L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

 
110 
Əgər  kortikosteroidlərə  qarşı  tam  və  qismən  rezistentlik  baş  verərsə, 
sitostatik preparatların (leykeran, siklofosfamid) təyin olunması yaxşı effekt 
verir. Leykeran sutkada hər kq çəkiyə 0,15-0,2 mq, siklofosfamid isə 2-4 mq 
təyin  edilir.  Bu  doza  xəstəxana şəraitində  3-6 həftə,  sonralar  isə  6-12 həftə 
ərzində  saxlayıcı  dozada  verilir.  Adətən,  leykeranla  müalicə  kortikosteroid 
preparatlar ilə eyni vaxtda aparılır. 
Sitostatiklər  əks  cisimlərin  əmələ  gəlməsini  azaldır,  lakin  ciddi 
ağırlaşma  (sümük  iliyinin  aplaziyası,  hepatit)  təhlükəsini  nəzərə  alaraq  bu 
preparatları  ən  ağır  hallarda  istifadə  etmək  və  hər  iki  gündən  bir  qanın 
kliniki müayinəsini aparmaq lazımdır. 
Tez-tez  proqresssivləşən  və  hormonrezistent  formalı  nefrotik  sindrom 
zamanı çiklofosfamid və metilprednizolonla “puls-terapiya”-nın aparılması  
Hormonrezistent  forma  zamanı  həmçinin  çiklosporin  (Sandimmun  – 
Neoral) preparatı təyin olunur. Bu preparat podosit hüceyrələri səviyyəsində 
təsir  göstərir  və  onu  böyrək  bioptatı  müayinəsindən  sonra  təyin  etmək 
lazımdır.  Çiklosporin  preparatı  hormonrezistent  formalı  nefrotik  sindrom 
zamanı  prednizolonun  1  mq/kq/sut  dozada  1  ay  ərzində  təyini  fonunda 
verilir.  Bundan  sonra  prednizolonla  terpiya  kursu  günaşırı  formada  davam 
etdirilir.  Çiklosporinin  uzun  müddət  təyini  AT  yüksəlməsi  və  qanda 
kreatininin səviyyəsinin artması gətirib çıxara bilər. 
Bəzi  müəlliflər  qlomerulonefritin  hematurik  və  kortikosteroid 
terapiyaya  rezistent  nefrotik  formalarında  aminoxinolin  preparatlarından 
(delagil,  plakvenil,  xloroxin  və  s.)  istifadə  edilməsini  təklif  edirlər.  Bu 
preparatlar 6 ay müddətinə verilir. Preparetların qəbulundan oyanıqlıq, qarın 
ağrıları,  qaşınma,  narahatlıq  olarsa,  onların  verilməsi  bir  neçə  müddətə 
dayandırılır. 
Bu  preaparatların  qəbulu  zamanı  saçların  ağarması,  göz  dibi 
tərəfindən  dəyişikliklər  müşahidə  edilir,  belə  hallarda  bu  preparatların 
qəbulu dayandırılır. Ürək fəaliyyətini artıran dərmanlar, anabolik hormonlar 
və kompleks müalicədə istifadə edilə bilər. 


 
111 
Qıcolmalar zamanı əzələyə 25%-li maqnezium sulfat məhlulu vurulur. 
Daxilə  çoxlu  maye,  əsasən,  qələvi  məhlulları  (2-3%-li  natrium-
hidrokarbonat  məhlulu)  təyin  olunur,  cünki  bunlar  uremik  asidozu  azaldır. 
Hemodializ,  hemosorbsiya  kimi  müasir  müalicə  üsullarından  istifadə 
edilməlidir.  
 
Sürətləproqressivləşən ekstrakapilyar qlomerulonefrit 
Qlomerulonefritin  bu  formasına  nisbətən  nadir  hallarda  rast  gəlinir. 
Çox  zaman  onu  həm  də  bədxassəli  adlandırırlar  ki,  bu  da  patoloji  prosesin 
aqressiv gedişi ilə və xəstənin 6-8 ay  ərzində, nadir halda 1-1,5 ildən sonra 
ölümü ilə nəticələnir.  
Etiologiya:  Ədəbiyyatlarda  streptokokk  etiologiyalı  olması  qeyd 
edilir.  Xəstəliyə  daha  çox  13-15  yaşarası,  az-az  hallarda  isə  7-12  yaşarası, 
yəni yeniyetmə dövründə  rast gəlinir. 
Patogenez:  Sürətləproqressivləşən  QN  inkişaf  mexanizmi  demək  olar 
ki,  digər  formaların  inkişaf  mexanizmi  ilə  eynidir.  Yəni  burda  da 
qlomerulyar bazal membrana qarşı antitellərin yaranması ilə əlaqəlidir.  
Klinika:  Xəstəlik  adi,  KQN-in  nefrotik,  hematurik  və  hipertonik 
sindromla gedən formasını xatırladır. Əgər adi nefritdə xəstəyə yataq rejimi, 
pəhriz və simptomatik müalicə təyin etdikdən 5-7 gün sonra, hətta daha tez 
bir  vaxtda,  oliqouriyanın  poliuriya  ilə  əvəz  olunmasına  qədər  və  xəstəliyin 
ikinci  həftəsindən  başlayaraq,  AT-in  normallaşması,  ödemlərin  azalması  və 
yox  olması  müşahidə  edilirsə,  sürətləproqressivləşən  nefrit  zamanı  isə 
adətən  bu  hal  qeyd  edilmir.  Bəzən  bir  qədər  yaxşılaşma  olsa  da,  əksər 
hallarda  bütün  əsas  simptomlar  davamlı  olaraq  qalır  və  qanda  azot 
birləşmələrinin  səviyyəsi  diurezin  yaxşılaşmasına  baxmayaraq,  yüksək 
olaraq qalır.  
Gedişinə görə iki forması ayırd edilir: 
1) aqqressiv; 


 
112 
2) remitəedən (müvəqqəti yaxşılaşan); 
Aqressiv  forma  zamanı  xəstənin  ümumi  vəziyyətində  heç  bir 
yaxşılaşma  olmur,  ümumi  kliniki  müayinələr,  qan  və  sidiyin    biokimyəvi 
müayinəsində prosesin yüksək aktivliyi müəyyən edilir.  
Xəstəliyin  bu  formasında  böyrəklərin  filtrasiya  funksiyası  azalır, 
kanalcıqlarda  suyun  reabsorbsiyası  bir  qədər  artır.  Qatılaşdırıcı  funksiya 
izostenuriyaya yaxındır.  
Remitəedən  forma  zamanı  simptomların  intensivliyi  daha  az  nəzərə 
çarpır.  Müasir  müalicə  üsullarının  köməyi  dövrü  olaraq  yaxşılaşma  əldə 
etmək  olur,  ayrı-ayrı  hallarda  isə  xəstəliyi  hətta,  latent  gedişli  formaya 
çevirmək  də  olur.  Bu  zaman  xəstələrin  yaşını  1,5  ilə  qədər  artırmaq  olur. 
Remitəedən forma öz gedişatına görə qarışıq formaya yaxındır.  
Diaqnoz  
Xəstəliyin diaqnozu kliniki müşahidələrə əsasən qoyulur.  
 
Müalicə 
1.  Yataq rejimi; 
2.  Pəhriz – duzsuz yeməklər verilir, lakin ionoqramma nəzarət altında 
olur.  
İnfeksiya  ocaqlarının  aşkar  edilməsi  zamanı  antibiotiklər  təyin  edilir. 
Qlükokortikosteroidlər heç bir effekt vermir, AT isə daha da davamlı olaraq 
yüksək  qalır.  Belə  bir  fikir  də  yürüdülür  ki,  hormonlar  hətta  xəstəliyin 
proqressivləşməsinə gətirib çıxarır. 
Müalicədə  immunodepressantlar,  həmçinin  antikoaqulyantlar  istifadə 
edilir.  
Müasir  zamanda  xəstəliyin  bu  formasının terapiyasında puls-terapiya, 
hemodializ və plazmoferezin tətbiqi yüksək effekt almağa imkan yaradır.    
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə