L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 18. ALTERNATİV ENERJİ (2 saat)



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə30/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

Dərs 18. ALTERNATİV ENERJİ (2 saat)
Motivasiya
Anlayışın çıxarılması. Lövhədə aşağıdakı sxem çəkilir. 
Müəllim şagirdlərə kömək etmək məqsədi ilə yönəldici suallar verə bilər:
1. Yeldəyirmanı nəyin hesabına işləyir?
2. Bəs dəzgahlar?
3. Avtomobilin mühərrikini hərəkətə gətirən nədir?
4. Elektrik lampasını yandıran nədir?
5. Elektrik enerjisi nəyin hesabına yaranır? 
Oxu
(St. 2.2.3)  
Mətn İnsert üsulu ilə oxunur. 
Şagirdlər cədvəli tam şəkildə doldururlar. Müzakirəyə başlamazdan əvvəl
şagirdlərə tapşırılır ki, mətndən əldə etdikləri bütün fakt və məlumatları qeyd
etsinlər. 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əlavə
fakt və məlumatlarla əsaslandırır.
Başqa fənlər üzrə biliklərindən istifadə
etməklə mətndəki fikrə münasibətini
əsaslandırır.
2.1.1. Tanış olmadığı sözlərin kon teks -
tə uyğun mənasını dəqiqləşdirir.
Sözün etimologiyasını araşdırmaqla
kontekstə uyğun gəldiyini əsaslandırır.
1.2.1. Fikrini müxtəlif formalarda ifadə
edir.
Qrafik informasiyanı şərh etməklə möv -
zu üzrə danışır.
3.1.2. Topladığı fakt və hadisələrə mü -
nasibət bildirməklə mətni zənginləşdirir. 
Əldə etdiyi məlumatlardan is tifa də et -
məklə mühakimə xa rak terli mətn yazır.
4.1.2. Sözləri ümumi qrammatik məna -
larına görə fərqləndirir.
Feilin təsriflənməyən formalarını fərq -
ləndirir.
yeldəyirmanı
avtomobil
dəzgahlar
?
elektrik lampası
Bu məlumat 
tanışdır.
Bu məlumat 
yenidir.
Əvvəl bildiklərimlə
ziddiyyət təşkil
edir.
Bu hissə aydın
olmadı.
87
ANA TƏBİƏT
Çap üçün deyil


1. Enerji həyat deməkdir.
2. İnsanlar enerjini müxtəlif mənbələrdən alırlar.
3. Bu mənbələr iki qrupa bölünür: bərpa olunan və bərpa olunmayan.
4. Müasir dövrdə daha çox bərpa olunmayan enerji mənbələrindən istifadə
edilir. 
5. Bu enerji mənbələri tükənməkdədir.
6. Bərpa olunmayan enerjidən istifadə təbiətə və insanlara ziyan vurur.
7. Qlobal istiləşmənin səbəbi: faydalı qazıntıların yanması nəticəsində
yaranan iqlim dəyişikliyi.
8. İnsan fəaliyyəti ekoloji tarazlığın pozulmasına səbəb olur. 
9. Bəşəriyyətin yaşaması (gələcəyi) üçün ener jinin bərpa olunan mən bə -
lərdən alınmasına çalışmaq lazımdır.
Müzakirələr zamanı mətndaxili suallar da cavablandırılır.
1-ci mətndaxili sual: Qədimdə insanlar külək və su enerjisindən dəyirmanı
işlətmək, un, çörək əldə etmək üçün istifadə etmişlər.
2-ci mətndaxili suala cavab vermək üçün şagirdlər coğrafiya fənnindən
əldə etdikləri bilikdən istifadə etməlidirlər (fənlərarası inteqrasiya).  
Müəllimin nəzərinə! Azərbaycanda Kür çayının ətrafında olan rayonlarda
su enerjisindən, Abşeron yarımadasında daha çox Günəş və külək
enerjisindən istifadə oluna bilər və s.
3-cü mətndaxili tapşırığı icra edərkən şagirdlərin fikrini gündəlik hə ya tımız -
da enerjinin qənaətinə yönəltmək lazımdır.  Hamı evdə elektrik ener ji sin dən
istifadə edir. Nəzərə alsaq ki, bu enerji sudan alınır, onda suyun və elek  trik
enerjisinin israf edilmədən işlədilməsi enerjiyə qənaətin ən sadə yollarından
biridir.
Söz ehtiyatı
(St. 2.1.1) 
4-cü mətndaxili tapşırığı şagirdlər müxtəlif mənbələrdən al dıqları
biliklər dən istifadə etməklə yerinə yetirə bilərlər. Müasir dövrdə qlobal istiləş -
mə mə sə ləsi gündəmdə olduğundan şagirdlər “qlobal” sözünün mə na sını
asanlıqla tapa bilərlər. “Qlobus” sözü ilə əlaqəsinə gəlincə isə ilk baxışda gözə
“qlob” sözü dəyir ki, müxtəlif fərziyyələrlə bu iki söz arasında məna əlaqəsini
tapmaq olar. Məsələn, qlobus deyəndə hər hansı bir xəritə yox, məhz dün -
yanın for ma sını əks etdirən xəritə nəzərdə tutulur. “Qlobal istiləşmə” de yəndə
bütün dünyada gedən proses nəzərdə tutulduğu üçün bu birləşmədə “qlobal”
sözü yerinə düşür.
Müəllimin nəzərinə!
“Qlobus” sözü latın dilində “qlobus” (kürə)  sözün dən  dir. Yer kürəsini
əks etdirən xəritədir. “Qlobal” sözü də bundan əmələ gəlmişdir. “Bütün
dünyanı əhatə edən” mənasını verir. 
Şagirdlərə “təhsildə qloballaşma”, “mədəniyyətdə qloballaşma” ifadələrini
izah etmək tapşırıla bilər. “Qloballaşma” sözü ilə “beynəlxalq inteqrasiya”
ifadəsi arasındakı fərqli və oxşar məna çalarlarını müəyyənləşdirmək də
məqsədəuyğun olardı.
88
III 
BÖLMƏ
Çap üçün deyil


5-6-cı tapşırıqları yerinə yetirməklə şagirdlər mətndəki məlumatları tam
qavradıqlarını nümayiş etdirirlər.
Danışma
(St. 1.2.1) 
7-ci tapşırığın şərtinə görə, şagirdlər həmin səhifədə verilmiş
qrafik informasiyanı (diaqramı) şərh etməlidirlər. Şagirdlərə tapşırılır ki, öz
biliklərindən istifadə etməklə diaqramı mümkün qədər geniş şərh etsinlər.
Yaxşı olar ki, şərh zamanı aşağıdakı suallara da cavab verilsin:
– Nəyə görə Azərbaycanda bərpa olunmayan enerji mənbələrinin çəkisi
daha yüksəkdir? (Ölkəmiz neft və qaz yataqları ilə zəngindir)
– Hidroenergetikanın 2-ci yerdə olması nə ilə izah edilir? (Kür çayı üzərində
tikilmiş su-elektrik stansiyaları ilə)
– Bərpa olunan enerji mənbələrindən istifadə üçün ölkəmizdə hansı imkan-
lar var? 
Yazı
(St. 3.1.2) 
Şagirdlərə diaqramdakı informasiyadan, dərslikdə verilmiş
mətndən, eləcə də əlavə mənbələrdən (www.minenergy.gov.az) istifadə
etməklə ”Azərbay canda enerji mənbələ rindən istifadə” mövzusunda təqdi mat
hazırlamaq tapşırılır.  
Təqdimatın planı şagirdlərə təqdim edilir:
1. Təbiətdəki enerji mənbələri.
2. Enerji mənbələrindən istifadə (nümunələr əsasında).
3. Alternativ enerji mənbələrindən istifadə üzrə yeni təkliflər.
Təqdimat zamanı dinləyən şagirdlərə tapşırılır ki, özləri üçün qeydlər götür -
sünlər, anlaşılmayan, sual doğuran hissələrlə bağlı suallar hazırlasınlar və
sonda təqdim etsinlər.
Dil qaydaları
(St. 4.1.2) 
8-9-cu tapşırıqlar vasitəsilə “Feilin təsriflənməyən formaları”
mövzusu təkrarlanır.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh.18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
Dərs 19. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə bacarıqların
möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Şagirdlərə aşağıdakı mövzu üzrə
inşa yazdırmaq tövsiyə olunur: “Yaşadığımız bölgədə ətraf mühiti necə qoruyaq”.
89
ANA TƏBİƏT
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə