L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə38/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

IV BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
İKİ QARDAŞ
İki qardaş müdrik bir qocadan onları şagird götürməyi xahiş etdi. Lakin
qocanın yalnız bir şagird saxlamaq imkanı var idi. Buna görə də düzgün seç
...
etmək üçün qardaşları sınamaq qərarına gəldi.
Qoca, qardaşların hərəsinə bir tapşırıq verdi. Bir qədər keçmiş onlara
yaxınlaşıb su gətirməyi xahiş etdi. Qardaş lar dan biri o dəqiqə su dalınca getdi,
o biri isə yerində qaldı və əvvəlki işini davam etdirdi.
Gənc suyu gətirib işini davam etdirmək istəyirdi ki, qoca, qardaşlardan
damı təmir etməyi xahiş etdi. ___________________________ qardaş
vedrələri yerə qoyub dama çıxdı, o biri qardaş yenə öz işində idi.
Bundan  sonra ağıllı qoca əyilmiş çəpəri düzəltməyi xahiş etdi.
____________________________ qardaş işini yarımçıq qoyub aşağı endi. 
Qoca yenə damından şikayət edəndə __________________________
________ qardaş heysiz halda yerə çökdü. 
İkinci qardaş isə işini qurtarıb əvvəl damı, sonra çəpəri təmir etdi. 
Qoca öz yanında həmin qardaşı saxladı. 
1
1-ci abzasda nöqtələrin yerinə hansı şəkilçi yazılmalıdır?
A)  -kı
4
B)  -ıcı
4
C)  -ım
4
D)  -ma
2
2. Aşağıdakı ifadələri uyğun gələn boşluqlara yazın.
damın üstündəki       çəpəri düzəltməyə çalışan      su gətirən
3. Sizcə, nə üçün qoca öz yanında ikinci qardaşı saxladı? 
___________________________________________________________
___________________________________________________________
4. Qoşma kimi işlənmiş “sonra” sözünün altından xətt çəkin.
5. Qoşmaların yazılışında buraxılmış səhvi düzəltməklə misraları köçürün.
…Səninçün bitibsə, amma mənimçün
Bitməyib, yaşayır bu günüm hələ. (B.Vahabzadə)
________________________________________________________
________________________________________________________
İndi isə qoşmaların aid olduğu sözləri əvvəl çıxışlıq, sonra yönlük halda
işlədin. Halllara uyğun olaraq elə qoşmalar işlədin  ki, cümlə öz mənasını
itirməsin.
_______________________________________________________
112
IV 
BÖLMƏ
Çap üçün deyil


6. Nöqtələrin yerinə hansı bağlayıcılar yazılmalıdır?
Dostluğa ... qul, ... ağa lazımdır. O, bərabərliyi sevir. (İ.Qonçarov)
A) nə, nə də  B) həm, həm də  C) ya, ya da   
D) gah, gah da       E) və, və ya
7. Hansı cümlələrdə ilə bağlayıcı (B), hansında qoşma (Q) kimi işlənib?
1. A) Onunla söhbətim uzun çəkdi.
B
Q
B) Onunla mənim söhbətim yarımçıq qaldı.
B
Q
2. A) Otağa girməyi ilə çıxmağı bir oldu.
B
Q
B) Otağa girməyi ilə səs-küy kəsildi.
B
Q
3. A) Elmlə başqalarının nəzərində ucalmaq olar.
B
Q
B) Elmlə əxlaq insanın bəzəyidir.
B
Q
4. A) Bir gül ilə bahar olmaz.
B
Q
B) Bu kitabla qələm sənindir.
B
Q
8. Bağlayıcılardan əvvəl və ya sonra buraxılmış vergülləri artırıb yazın.
1. Tox elə bilir ki heç acmaz,
Ac elə bilir ki heç doymaz.
2. Ya əlini kəs ya ətəyini.
3. Bir tövlədə at da olar eşşək də.
4. Bağban tələsər ancaq armud vaxtında yetişər.
5. Dostuna sirr vermə çünki dostunun da dostu var.
6. Dairənin nə başı var nə ayağı.
7. Kəndin ağsaqqalları habelə gəncləri meydana toplaşdılar.
9. “Ki” bağlayıcısı işlənmiş cümləni tapın (durğu işarələri buraxılmışdır).
A) Evə gəlməyəcəksən ki?
B) Məktəbə ona görə getdim ki elm öyrənim.
C) Madam ki istəmir, qoy getməsin. 
D) Mən ki səni yaxşı tanıyıram.
E) İndi ki belə oldu, biz də öz bildiyimizi edərik.
10. “Biz onun barəsində dostundan başqa kimsə ilə danışmadıq” cümləsində
qoşmaların məna növlərini müəyyənləşdirin.
A) fərqləndirmə
B) aidlik
C) birgəlik
D) məsafə
E) zaman
113
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


114

BÖLMƏ 
V BÖLMƏ
DƏYƏRLƏRİMİZ
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
27.
Həsrət
Ədat və onun məna növləri
2.2.3, 2.1.2, 3.1.3,
4.1.2 
3
104-107 115-117
28.
Gətir, oğlum, gətir
Ədatların orfoqrafiyası
2.2.1, 2.1.1, 2.1.2,
1.1.1, 4.1.4, 4.1.2   
3
108-110 118-120
29.
Şəki xan sarayı
Modal sözlər
2.2.2, 2.2.3, 2.1.1,
1.2.4, 4.1.2  
3
111-114 121-122
30.
Dünya 20 Yanvardan necə
xəbər tutdu
Modal sözlərdə durğu
işarələrinin işlənməsi  
2.2.1,  2.1.1, 1.2.1,
1.1.2, 3.1.4, 4.1.3
4
115-117 123-127
31.
Neft daşları
Nida 
1.1.2,  2.2.3,  1.2.2,
2.1.1, 3.1.1, 4.1.2,
4.1.3 
4
118-122 128-132
32.
Ümumiləşdirici təkrar
2
123-124
132
Kiçik summativ
qiymətləndirmə
1
133-134
Yekun
20
saat
Çap üçün deyil


Dərs 27. HƏSRƏT (3 saat)
Motivasiya
Lövhədə aşağıdakı şəkillər nümayiş etdirilir (şəkillər “Vikipediya”dan, “Qa -
ra bağ atı” məqaləsindən götürülmüşdür. İnternetə çıxış olan siniflərdə onları
monitor vasitəsilə də nümayiş etdirmək olar). Müəllim şəkillərə qısaca şərh
verir. Sol tərəfdəki gerb vaxtilə “Qarabağ” futbol klubunun loqotipi olub. Digər
şəkillər isə müxtəlif illərdə buraxılmış Azərbaycan poçt markalarıdır.
Sual: Sizcə, nəyə görə bu şəkillərdə at təsvir olunub? Bu nə atıdır?
Müzakirələr yolu ilə şagirdlər bu qənaətə gəlirlər ki, Qarabağ atı Azər -
baycanın simvollarından, dəyərlərindən, xalqımızın qürur mənbələrindən
biridir.  Müəllim bu prosesdə VI sinifdə keçilmiş “İnşa” mətnini xatırladır. (Bu
mətndə hekayənin qəhrəmanı Qarabağ atçılıq zavodu yaradır.) 
Oxu
(St. 2.2.3) 
Mətn Proqnozlaşdırılmış oxu üsulu ilə oxudulur. Bunun üçün
oxu prosesini aşağıdakı mərhələlərə bölmək təklif olunur.
İlk addım. Şagirdlərə çatdırılır ki, mətn hissələrlə oxunacaq (mətndaxili
suallar mətni dörd hissəyə bölür).
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslan dırır.
Mövzu üzrə biliklərindən istifadə etmək -
lə mətndəki fikrə münasibətini əsaslan -
dırır.
2.1.2. Mətndəki sözlərin həqiqi və ya
məcazi mənada işləndiyini izah edir.
Mətndəki frazeoloji birləşmənin ifadə et-
diyi mənanı müəyyənləşdirir.
3.1.3. Qurduğu plan əsasında mətnin
hissələrini məntiqi cəhətdən əlaqə lən -
dirir.
Müxtəlif mənbələrdən topladığı mate -
rialları sistemləşdirərək rabitəli mətn
yazır. 
4.1.2. Sözləri ümumi qrammatik məna -
la rına görə fərqləndirir.
Ədatları və onların məna növlərini
fərqləndirir.
115
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə