132
Hiporeflektor sidik kisəsi (və ya sidik kisəsinin hiporeflektor
disfunksiyası) nadir və böyük porsiyalarla sidik ifrazı ilə maşayiət edilir,
sidiyin orta porsiyası normadan çoxdur, qalıq sidiyin miqdarı da böyükdür.
Enurez adətən olmur.
Enurez – sidik kisənin, arzu edilməyən və ya münasib olmayan
şəraitdə qeyri-iradi olaraq boşaldılmasıdır. Enurez üç yaşdan yuxarı
uşaqlarda patoloji hal kimi sayılır və populasiyadan aslı olaraq 6 – 15%
hallarda rast gəlir. Ümumiyyətlə gecə və gündüz enurezi ayırd edilir.
Gecə enurezinin təsnifatı.
II. Yaranma vaxtına görə:
1. anadangəlmə başlayan birincili gecə enurezi;
2. hər hansı bir təkanverici faktordan sonra yaranan ikincili enurez;
III. Zədələnmənin səviyyəsindən aslı olaraq:
1. Sidik sisteminin anadangəlmə və qazanılma patologiyası:
1.1.
Sidik
yolları
və
cinsiyyət
orqanlarının
quruluş
anomaliyaları.
2.2.
Sidikçıxarıcı yollarının infeksiyaları.
2. Sinir sisteminin patologiyası:
2.1. Sidik ifrazının spinal tənzimləmə mərkəzlərinin patologiyası:
Sidik kisəsinin hiperreflektor tipli neyrogen disfunksiyası.
Sidik kisəsisinin hiporeflektor tipli neyrogen disfunksiyası.
2.2. Sidik ifrazının serebral tənzimləmə mərkəzlərinin patologiyası:
Nevrozabənzər forma: gecə yuxusu patologiyası (irsi profundosomniya)
sidik
ifrazının
serebral
tənzimləmə
mərkəzlərinin
rezidual-üzvi
çatmamazlığı, vazopressinin dövrü ritminin dəyişməsi ilə gedən hipofizin
neyroendokrin disfunksiyası.
Psixi xəstəliklər: intellektin müxtəlif dərəcədə pozulma-sı, şizofreniya,
gecə tutmaları ilə gedən epilepsiya
133
Psixogen xəstəliklər: patoxarakteroji sidik saxlamama (aktiv və passiv
etiraz reaksiyası), nevrotik tipli sidik saxlamama (sistem nevrozlar rupuna
aid edilir), nevrotik pollakuriya sindromu
2.3. Qarışıq forma, kliniki olaraq ya gecə yuxusu pozğunluğunun
üstünlüyü, və ya sidik kisəsinin neyrogen disfunksiyasının
üstünlüyü ilə müşahidə edilir.
Bundan əlavə enurez aşağıdakı xəstəliklərin simptomu ola bilər:
1) nevroz;
a.
nevrozabənzər vəziyyətlər;
b.
uroloji patologiyanın nəticəsində;
c.
onurğa beynin patologiyasında;
d.
yuxarıda qeyd edilən halların birlikdə olması zamanı;
Cədvəl 6.
Uşaqlarda sidik ifrazı aktının sutkalıq ritmi və həcmi
Göstərici
Qızlar (yaşla)
Oğlanlar (yaşla)
4-7
8-11 12-
14
4-7
8-11 12-14
Sutka ərzində sidik ifrazının
sayı
6-7
5-6
4-6
5-7
5-6
4-5
Sidik kisəsinin həcmi, ml:
minimum
maksimum
orta
68
161
130
50
235
155
115
270
197
63
135
107
46
272
140
140
325
190
Müayinə metodları kimi urofloumetriya, profilometriya, farmakosisto-
metriya, sidik kisəsinin USM-dən istifadə edilir.
Müalicə. Aşağıdakı müalicə kompleksi tövsiyə olunur:
Hiporeflektor tip neyrogen disfunksiya zamanı:
134
1. Məcburi sidik ifrazı rejimi (hər 2-3 saatdan bir).
2. Dəniz suyu vannalrı.
3. Adaptogen preparatlarla kurs müalicə (jen-şen, eleutrekokk, cır
limon, zamanixa, çəhrayı rodiola, buların hər birindən yaşa 2 damcı
olmaqla günün birinci yarısında)
4. Qlisin – peroral 10 mq/kq sutkada, 1 ay müddətinə.
5. Fizioterapiya:
– prozerin, kalsium xlor ilə elektroforez;
– sidik kisəsi nahiyəsinə ultrasəs;
– sidik kisəsinin stimulyasiyası;
Hiperreflektor tip neyrogen disfunksiya zamanı:
1. Valeryan, pion kökü, pustırnik preparatları.
2. Belladona preparatları ( belloid, bellataminal).
3. Pikamilon 5 mq/kq sutkada 1 aylıq.
4. Pantoqam peroral 0,025 mq gündə 4 dəfə, 2-3 ay.
5. Desmopressin,
6. Melipramin,
7. Psixoterapiya,
8. Fizioterapiya:
– sidik kisəsi nahiyəsinə atropin, papaverinlə elektroforez;
– maqnitoterapiya;
– sidik kisəsi nahiyəsinə ultrasəs;
– sidik kisəsini zəifləmək metodikası üzrə elektrostimulyasiya;
Enurez zamanı bundan əlavə təyin olunmalıdır:
– diqqətin yayındırılması, sakit vəziyyət;
– uşağın diqqətini probleminə
yönəltməmək, danlamamaq,
cəzalandırmamaq;
– yuxunu daha dərin etmək məqsədilə yatmazdan qabaq isti vanna
qəbul etmək, gecə 1 tab. suprastin (desensibilizəedici) qəbul
etmək;
135
– sedativ psixoterapiya; sedativ otlar;
– sakitləşdirici refleksoterapiya;
– müalicəvi idman hərəkətləri, bel əzələrini, qarın presini
möhkəmləndirmək üçün;
Reflüks nefropatiya
Sidik kisəsi-sidik axarı reflüksu fonunda yaranan ən ağır böyrək
patologiyası sayılır.
Reflüks nefropatiya - sidik kisəsi-sidik axarı reflüksu fonunda
yaranan xəstəlik olub, böyrək parenximasının fokal və yayılmış sklerozu ilə
xarakterizə edilir. XBT-10 görə bu patologiya reflüksla əlaqəli olan tubulo-
interstitisial nefritin bir qrupuna aiddir.
RN formalaşmasında əsas rolu böyrək ləyənində təzyiqin artması
nəticəsində sidiyin oradan geriyə, böyrəyin toplayıcı sisteminə qayıtması
oynayır.
Patogenez. Böyrək parenximasının an ağır zədələnməsi məhz erkən
yaşlı uşaqlarda müşahidə edilir. Sidik kisəsi-sidik axarı reflüksu olan
xəstələrin demək olar ki, 60-70%-də parenximanın sklerozlaşması qeyd
edilir. Yüksək risk qrupuna, məhz 1 yaşına qədər uşaqlar (40%) aiddir. Bu
hal ilk növbədə həmin yaşda böyrək daxili reflüksun yüksək rast gəlmə
tezliyi ilə əlaqədardır. Bu isə öz növbəsində məməcik aparatının
yetkinsizliyi və yüksək ləyəndaxili təzyiqin olması ilə əlaqədardır.
Yenidoğulmuşlarda isə RN 20-40% halda müəyyən edilir. Bunun da 30-
40%-i böyrəkləri displaziyası (hipoplaziya, seqmentar hipoplaziya, kistoz
hipoplaziya)
Klinika. Kliniki əlamətlər çox zaman infeksiyanın qoşulması zamanı
qeyd edilir. Bu zaman sidik sisteminin infeksiyası əlamətləri müşahidə
edilir: intoksikasiya, ağrı sindromu, sidik sindromu (leykosituriya, s əhər
proteinuriyası).
Dostları ilə paylaş: |