L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

 
84 
kristalizasiyası  üçün  əlverişli  şərait  yaransın.  Bu  halın  özü  isə  orqanizmə 
kifayət  miqdarda  mayenin  daxil  olmaması  və  ekstrarenal  yolla,  qusma  və 
ishal  zamanı  çoxlu  miqdarda  maye  itkisi  nəticəsində  yaranır.  Belə 
vəziyyətdə qusma su-duz mübadiləsinin normallaşması ilə keçib gedir.  
Belə  hesab  olunur  ki,  oksaluriya  böyrək  toxumasında  interstisial 
proseslərlə müşahidə edilir. İnterstiasial toxumanın zədələnməsi və oksalat-
kalsium  nefrolitiazının  formalaşmasının  genezində  isə  böyrəkdə  gedən 
membranolitik  proseslərin  rolu  sübutu  yetirilmişdir.  Oksalat  nefropatiyası 
haqda ətraflı olaraq “Dismetabolik nefrapatiyalar” bölümündə söhbət açılır. 
Kəskin qlomerulonefritin gedişi – tsiklik xarakter daşıyır, bu zaman 
xəstəliyin aşağıdakı mərhələri qeyd edilir: 
1.  İnkişaf  etməkdə  olan  əlamətlərin  mərhələsi  –  başlanğıc 
mərhələdir.  Ekstrarenal  əlamətlər  və  sidik  sindromu  özünü  daha 
qabarıq  göstərir.  Orta  hesabla  2-4  həftə  davam  edir,  lakin  2  aya 
qədər də uzana bilər. 
2.  Xəstəliyin  geriyə  inkişafı  mərhələsi  –  bu  zaman  ekstrarenal 
əlamətlər  –  ödem  və  hipertoniya  itir,  yalnız  sidik  sindromu  qalır. 
Bu mərhələ 3-6 ay, bəzən isə 1 ilə qədər davam edir. 
3.  Xəstəliyin  əlverişli  gediş  zamanı  tam  klinik-laborator  remissiya 
mərhələsi 2-3 aydan 1 ilə qədər və artıq davam edə bilər. 
4.  Sağalma - əgər klinik-labarator remissiya 5 il və daha artıq davam 
edərsə, baş verir.  
KQN  zamanı  böyrəyin  funksiyaları  həm  normal  (konsentrasion, 
yumaqcıq filtrasiyası, kanalcıq reabsorbsiyası), həm də pozula bilər.  
Ağırlaşmalar  
Xəstəliyin gedişi zamanı ağırlaşmalar yarana bilər:  
 
 Kəskin  ürək  çatmamazlığı  (ürək-damar  sindromu)  –  onun 
yaranmasında  hipertoniya,  hipervolemiya  böyük  rol  oynayır.  Bu 
ağırlaşmanın yaranmasında AT yüksəkliyi deyil, onun qəflətən qalxmasıdır 
(adaptasiya  dövrü  olmur,  ürək  əzələsinin  qalxan  AT  uyğunlaşması  baş 
vermir).  Miokardın  yığılma  qabiliyyəti  azalır  və  sol  mədəcik 


 
85 
çatmamazlığının  əlamətləri  yaranır  –  ürək  astması  tutması  –  boğulma, 
məcburi  vəziyyət,  öskürək,  tənginəfəslik,  taxikardiya  və  s.  Ürəyin 
sərhədləri sola tərəf genişlənib, a.pulmonalis üzərində II tonun aksenti qeyd 
edilir.  Əgər  vaxtında  yardım  göstərilməzsə,  ağciyərlərin  ödemi  yarana 
bilər. Uşaqlarda kəskin ürək çatmamazlığı böyüklərə nisbətən az rast gəlir, 
lakin  ölümə  səbəb  ola  bilirlər.  Ona  görə  xəstə  stasionara  daxil  olan  kimi 
AT ölçülməlidir. 
 
 Beyin sindromu – KQN-in ağır və orta ağır gedişləri müşahidə 
edilə  bilər.  Bu  zaman  xəstədə  başağrısı,  ürəkbulanma,  qusma,  hərəki 
pozğunluqlar, əzələ tonusunun, vətər reflekslərinin artması müşahidə edilir. 
Bəzən  pataloji  simptomlar  (Babinski,  Rossolimo)  ola  bilər.  Süstlük, 
yuxusuzluq,  vegetativ  pozğunluqlar  qeyd  edilir.  Angiospazm  və  beyin 
ödeminin  inkişafı  ilə  əlaqədar  olaraq  qıcolmalar  yarana  bilər.  Qıcolmalar 
həmçinin oliqoanuriya fazasında, həddən artıq maye yeritdikdə, hidratasiya  
nəticəsində  yarana  bilər.  Eklamsiya  tutması  bir  neçə  saat  və  ya  sutka 
ərzində  inkişaf  edir.  Uşaqda  başağrısı,  qusma,  AT  yüksəlməsi,  sonra  isə 
huşun itməsi və əvvəlcə toniki, sonra kloniki qıcolmalar əmələ gəlir. Tutma 
zamanı dilin dişləməsi, qeyri-iradi sidik və nəcis ifrazı baş verə bilər.   
Diaqnoz və müalicə protokol üzrə verilir: 
Böyrəkləri  zədələnmiş  xəstələrdə  qeyd  edilən  müayinə  kompleks 
şəkildə aparılmalıdır:  
1) sidiyin ümumi analizi (həftədə bir dəfə),  
2) Zimnitski sınagı (10-14 gündən bir),  
3) sutka ərzində içilən  xaric olunan mayenin miqdarı,  
4) sidiyin kultural müayinəsi,  
5) arterial təzyiqin gündəlik monitirinqi,  
6) qanın klinik analizi (7-10 gündən bir),  
7)  qanda  kreatinin,  sidik  cövhəri,  qalıq  azot,  xloridlər,  kalium, 
natrium,  fosfor,  xolesterin,  umumi  zülal  va  zülal  fraksiyalarının 
miqdarını, koaquloqrammanı yoxlamaq,  
8) göz dibinin müayinəsi,  


 
86 
9) EKQ. 
Diferensial diaqnostika:  
Bu  xəstəliyi  şenleyn-Henox  xəstəliyinin  hematurik  forması,  nefrotik 
sindrom, Alport sindromu və s. xəstəliklərlə diferensasiya etmək lazımdır. 
Müalicə
Müalicə tədbirlərinin protokolu (sxem 4). 
1) Xəstənin  mütləq  nefroloji  şöbəyə  (terapiya,  nefroloji  şöbədə  yer 
olmazsa,  urologiyaya,  bu  zaman,  nefroloqun  konsultasiyası 
vacibdir) yerləşdirmək. 
2) Bir  neçə  gün  ərzində  yataq  rejimi  (ödem  və  hipertenzion 
sindromun  olma  müddətində).  Xəstəyə  şöbə  daxilində  hərəkət 
etməyə icazə verilir.  (mənzil daxili) xəstə vaxtının təqribən 12-18 
saatını yataqda keçirir. 
3) Duzun  orta  dərəcədə  (sut  2q/l  qədər)  və  xəstəliyin  bütün  dövrü 
ərzində heyvani zülalların məhdudlaşdırılması. 
4) Arterial  təzyiqin  kəskin  artması  mərhələsində  antihipertenziv 
preparatlar  verilir  (kalsium  antaqonisti,  AÇF  ingibitorları,  AT  I 
reseptorlarının  inhibitoru,  beta-blokatorlar,  tiazid,  tiazidəbənzər 
diuretiklər, osmodiuretiklər). 
5) Ödemlərin  yaranması  zamanı  diuretik  terapiya  (ilgək  və  tiazid 
diuretiklər).  
6) Antiaqreqantlar  (asetilsalisilat  turşusu  0,75-125  mq/sut  daxilə, 
dipiridamol  225-300  mq/sut  daxilə,  pentoksifillin  200-300  mq/sut 
daxilə,  ilk  günlər  preparatın  5-10  ml-ni  200  ml  fizioloji  məhlulda 
həll edib vena daxilinə yeritmək də olar). 
7) Kəskin  poststreptokokk  nefritinin  inkişafı  zamanı  1  ay  müddətinə 
antibakterial preparatların təyini.  
8) Düz  antikoaqulyantların  təyini  haqda  ətraflı  məlumat  müvafiq 
olaraq “Xroniki qlomerulonefrit” bölməsində verilir.  
Kəskin  qlomerulonefrit  zamanı  immundepressantlar  təyin  olunmur. 
Onların  təyini  kəskin,  xroniki  və  yarımkəskin  qlomerulonefritlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə