96
angiotenzin II-nin əsas təsir etdiyi yer, genişlənməsi hesabına yumaqcıq
daxili hemodinamikanın korreksiyası ilə özünü göstərir.
Nefrotik formalı xəstələrə hipoproteinemiyanı kompensə etmək
məqsədilə plazma və ya albumin vurmaq məqsədəuyğundur.
Heparinterapiya. Kəskin qlomerulonefrit zamanı heparin təyini
məqsədə uyğundur. Heparin təkcə qanın koaqulyasiyasını və fibrin
trombların əmələ gəlməsini tormozlamır, eyni zamanda qanın özlülüyünü
azaldır, trombositlərin aqreqasiya və adgeziyasının qarşısını alır.
Heparin histamin və bradikininlə stimulə olunan damar keçiriciliyini
aşağı salır və nəticədə qanın özlülüyü azalır. Bununla o, qan cərəyanını
sürətləndirir, stazın yaranmasının qarşısını alır ki, bu da qlomerulonefritin
müalicəsində heç də az əhəmiyyət kəsb etmir. Heparin bir sıra endogen və
ekzogen maddələrlə kompleks birləşmələr əmələ gətirmək qabiliyyətinə
malikdir. Məsələn o, kompliment sisteminin bəzi komponentlərini özünə
birləşdirməklə onun aktivliyini azaldır. T- və B- limfositlərin üzərindəki
mənfi yüklənməni çoxaltmaqla, onlar arasındakı əlaqəni pozur, buna
müvafiq olaraq immunoqlobulinlərin əmələ gəlməsi azalır. O, həmçinin
histamin və serotonini də özünə birləşdirir. Heparin böyrəküstü vəzidə
aldosteronun yüksələn miqdarını (normal səviyyəyə təsir etmir) infibə edir.
O, parathormonun aktivliyini yüksəldir, adrenalini birləşdirir. Təkcə
heparinin təyini və ya kuranillə müştərək təyini böyrək funksiyalarının
gecikmiş pozğunluqlarının qarşısını alır.
Heparin aldosteron və hialuronidazanın aktivliyini azaldır,
böyrəklərdə mikrosirkulyasiyanın yaxşılaşdırır. Preparatı hər kq çəkiyə
150-200 V olub, 4-6 saatdan bir d/a, 1-1,5 ay müddətinə yeridilir. Sonra
inyeksiyaların sayı saxlanılmaqla doza azaldılır. Heparinin dozasını
azaldarkən antiaqreqantların təyini məsləhətdir, çünki əks təqdirdə
«heparinin kəsilməsi sindromu» əmələ gələ bilər.
Antiaqreqantlardan Curantyli (hər kq çəkiyə 3-5 mq sutkalıq
dozada), əgər effekt olmasa və xəsətliyin uzungedişli formasında
97
İbuprofeni (hər kq 5-10 mq) və İndometacini (hər kq çəkiyə 3 mq sutkalıq
dozada) sutkada 3 dəfə təyin olunur.
Nefrotik sindrom zamanı əsas medikamentoz müalicənin effekt
vermədiyi hallarda hormonal terapiya təyin edilir ki, bu da prednizolonun
4-6 həftə ərzində günün birinci yarısında, iki qəbula, 2 mq/kq/sut olmaqla
təyinindən ibarətdir. Sonradan prednizolonun dozasını 1,5 mq/kq, 1 mq/kq,
0,5 mq/kq/sut hesabı ilə tədricən azaltmaqla, 4 həftəlik növbələşən
kurslarla köməkçi terapiyaya keçilir. Hormonal terapiya (Prednisoloni ya
Metilpred) ümumən 3-3,5 ay davam etməlidir (sxem 5).
Kəskin qlomerulonefrit keçirmiş hər uşaq beş il müddətinə həkim
nəzarəti altında olmalıdır. Bu dövrdə profilaktik peyvəndlər əks göstərişdir.
Nefrotik və qarışıq forma keçirmiş xəstələrin isə daim dispanser
nəzarətinə ehtiyacı vardır və onlar 15 yaşa çatandan sonra terapevtin
nəzarətinə keçirilirlər.
Dispanser müşahidə 5 il ərzində aparılır. İlk 6 ay ərzində xəstə 2
ayda 1 dəfədən az olmayaraq, sonrakı 3 il ərzində isə 6 ayda 1 dəfə
nefroloqun qəbulunda olmalıdır. Bu zaman xəstədə qanın biokimyəvi
Kəskin qlomerulonefrit zamanı hormonal terapiyanın protokolu.
I sxem
2 mq/kq/g
1,5 mq/kq/g/a
0,5 mq/kq/g/a
0,25 mq/kq/g/a
0,25 mq/kq/g/a
0,5 mq/kq/g/a
1 mq/kq/g/a
II sxem
2 mq/kq/g
2 mq/kq/g/a
1 mq/kq/g/a
1,5 mq/kq/g
Sxem 5.
Hər bir sütun 1 həftəyə bərabərdir
98
müayinəsi, böyrəklərin USM-i, sidiyin ümumi və Niçeporenko üsulu ilə
müayinəsi aparılır.
Aparılan müalicənin effektivliyinin meyarları və nəticə.
Kliniki: arterial təzyiqin tam normallaşdırılması, hiperhidratasiya,
dizuriya, bel nahiyəsindəki ağrıların (əgər bu ağrılar olarsa) aradan
qaldırılması, bədən temperaturunun normallaşdırılması və s.
Laborator: sidik çöküntüsünün 2 həftə ərzində yaxşılaşması,
sonradan isə 1 ay müddətində tam normallaşması, azot birləşmələrinin
(onların miqdarı artarsa) normallaşması.
Xəstəliyin sürəkli (uzunsürən) gedişi də (1 aydan çox olmaqla
rekonvalessensiyanın olaması) mümkündür ki, bu formanı xroniki
qlomerulonefritlə diferensasiya etmək lazımdır. 15% hallarda KBÇ-ı
inkişaf edir. Xəstəlik yalnız 1% halda ölümlə nəticələnə bilər.
Xəstəliyin
profilaktikası:
kəskin
və
xronik
streptokokk
xəstəliklərinin qarşısını almaqdan ibarətdir.
Proqnozu vaxtında müalicə olunarsa, yaxşıdır.
Xroniki qlomerulonefrit
Xroniki qlomerulonefrit (XQN) çox zaman kəskin qlomerulonefritin tam
sağalmaması nəticəsində yaranır. Bizim məlumatlarımıza əsasən 2118 nefrotik
sindromlu xəstədən 1288 –ində xəstəliyin kəskin gedişinə rast gəlinib, XQN-in
nefrotik formasına isə 830 xəstədə, bunlardan da 35-ində nefrotik sindrom
revmatoid artritin ikincili forması kimi müşahidə olunub.
Bu, diffuz qlomerulonefritin elə formasıdır ki, bu zaman sidikdə olan
dəyişikliklər (mikrohematuriya və albuminuriya) bir ildən artıq, ödem və
hipertoniya kimi əlamətlər isə 3-5 aydan çox cəkir. Bizim məlumatlarımıza
əsasən 2118 nefrotik sindromlu xəstədən 1288 –ində xəstəliyin kəskin gedişinə
rast gəlinib, XQN-in nefrotik formasına isə 830 xəstədə, bunlardan da 35-ində
nefrotik sindrom revmatoid artritin ikincili forması kimi müşahidə olunub.
Dostları ilə paylaş: |