L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə40/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

lər mətndəki ifadənin məcazi mənada işləndiyi qənaətinə gəlirlər. Tap şı rı ğın
ikinci hissəsində sözün omonim, yoxsa çoxmənalı olduğunu mü əyyən ləş dir -
mək lazımdır. Bu suala cavab vermək üçün şagirdlər leksikologiya üzrə V si -
nif də əldə etdikləri bilikləri xatırlamalıdırlar.
Müəllimin nəzərinə!
İzahlı lüğətlərdə “xal” sözünün iki həqiqi, üç məcazi mənası verilib. Bu
mən zərəni yaratmaq üçün həmin anlayışların hamısını xatırlatmaq, bun -
dan sonra həmin sözün həm omonim, həm də çoxmənalı söz ol duğu
qə naətinə gəlmək mümkündür.
3-cü, 4-cü və 5-ci mətndaxili tapşırıqlar mətnin 3-cü hissəsi ilə bağlıdır.
Məcazi mənalı söz və ifadələri müəyyən etməklə şairin söylədiyi fikirləri də
izah etmək mümkündür. Şeirdə “hər söz” ifadəsindən sonra vergül qoyulma -
sının səbəbini izah etmək üçün (5-ci tapşırıq) şeir oxunarkən intonasiyaya
diq qət yetirmək lazımdır. Müqayisə üçün misranı vergül işlət mədən də oxu-
maq, diqqəti intonasiya və məna fərqinə yönəltmək lazımdır. Vergül işlət -
mədikdə “söz” obyekt olur (“söz anlayan”). Vergül işlətdikdə isə “söz” cüm   lənin
mübtədası vəzifəsində işlənir (st. 2.2.3).
6-cı tapşırıq  2.1.1 standartını reallaşdırmağa im kan verir. 
Dinləmə
(St. 1.1.1) 
Şeir oxunub başa çatdıqdan sonra müəllim həmin əsərdən
başqa bir parçanı dinləmə mətni kimi təqdim edə bilər. Şagirdlərə mətni
diqqətlə din ləmək və ifaçının səs tonunun, emosiyasının şeirdəki əhvali-
ruhiyyə ilə nə qədər səs ləşdiyini müşahidə etmək tapşırılır.
Bunlar xatirədir... Qızarırdı dan...
Yarıb naxırları, qonşu naxırdan
Hayqıra-hayqıra dırmaşıb dağa,
Torpağı başına sovuran buğa
Hampıllı* bir kəllə üz-üzə gəldi,
Tez buynuz-buynuza, diz-dizə gəldi.
Elə bil yerindən oynadı hər yan,
Yerlərdən od qopdu, göylərdən duman.
Bulandı gözləri gur bulaqların,
Əkildi şum kimi döşü dağların.
Getdikcə təpəlin buynuzu qızdı –
Qızdı qara kəlin buynuzu, qızdı.
Bir kəllə endirdi, çəkmədi bir an,
Buğa yuvarlandı boz qayalardan.
Quzum, bu, misaldır, başa düş məni,
Döyüşə girməmiş yoxla kəlləni!!!
* Hampıllı – zorba, iri, yekəpər
119
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


Dinləmə mətnindən əvvəl verilmiş tapşırıq üzrə şagirdlərin fikirləri dinlənilir.
Daha sonra aşağıdakı tapşırıqlar üzrə iş aparmaq olar:
1. Dinlədiyiniz parçada təhkiyənin hansı elementlərindən istifadə edilmişdir?
Sualı cavablandıran şagirdlər yazı tipləri haqqında VI sinifdə əldə etdikləri
bacarıqlara istinad edirlər və ya müəllim onları həmin istiqamətə yönəldir.
2. Son iki misradakı fikrə münasibətinizi bildirin.
Bu tapşırığı yerinə yetirmək üçün şagirdlər şeir parçasında hadisələrin ge -
dişini şərh etməklə söylənilən məsəli əsaslandırırlar.
7-ci tapşırığın icrası zamanı şagirdlər digər fənlərdən qazandıqları məlu -
mat lardan istifadə edərək fikirlərini əsaslandırırlar (məsələn, ipəyin bara-
madan alındığını, baramaqurdunun isə tut yarpağı ilə qidalandığını bildirirlər).
Dil qaydaları
(St. 4.1.4) 
8-ci tapşırıqla müvafiq nəzəri materialın mənimsədilməsi üçün
motivasiya yaratmaq olar. Şeirdə göy rənglə verilmiş -mı
4
hissəciyinin şə -
kilçiyə və ədata aid xüsusiyyətləri araşdırılır (sözə bitişik yazılmaqla şəkil çiyə,
sözün təsir gücünü artırmaqla ədata bən zəyir).
Müəllim ədatların yazılışı ilə bağlı, eləcə də təsdiq və inkar ədat larının cüm -
lədə vergüllə ayrılması qaydalarını izah etdikdən sonra ça lışmalar üzə rində
iş aparılır. 9-cu tapşırıq çatdırılmış məlumatların bacarıqlara çevrilmə sinə
şərait yaradır. 10-cu tapşırıq bayatıdakı ədatları tapmağı nəzərdə tutur. Kon -
tekstdəki yerinə istinad edərək “barı” sözünün hansı misrada ədat olduğunu
müəyyən etmək, sözün sonunda “gizlənmiş” “mi” ədatını tapmaq çox da çətin
deyil. Tapşırığın ikinci hissəsi bir qədər araşdırma tələb edir. Məlumdur ki,
feilin əmr və arzu şə killəri birinci şəxsin cəmində fonetik tərkib etibarilə eynidir.
Onları birgə işlən dikləri müvafiq ədatlarla fərqləndirmək olur. Bayatıda isə
“gəzək” feili həm əmr (gəl), həm də arzu (barı) ədatları ilə işləndiyindən feilin
şəklini müəyyən etmək mümkün olmur. Tapşırığın məqsədi bu mümkünsüz -
lüyün səbəbini müəyyənləşdirməkdir. 
(St. 4.1.2) 
11-ci tapşırıq debat xarakteri daşıyır. Qrammatik omonimlik
yaradan “bir” sözünü məqsəddən və intonasiyadan asılı olaraq həm ədat,
həm də say kimi qəbul etmək üçün arqumentlər tapmaq mümkündür.
12-ci tapşırıq da həm feil, həm də ədat kimi işlənə bilən sözləri fərqlən dir -
məyi tələb edir ki, tapşırığı icra etməklə həm də 2.1.1 standartı reallaşmış
olur.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif
ba carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
120

BÖLMƏ 
Çap üçün deyil


Dərs 29. ŞƏKİ XAN SARAYI (3 saat)
Motivasiya
Müəllim sinfə müraciət edir: “Şəki xan sarayı haqqında nə bilirsiniz?”
Alınan cavablar BİBÖ cədvəlinin birinci sütununa qeyd edilir.
Çalışmaq lazımdır ki, bu istəklər sırasına Şəki xan sarayının inşa tarixi,
quruluşu, sarayı inşa edənlər haqqında fikirlər də daxil edilsin. 
Oxu. Söz ehtiyatı
(St. 2.2.2; 2.2.3; 2.1.1) 
Mətndə Şəki xan sarayı ilə bağlı müxtəlif xarakterli
məlumatlar var. Mətn üzərində iş apararkən bu məlumatları qruplaşdırıb
dəyərləndirməklə yanaşı, həmin məlumatları həyati faktlarla əlaqələndirmək
də lazımdır. Ona görə də mətni Ekspertlərlə müzakirə metodu ilə oxutmaq
olar. Görüləcək iş istiqamətlər üzrə qruplaşdırılır. Aşağıdakı istiqamətləri
müəyyən etmək olar:
1. Tarixi faktları araşdıranlar
2. Dizayn elementlərini araşdıranlar
3. Sarayın memar və rəssamlarını tədqiq edənlər
4. Əlaqə axtaranlar
5. Lüğətçilər
Qruplarda ekspertlər müəyyənləşdirilir. Eyni sahə üzrə ekspertlərdən ibarət
ekspert qrupları formalaşdırılır.
Tarixi faktları araşdıranlar mətndən Şəki xan sarayının inşa tarixi, sa ra -
yı tikdirən şəxs(lər)in kimliyi, həmçinin onlar haqqında söylənilən fikirləri mətn -
dən tapır və qeydlər götürürlər. 
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələri arasın da -
kı əlaqəni müəyyənləşdirir.
Mətnin hissələrini məz mu nuna uyğun
adlandırır.
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslandırır.
Mətndəki müxtəlif faktlara münasibət
bildirərkən digər fənlər üzrə biliklərinə
istinad edir. 
2.1.1. Tanış olmadığı sözlərin kon teks -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözlərin mətndəki mə -
na sını dəqiqləşdirir və yeni kontekstdə
mənasına uyğun işlədir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
fikirlərə münasibət bildirir.
Söylənilmiş rəyə münasibət bildirməklə
fikri zənginləşdirir.
4.1.2. Sözləri ümumi qrammatik mə na -
la rına görə fərqləndirir.
Modal sözləri və onların məna növlərini
fərqləndirir.
ŞƏKİ XAN SARAYI HAQQINDA NƏ BİLİRSİNİZ?
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
121
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə