu kimi tut___muşdu. (_________)
2. Cinayətkar tez bir zamanda tut___du.(_________)
3. Babam bağda yeni meyvə ağacları ək___di.(_________)
4. Nərmin kənddəki rəqfiqəsi ilə tez-tez yaz___ır.(_________)
5. Gözlərimə birdən-birə onun xəyalı gör___dü.(_________)
6. Bütün işlər bir anda gör___dü.(_________)
7. Körpə uşaq məzəli hərəkətləri ilə hamını gül___dü. (_________)
8. Uşaqlar klounun məzəli hərəkətlərinə gül___dülər. (_________)
6. Verilmiş feilləri həm məchul, həm də qayıdış növdə işlətməklə cümlələr qurun.
çəkildi, atıldı
________________________________________________________
________________________________________________________
________________________________________________________
________________________________________________________
7. Cümlələrə aşağıdakı mübtədaları əlavə edərək şəxssiz növ feilləri məlum
növ feillərə çevirin.
münsiflər heyəti, azarkeşlər, piyadalar, dostlar
1. Təəssüf ki, heç də həmişə yol hərəkəti qaydalarına əməl edilmir.
________________________________________________________
________________________________________________________
2. Çoxdan davam edən mənasız mübahisəyə bu gün son qoyuldu.
________________________________________________________
________________________________________________________
3. Hər yerdə idmançılarımızın yarışlarda qazandıqları uğurlardan danışılırdı. 
________________________________________________________
________________________________________________________
4. Rəfiqəmin mahnı müsabiqəsindəki çıxışına yüksək qiymət verildi.
________________________________________________________
________________________________________________________
8. Məlum növ feilləri icbar növ feillərlə əvəz edərək yeni cümlələr qurun.
1. Müəllimin tapşırığı ilə şeiri mən oxudum.
________________________________________________________
2. Bayram süfrəsi üçün anama lazım olan ərzaqları həmişə qardaşım alır. 
________________________________________________________
44

BÖLMƏ
Çap üçün deyil


II BÖLMƏ
HƏR SÖZÜN BİR TALEYİ VAR
45
HƏR SÖZÜN BİR TALEYİ VAR
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
8.
Molla Nəsrəddin
demişkən...
İdi, imiş hissəcikləri
2.2.1,  2.2.3, 2.1.1,
1.2.2, 3.1.1, 4.1.2
3
34-37
46-49
9.
Onlar kimdir
İsə hissəciyi
2.2.2, 2.1.2, 1.2.1,
1.1.2, 3.1.2, 4.1.2  
3
38-41
50-53
10.
Bunu kim deyib
İdi, imiş hissəciklərinin
yazılışı və tələffüzü
2.1.1, 2.2.3, 2.2.2,
3.1.3, 1.1.1, 1.2.3,
4.1.4
3
42-45
54-58
11.
Ay adları və onların
mənşəyi
İdi, imiş hissəcikləri və
keçmiş zaman şəkilçiləri
2.2.3, 1.2.2, 3.1.2,
2.1.1, 4.1.2  
3
46-49
59-62
12.
Dini deyimlər
İsə hissəciyi və feilin şərt
şəklinin əlaməti
2.2.3, 1.2.2, 1.1.1,
2.1.1, 3.1.1, 4.1.2     
3
50-53
63-67
13.
Ümumiləşdirici təkrar
2
54
67
Kiçik summativ
qiymətləndirmə
1
68-69
Yekun
18
saat
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə