L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə34/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

Nümunə üçün aşağıdakı cümlələr təklif olunur (müəllim cümlələri də yi ş ə
bilər):
1. Bu işarələr onlara bəzi işlərdə kömək etsə də, il haqqında tam təsəvvür
yaratmırdı.
2. Buna görə də misirlilərə dəqiq təqvim lazım idi.
3. Lakin hər adam təqvimin yaranma tarixini bilmir.
4. Bu təqvimin meydana gəlməsi misirlilərin bir çox işlərini asanlaşdırdı.
5. Bu təqvim qriqorian təqvimi adlanır.
6. Buna görə də Günəş təqvimində daha bir dəqiqləşdirmə aparmaq zə -
rurəti yarandı.
Müəllimin nəzərinə!
Mətn məqsədli şəkildə elə yazılmışdır ki, bəzi abzas lardan sonra  bir
və ya bir neçə cümlə əlavə etmək mümkündür. Şagirdlərə cümlələr
təqdim edilir və onlardan məzmuna uyğun olaraq abzaslara əlavə et -
mək tapşırılır.  
(St. 2.2.3) 
Fənlərarası inteqrasiya (Xarici dil). 1-ci mətndaxili tapşırığı
yerinə yetirmək üçün şagirdlər Azərbaycan dilindəki “ay” sözünü bildikləri
xarici dillərdəki analoji sözlə müqayisə edirlər. Bir çox dillərdə “ay” anlayışı
həm göy cismi, həm də zaman vahidi kimi eyni sözlə və ya eyniköklü sözlərlə
ifadə olu nur. Məsələn, rus dilində – “месяц”, ingilis dilində – “moon”, “month”
və s. Belə bir nəticə çıxarmaq olar ki, bu eyniliyin səbəbi Ay təqviminin hər iki
anlayışı özündə ehtiva etməsidir. 
Fənlərarası inteqrasiya (Riyaziyyat. VII sinif. 4.1.1. Eyniadlı kə miy yət -
lərin ölçü vahidlərinin birindən digərinə keçir). 2-ci mətndaxili tapşırığı yerinə
yetirmək üçün şagird riyazi bacarıqlarından istifadə etməlidir. Belə ki, əgər Ay
təqvimində il 12 aydan, hər ay orta hesabla 29 sutka 12 saatdan ibarətdirsə,
deməli, ildə 354 gün var. Günəş təqvimində isə ildə 365 gün 6 saat vardır.
Beləliklə, fərq 11-12 gün edir.
Bu tapşırıqdan sonra müəllim şagirdlərin diqqətini “gecikir” sözünə yö -
nəldib bu sözün dırnaq içində yazılmasının səbəbini soruşa bilər. Bu sual hə -
min hissədəki məlumatların dərindən dərkini tələb edir. Məsələ burasındadır
ki, əslində, Sirius ulduzu gecikmirdi, misirlilərin təqvimi tələsirdi, çünki onlar 6
saatı nəzərə almamışdılar.
3-cü mətndaxili sualın cavabı 3 sutkadır. 11 dəqiqə 14 saniyə 400 ildə 3
sutka edir. 
Müəllimin nəzərinə!
Bir ildə 11 dəqiqə 14 saniyə 400 ildə 269 600 saniyə, yəni təxminən 3
sutka edir. Bu dəyişiklik 1600-cü ildən tətbiq edil diyinə görə təqvim 12
gün geri çəkilir. 
Ümumiyyətlə, tarixdə “yeni stil” adlandırılan qriqorian təqvimi ilə bağlı
100
IV 
BÖLMƏ
Çap üçün deyil


məlumatlar bu mətnin ən mürəkkəb hissəsidir. “Yeni stil”dəki düzəliş
ondan ibarətdir ki, hər 4 əsrdən üçünün sonuncu ilində fevralın 29-u
ləğv edilir, bununla da təqvimdə artıq qalan üç sutka silinir. Məsələn,
2000-ci ildə fevral 29 gündən ibarət oldu deyə, 2100, 2200 və 2300-
cü illərdə bu ay 28 gündən ibarət olacaq (yulian təqviminə görə isə 29
gündən ibarət olmalı idi). Lakin bu fakt müvafiq yaş qrupu tərəfindən
çətin mənimsənilə bilər, ona görə də mətnə salınmamışdır.
4-cü tapşırıq şagirddən diqqətli oxu tələb edir. Mətndə yazılmışdır ki, ka -
hinlər Sirius ulduzunun gecikməsini görəndə anlayırlar ki, il 365 gün və 6 saat-
dan ibarətdir. Bu saatlar da dörd ildə bir sutka edir. 
Fənlərarası inteqrasiya (Tarix. VI sinif. 1.1.1.Tarixdə il hesabından
istifadə edir). 5-ci suala cavab vermək üçün şagird aldığı məlumatları ümu -
miləşdirib nəticə çıxarmalıdır:
• Hicri-qəməri tarix Ay təqviminə, miladi tarix Günəş təqviminə əsaslanır.
• Miladi tarix il hesabı sayılır. Bu tarixin yanvarın 1-dən başlanmasını bəzi
mənbələrdə İsa peyğəmbərin doğum günü ilə əlaqələndirirlər. Hicri tarix
Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə 622-ci ildə hicrət etməsi ilə
bağlıdır. 
Bundan əlavə, hicri-qəməri tarixin hər 34 ili miladi tarixin 33 ilinə bərabərdir.
Müəllimin nəzərinə!
Hamının hər il qarşılaşdığı bir fakt var ki, Ramazan və Qurban bay -
ram ları əvvəlki ildən 11 gün fərqlənir. Bunun niyə belə olduğunu bilmək
üçün hicri-qəməri tarixi miladi tarixə çevirmək lazım dır. Hicri-qəməri
tarixdə göstərilən tarixi miladi tarixə çevirmək üçün xüsusi düstur
mövcuddur: 
Nəzərə almaq lazımdır ki, 7-ci sinif şagirdi tarix fənnindən islam tarixini
də öyrəndiyindən, çox güman ki, bu düsturla tanışdır.
6-cı sual mətndəki məlumatlardan nəticə çıxarmaq bacarığı tələb edir.
Şagirdlər mətndən artıq bilirlər ki, bu gün istifadə etdiyimiz təqvim qriqorian
təqvimidir. Yulian təqvimi ilə bu təqvim arasında 13 gün fərq var. Belə çıxır ki,
bir çox insanlar qeyri-rəsmi olaraq yeni ili yulian təqvimi ilə də qeyd edir və
buna “köhnə yeni il” deyirlər. 
101
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


Yazı
(St. 
3.1.2

8-ci tapşırıq. Şagirdlərə tapşırılır ki, oxuduqları mətni tezislər
şəklində yığcam yazsınlar. Sonra aşağıdakı mətn oxunur. Şagirdlər bu mətn -
dən də ən vacib hissələri tezis şəklinə salıb əsas mətnin tezislərinə əlavə
etməlidirlər.
Qədim Romada Ay təqvimindən istifadə edilirdi. Ayın doğması ilə yeni il
başlayırdı. İl isə mart ayından başlayırdı. Ay təqvimi üzrə ilin uzunluğu 354
sutkaya  bərabərdir. Bu təqvim Günəş təqvimindən 11 sutka  qısadır. Bu təq -
vim dəqiq deyildi və il hesabında problemlər yaradırdı. M.ə. I əsrdə təqvimi
tərtib edən kahinlər tamamilə çaşbaş qalmışdılar.
M.ə. 48-ci ildə Misirə hərbi yürüş edən Qay Yuli Sezar elm mərkəzi olan
İsgəndəriyyə şəhərinə daxil oldu. O, burada bir il qaldı. Bu vaxt ərzində yerli
təqvimi öyrənən Sezar onun üstünlüklərinə əmin oldu. Romaya qayıtdıqdan
sonra o, yunan astronomlarının köməyi ilə bu təqvimə düzəlişlər etdi: artıq
qalan beş günü aylar üzrə paylaşdırdı. Beləliklə, bəzi aylarda 30, bəzilərində
31 gün oldu. Yalnız fevralın “bəxti gətirmədi”. Onun payına 28 gün düşdü. Bu
təqvim tarixə yulian təqvimi kimi daxil oldu.
Yeni ilin yanvarın 1-dən başlaması Fransada VIII əsrdə, İspaniyada 1556-
cı ildən, Almaniyada 1621-ci ildən, Rusiyada isə 1700-cü ildən (I Pyotrun
islahatına əsasən) həyata keçirilmişdir.
Danışma
(St. 
1.2.2

Debat keçirməyi nəzərdə tutan 7-ci tapşırıq şagirdlərdən müxtəlif
sahələr üzrə biliklərindən istifadə etməklə mühakimə yürütmək bacarığı tələb
edir.  
Müəllimin nəzərinə!
Sovet dövründə rus dili və elmi təfəkkürünün təsiri ilə elmi ədəbiyyatda
yaranmış ənənəyə görə, Azərbaycan dilində də “bizim eradan əvvəl”
(b.e.ə.) və ya “eramızdan əvvəl” (e.ə.) ifadələri işlənirdi. Lakin aydın
məsələdir ki, bu ifadə daha çox xristian yanaşmasından irəli gəlir, çünki
İsa Məsihin doğumu ilə – Miladla bağlıdır. Müsəlman xalqı olaraq bizim
bu il hesabına “bizim era” deməyimiz düzgün olmazdı. Əslində,
müsəlmanların erası Hicrətdən – Məhəmməd peyğəmbərin Mədinəyə
köçməsindən başlayır. Digər tərəfdən, Azərbaycanda hicri-qəməri
təqvimdən istifadə olunmur. Ona görə də tarixdə il hesablarına istinad
edərkən onları öz tarixi adları ilə – “Milad” və “Hicrət” sözləri ilə
adlandırmaq daha düzgün olardı. 
Dil qaydaları
(St. 4.1.2) 
9-cu tapşırıq dil qaydalarına keçid məqsədi daşıyır. Bu tapşırığı
yerinə yetirməklə şagird bağlayıcıların cümlədə funksiyasını dərk edir, bu nitq
hissəsinin mahiyyətinə varır.
102
IV 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə