150
10 000 mikrob hüceyrələri/ml proteus vulgaris;
Lazımi məlumat almaq üçün sidiyin müayinəsi antibakterial
terapiyadan əvvəl aparılmalıdır.
SYİ olan uşaqların laborator diaqnostikası biokimyəvi müayinə
üsulları sidikdə leykositlərin esterazasını və nitritləri təyin edən skrininq
testlər vasitəsi ilə də aparıla bilər. Esteraza və nitritlərin eyni vaxtda olması
SYİ-nı inkar etməyə imkan verir. Skrininq testlər vasitəsilə SYİ-na spesifik
olmayan proteinuriya və hematuriyanı da təyin etməyə imkan verir. Bu
testlər ambulator bakteriuriyanın ambulator təyinində də istifadə oluna bilər.
Sidiyin mikroskopik müayinəsi
Bu zaman sidik düzgün yığılmalı və dəqiq müayinə olunmalıdır.
Məlumdur ki, sidiyin 3 saatdan çox saxlanılması nəticəni 35%-z qədər
keyfiyyətdən salır. Buna görə də vaxtında müayinə oluna bilməyən sidiyi
soyuducuda saxlamaq lazımdır.
Sidikdə leykosituriyanı müəyyən etmək üçün görmə sahəsində olan
leykositləri saymaq kifayət edir (g/s).
Leykosituriyanın kriteriyaları:
Sidiyin ümumi müayinəsində 5 g/s
Niçiporenko sınağı – 2000/ml (2x106/l)
Addis-Kakovski 2.000.000/sutka
Leykosituriyanın tipləri:
Neytrofil leykosituriya 90% və çox
Qarışıq leykosoturiya: Neytrofil > 90%, Limfosit 10-50%
Limfositar leykosituriya – 50% və çox
SYİ-nın, xüsusən PN və sistitin instrumental-diaqnostika üsullarına
USM, sistouroqrafiya və sintiqrafiya müayinələri aiddir.
USM – sadə və təhlükəsiz üsuldur. USM-də xəstələrə heç bir vaxt
məhdudiyyət qoyulmur. Yeganə, əsas şərt 10-15 ml/kq maye verilməklə
fizioloji
hidrotasiyanın
aparılmasıdır.
Rəngli
və
doppleroqrafik
impulslardan istifadə USM-nin imkanlarını xeyli genişləndirir. USM-də
151
hidronefroz, sidik axarının distal hissəsinin dilatasiyası, sidik kisəsi
divarının hipertrofiyası, ureterosele, sidikdaşı xəstəliyi kimi patologiyaları
aşkar etmək mümkündür. Ekskretor USM-nin və uroqrafiyanın aparılması
göstərişlərinə bunlar aiddir: PN olan uşaqlarda, aparılan müalicə fonunda
yaxşılaşma əldə etmək mümkün olmadıqda obstruksiya və absesi inkar
etmək. USM – digər instrumental müayinələr kimi dəqiq olmasa da kəskin
böyrək iltihabını və büzüşməsi aşkar edə bilir.
Sistouroqrafiya – uşaqlarda sidik kisəsi-sidik axarı reflüksunun çox
tez-tez rast gəlməsi ilə əlaqədar olaraq 2 yaşa gədər, SYİ olan bütün
uşaqlara sistouroqrafik müayinə aparılmalıdır. Bu üsul vaxtında düzgün
müalicə seçiminə və SYİ-nın residiv verməsinə qarşı profilaktikaya çox
böyük kömək edir.
Sistouroqrafiyaya əsas göstərişlər:
1. USM-nin nəticələrindən asılı olmayaraq bütün 2 yaşa qədər SYİ
olan uşaqlar
2. yuxarı yaşlı uşaqlarda SYİ-nın residivləri
3. 2 yaşdan yuxarı uşaqlarda USM dəyişiklikləri ilə (toplayıcı
sistemin dilatasiyası)
4. böyrəyin toplayıcı sisteminin infeksiyası
5. enurez.
Böyrəklərin sintiqrafiyası 99mTe-DMSA – statik nefrosintiqrafiya
SYİ-nın böyrəkdə qoyduğu fəsadlıları aşkar etməyə imkan verir: pielonefrit
və funksiya göstərməyən ocaqlar şəklində böyrək büzüşməsi. Bu üsul
böyrək büzüşməsini aşkar edən ən dəqiq üsuldur. Bundan fərqli olaraq
dinamik nefrosintiqrafiya sidik sisteminin obstruksiyasını və yumaqcıq-
kanalcıg aparatının funksional vəziyyətini qiymətləndirməyə imkan verir.
Ekskretor uroqrafiya – əvvəllər bu müayinə üsulunun anomaliyaları
aşkarlayan yeganə üsul olmağına baxmayaraq USM kəşf olunandan sonra öz
əhəmiyyətini bir qədər itirdi. Çünki, USM-si daha dəqiq, ağrısız və fəsadsız
və daha ucuz müayinə üsulu hesab olunur.
152
Ekskretor uroqrafiyaya əsas göstərişlər:
1. USM-də sidik sistemi organların anomaliyası, konkrementlər.
2. SS orqanlarında arterial hipertenziya.
3. Qarın bozluğunda palpasiya olunan törəmə.
Kontrast maddə kimi ən əlverişli maddə - yodiksanoldur.
Sistografiyaya göstərişlər:
1. sistitin uzunsürən və residivləşən gedişi.
2. böyrək zədələnməsi olmadan residivləşən hematuriya.
3. sidik kisəsində daşlar.
4. digər müayinələrdə aşkar edilən sidik axarlarının inkişaf
anomaliyası.
Müalicə
SYİ-nın müalicə prinsipləri:
1. SYİ olan uşaqların müalicəsində əsas məsələ kəskin infeksiyanı
aradan götürmək, urosepsisə qarşı xəbərdarlıq, böyrək
zədələnməsi ehtimalını azaltmaq.
2. SYİ zamanı uşaqlara antimikrob müalicə mümkün qədər tez
başlanılmalıdır.
3. qızdırmalı, toksikozlu, dərman qəbul edə bilməyən uşaqlara
dərhal klinik yaxşılaşma alana kimi parenteral antimikrob
müalicə başlanılmalıdır.
4. böyrək funksiyasının pozğunluğu olan uşaqlarda nefrotioksik
antimikrob preparatlarla müalicə qanda sidik cövhəri və
kreatininə nəzarət etməklə aparılmalıdır.
5. qanda terapevtik konsentrasiyaya çatmayan və sidiklə tez
ekskresiya olunan aktiv fazada deyil antimikrob dərman
vasitələrindən yalnız residivlərin profilaktikasında istifadə
olunmalıdır.
İlk növbədə, düzgün rejim və qidalanma təyin edilməlidir. Xronik
infeksiya ocaqlarının sanasiyası aparılmalı, orqanizmin müqavimət
153
qabiliyyəti qaldırılmalıdır. Kəskin fazada xəstə yataq rejimində olmalı,
temperatur normallaşdıqda yataq rejimi azaldılmalıdır. Pəhrizə xüsusi fikir
verilməlidir. Bəzi alimlər şəkər-meyvə günlərini təklif edirlər. Son illər
pəhrizdə kartofa mühüm yer verilir (xüsusilə, oksalaturiya zamanı) bu
zaman 1500 q kartof, 40-50 q yağ, 15 q şəkər, 150-200 q çovdar çörəyi
məsləhət görülür. 1,5-2 l-ə qədər kompot, kisel, çay,şirələr təyin edilir. Süd,
kəsmik, pendir, ət, balıq, kolbasa və undan hazırlanmış yeməklər verilmir,
xiyar, turp, salat, kələm kimi qidalar isə məhdudlaşdırılır. Pielonefrit residiv
xarakter daşıdıqda, kalium duzları azalır, asidoz meydana çıxır. Bu zaman
badımcan, yerkökü, balqabaq, pomidor, qarpız təyin etmək lazımdır.
Antibakterial terapiyaya xüsusi yer verilməlidir. İlk növbədə
antibiotiklər təyin olunmalıdır, bu zaman mikrobların antibiotiklərə
həssaslığı yoxlanılmalıdır. Nefrotoksik təsirə malik antibiotiklərin təyini
məsləhət deyildir. Antibiotiklərlə yanaşı nitrofuran törəmələri (furadonin,
furagin və s.) nalidiksin turşusu (neqram, neviqramon), 5-NOK, biseptol, C,
B qrup vitaminləri təyin olunmalıdır.
Ümumiyyətlə, PN-in müalicəsində antibakterial terapiya aşağıdakı
qaydada təyin edilir:
1) 10-14 gün antibiotiklər;
2) 10-14 gün furadonin, furagin;
3) 14-21 gün neviqramon;
4) 35 gündən sonra sulfanilamid preparatları (biseptol, sulfazol,
urosulfan vs s.) çoxlu maye ilə birgə təyin olunur;
5) fitoterapiya
Prosesin sönməsi dövründə nikotin 0,075-0,1 q/kq çəkiyə sutkada 4-6
dəfə 2-3 həftə ərzində qəbul edilir. Stimuləedici terapiya məqsədilə
retabolil, nerabol, Stimol təyin olunur. Son illər pielonefritin müalicəsində
immun-
modulyasiyaedici
preparatlardan
(pentoksil,
metilurasil,
prodigiozan, imunofan, siklosporin, likopid və s.) istifadə edilir. Beləliklə,
Dostları ilə paylaş: |