L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə21/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

Yazı
(St. 3.1.2) 
Mətnin I hissəsi üzərində işin davamı olaraq şagirdlərə tap şı rı lır
ki, iş vərəqində sistemləşdirdikləri məlumatlar əsasında “İlin ilk altı ayının eti mo -
logiyası” başlıqlı mətn yazsınlar. Müəllim bu zaman şa girdlərin mə lu mat  lardan
necə istifadə etdiklərinə diqqət yetirməli, onların mühakiməyü rütmə bacarığını
qiymətləndirməlidir. 
Oxu
(St. 2.2.3) 
Mətnin I hissəsi üzərində iş bitəndən sonra BİBÖ cədvəlinin
uyğun gələn sütunu dol durulur. 
Mətnin II hissəsi İstiqamətləndirilmiş oxu üsulu ilə oxunur. İO üçün şa -
girdlərə aşağıdakı sualları təqdim etmək olar: 
1. Nə üçün iyul ayı yeddinci olduğu halda, “kvintilis” (beşinci) adlan dı rıl mış dı?
2. Nə üçün romalılar kvintilis ayının adını dəyişdilər?
3. Oktavian Avqust təqvimdə apardığı hansı islahatı ilə tarixə düşdü?
4. Nə üçün ayların adının mənası ilə sıra nömrələri arasında uyğunluq po -
zul du? (8-ci tapşırıq)
Şagirdlər suallara cavab verirlər. Sonda yenə BİBÖ cədvəlinin uyğun gələn
sütunu doldurulur.
Müəllimin nəzərinə!
8-ci tapşırığın məqsədi şagirdi diqqətli oxuya və nəticə çıxarmağa
yönəlt məkdir. Mətndə deyilir ki, qədimdə Romada il mart ayından baş -
layırdı; Seza rın qərarı ilə ilin başlanğıcı yanvar ayına keçirilsə də, rə -
qəmlə ifadə olu nan ay adları olduğu kimi qaldı. Ona görə də “septem”
yeddinci mənasını versə də, doqquzuncu, “okto” səkkizinci mənasını
versə də, onuncu aydır.
9-cu sualın çətinlik dərəcəsi yüksəkdir, çünki buradakı cümlələrdən hər biri
mətndəki bir sıra incə məqamların dərindən qavranılmasını və düzgün nəticə
çıxarılmasını tələb edir. 
Tapşırıqdakı 1-ci cümlə mübahisə doğurur, çünki məlum oldu ki, bu adlar
içəri sin də yanvar, fevral, mart aylarının ilah adlarından götürüldüyü birmənalı
şə kildə deyilsə də, aprel, may və iyun adlarının mənşəyi haqqında bir neçə
fərziyyə vardır.
2-ci cümlədə ifadə olunan fikir yanlışdır. Belə ki, mətndən məlum olur ki, müa -
sir ay adlarının tam şəkildə formalaşması  M.ə. 31-ci ilə, yəni I əsrə təsa düf edir.
3-cü cümlədə əks olunan fikir isə doğrudur. Bunu sillogizm qurmaqla da
müəyyənləşdirmək mümkündür.
I mühakimə: M.ə. 46-cı il mart ayından başlayırdı.
II mühakimə: Yuli Sezarın qərarı ilə M.ə. 45-ci ildən etibarən sonrakı illər
yanvarın 1-dən başlandı.
Nəticə: M.ə. 46-cı il 10 ay davam etmişdir. 
61
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


Söz ehtiyatı
(St. 2.1.1)
5-ci tapşırıq mətnin oxusu ilə paralel şəkildə aparılır. Bu tapşırıq
elmi-kütləvi mətndə tez-tez rast gəlinən ara sözlərdən yerli-yerində istifadə
etmək bacarığını formalaşdırır. Şagirdlər həmin ifadələrin mətndə yerini
müəyyən ləş dirməklə eyni zamanda mətni diqqətlə oxuduqlarını nümayiş
etdirirlər. Məsələn, “... Roma təqvimində il mart ayından başlayırdı” cümləsinin
əvvəlinə “Qeyd edildiyi kimi” ifadəsi uyğun gəlir, çünki iki abzas əvvəl bu
haqda mə lu mat verilir.
6-cı tapşırıqda verilmiş “status” sözünün mənasını kontekstdən çıxarmaq
mümkündür. Bundan başqa, müasir dövrdə sosial şəbəkələrdə hər hansı bir
şəxsin öz səhifəsində paylaşdığı məlumatlar “status” adlanır.
7-ci tapşırığı yerinə yetirərkən şagirdlər lüğətdən istifadə edərək “oktava”
və “dekada” sözlərinin mənasını tapırlar. Mətndə göstərilmişdir ki, “okto”
səkkizinci, “dekem” onuncu deməkdir.  “Oktava” sözü musiqidə “səkkiz səsdən
ibarət  inter val” mənasını verən termindir. “Dekada” on gün mənasını verir ki, bu
da “dekem” sözü ilə birbaşa bağlıdır. 
Dil qaydaları
(St. 4.1.2) 
10-cu tapşırıq dil qaydalarına keçid xarakteri daşıyır. Şagirdlər
göy hərf lərlə verilmiş sözlərdə -dı
4
şəkilçisinin feilin başlanğıc formasına deyil,
feil şə kil lə rinin morfoloji əlamətindən sonra əlavə edildiyini müəyyənləşdirirlər.
Bununla da, əslində, keçmiş zaman mənası verən sözün qrammatik cəhətdən
indiki zamanda olduğu bilinir. 
11-ci tapşırıq yeni biliklərin möhkəmləndirilməsinə xidmət edir.
12-ci tapşırığı yerinə yetirmək üçün müəllim əvvəlcədən bəzi qrammatik
məlumatlarla şagirdləri tanış etməlidir. 
Məlumdur ki, -ır
4
şəkilçisi omonim şə kil çidir: həm leksik şəkilçi kimi feildən
feil düzəldir (qaçmaq – qaçırmaq), həm də qrammatik şəkilçi kimi feilin indiki
zaman şə kil çisidir.
İdi hissəciyinin ixtisar formasının (-dı
4
vurğu qəbul etmədiyi də şagirdlərə
nümunələrlə izah edilməlidir. Məsələn: gəldi – gəlmişdi sözlərində birinci halda
-dı
4
şühudi keçmiş zamanın şəkilçisi olduğundan vurğu qəbul edir, ikinci halda
isə idi hissəciyinin ixtisar forması olduğundan vurğu al tına düşmür. Bu məlu -
mat d an sonra 12-ci tapşırıq yerinə yetirilməlidir. Şa gird lər sözləri tələffüz et -
məklə, eyni zamanda sözlərin leksik mənasını tapmaqla sözün tərkibini də
müəyyənləşdirə bilərlər. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
62
II 
BÖLMƏ
Çap üçün deyil


Dərs 12. DİNİ DEYİMLƏR (3 saat)
Motivasiya
Satiramızın görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabir şeirlərindən
birində yazıb:
“Satdı gülzari-behişti iki buğdayə babam...” 
Bu misraları izah etməyə calışın. 
Suallar:
– “Gülzari-behişt” nədir? 
– “Babam” dedikdə şair kimi nəzərdə tutur?
– Dilimizdə bu fikirlə bağlı hansı məsəl vardır? (Buğda yeyib, cənnətdən
çıxıb)
Bu haqda belə bir fərziyyə də var ki, Adəmlə Həvva alma yedikləri üçün
cən nətdən qovulmuşlar. 
– Sizcə, hansı fərziyyə doğrudur? 
– Sizcə, bu fikirlərdən hansının doğru olduğunu bilmək üçün nə etmək
lazımdır?
Şagirdlər aşağıdakı fikirləri səsləndirə bilərlər:
1. Hər bir elmi mübahisə ilə bağlı düzgün qərar qəbul etmək üçün ilkin mən -
bələrə müraciət etmək lazımdır.
2. Özundən böyük və savadlı şəxslərə müraciət etmək.
3. Məntiqi mülahizələr irəli sürərək müəyyən nəticələrə gəlmək.
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslandırır.
Mətndə verilmiş əsas fikri müəy yən ləş -
dirmək üçün suallar tərtib edir.
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə
edir.
Gəldiyi nəticələri əsaslandırmaq məq -
sədi ilə arqumentlərini məntiqi ardıcıl -
lıq la ifadə edir.
1.1.1. Dinlədiyi məlumatda ton, əhvali-
ruhiyyə və emosiyanı müəyyən edir.
Dinlədiyi nitqdəki ifadələrə əsa sən ton
və emosiyanı mü əy yən edir.
2.1.1. Tanış olmadığı sözlərin kon teks -
tə uyğun mənasını dəqiqləşdirir.
Kontekstdən çıxış edərək ifa də nin mə -
nasını və işlənmə mə 
 qamını müəy 
-
yənləşdirir. 
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
formalarında (ifadə, inşa, esse, he ka -
yə) ifadə edir.
Verilmiş ifadələrin işlənmə mə qamına
uyğun nəqli xarakterli mətn (hekayə)
yazır
4.1.2. Sözləri ümumi qrammatik mə na -
larına görə fərqləndirir.
İsə hissəciyinin feillərlə işlənmə xü su -
siy  yətlərini müəyyənləşdirir. 
63
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə