Laboratoriya işi № Skanedici zond mikroskopu(szm) vasitəsilə nümu



Yüklə 187,65 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix30.03.2018
ölçüsü187,65 Kb.
#35511
1   2   3   4   5   6   7

“Nanotexnologiyadan laboratoriya  işləri”. Dərs vəsaiti  

 

dirmək üçün, nümunə səthi üzərində bir-birindən kənarda olan 



bir neçə nöqtələrdə skanetməni aparmaq zəruridir. Əgər tədqiq 

olunan obyekt haqqında məlumat yoxdursa, əvvəlcə  səth haq-

qında ümumi xarakterli məlumat almaq üçün, səth üzərində elə 

sahəni seçmək lazımdır ki, skanetmə  nəticəsində obyekt haq-

qında müəyyən təsəvvürlər yaranmış olsun. Təkrar skan 

edərkən skanetmənin ölçülərinin seçilməsi ümumi xarakterli 

skanetmə zamanı alınmış verilənlər əsasda aparılmalıdır. 

Skanetmə zamanı nöqtələrin sayı(N

x

, N


y

) elə seçilir ki, skan 

etmə 

 addımı(nöqtələr arasında məsafə olub səth haqqında 



məlumatın oxunması  həyata keçirilir) xarakteristik xüsusiy-

yətlərindən kiçik olsun, əks halda isə nöqtələr arası skanetmə 

zamanı  məlumatın bir hissəsi itmiş olar. Digər tərəfdən  əlavə 

nöqtələrin seçilməsi skanetmə vaxtının artmasına səbəb olar. 

Δ

Məlumatın oxunması zamanı zondun nöqtələr arasında 



hərəkət etmə sürəti skanetmənin sürətini təyin edir. Əlavə yük-

sək sürətin olması əks əlaqə sisteminin zondu səthdən uzaqlaş-

dırmasına imkanı olmaz, bu isə  şaquli ölçülərin səhv 

oxunmasına, həmçinin zondun və nümunə səthinin zədələnmə-

sinə  səbəb olar. Skanetmənin kiçik sürətlə aparılması isə skan 

etmə vaxtının artmasına səbəb olardı. 



Əks əlaqə sistemi 

Skanetmə prosesi zamanı zond nümunə  səthinin müxtəlif 

fiziki xassələrə malik müxtəlif hissələri üzərində ola bilər, 

bunun nəticəsində zond və nümunə arasında qarşılıqlı  təsir 

kəmiyyətinin qiyməti və xarakteri dəyişmiş olacaqdır. Bundan 

əlavə, nümunə  səthi hamar deyilsə, onda skan etmə zamanı 

zond və nümunə arasındakı z məsafəsi dəyişmiş olacaq və buna 

uyğun olaraq lokal qarşılıqlı təsir kəmiyyətlərinin qiymətləri də 

dəyişmiş olacaqdır. 

Əks  əlaqə sisteminin köməyi ilə skanetmə prosesi zamanı 

lokal qarşılıqlı  təsir kəmiyyətlərinin qiymətləri sabit saxlanılır 

(qüvvə  və ya tunel cərəyanı). Zond nümunə  səthinə yaxınlaş-

dıqca sensorun siqnalı artır. Komparator sensorun carı siqnalını 

 

 



 

16



Skanedici zond mikroskopu (SZM) vasitəsilə nümunə  səthinin topoqrafiyasının 

alınması. Təcrübənin nəticələrinin işlənməsi  

 

 

 



dayaq gərginliklə-V

s

 müqayisə edərək, korrektə edən-V



fb

 siqnal 


yaradaraq pyezogətirmə qurğusunun idarə olunması zamanı 

istifadə edilərək zondun nümunə  səthindən uzaqlaşdırır. Bu 

zaman z pyezogətirmə kanalından nümunə səthinin topoqrafiya 

şəklini almaq üçün siqnal götürülür. Şəkil 1-6-da zond və 

nümunə arasında qarşılıqlı təsir kəmiyyətlərini sabit saxlamaqla 

zondun nümunəyə  nəzərən(əyri 2) və nümunənin zonda nəzə-

rən(əyri 1) hərəkət trayektoriyası göstərilmişdir.  Əgər zond 

çuxur və ya hər hansı  səth hissəsində olarkən qarşılıqlı  təsir 

zəifdirsə onda nümunə yuxarıya qaldırlır,  əks halda nümunə 

aşağı salınır.  Əks  əlaqə sisteminə müraciət V

fb

=V

lf



-V

s

 siqnalı 



yaranarkən  əks  əlaqə dövrəsində  K sabiti ilə  (NanoEducator 

cihazında-Feed Back Loop Gain) və ya bir neçə sabitlə 

xarakterizə olunur. K-nın konkret qiyməti SZM-in xüsusi 

konstruksiyasından(skanedicinin konstruksiyası  və xarakteri, 

elektron qurulusundan asılıdır), SZM-in iş rejimindən (skanet-

mənin ölçüləri və sürətini və i.a.) həmçinin tədqiq olunan səthin 

xüsusiyyətlərindən(kələ-kötürlülüyün səviyyəsindən, topoqrafi-

yasının masştab xüsusiyyətindən, materialın bərkliyindən və 

i.a.) asılıdır. 

Ümumiyyətlə K-nın qiyməti nə qədər böyükdürsə, əks əlaqə 

dövrəsi nümunə səthinin skanedilməsi zamanı alınan nəticələrin 

kifayət qədər daha dəqiq alınmasına imkan verir. Bəzən -nın 

qiyməti hər hansı kritik qiyməti aşarsa  əks  əlaqə sistemi öz - 

özünü həyəcanlandırmağa meyl edərək, bu zaman skanedilmiş 

xətlərdə səs-küylər müşahidə olunur. 

SZM verilənlərin formatı, təcrübənin nəticələrinin işlənmə-

si üsulları və təqdimi 

Skanedici zond mikroskopu vasitəsi ilə alınmış məlumatlar 

SZM kadrı  şəklində iki ölçülü Z

ij

  tam  ədədlər massivi kimi 

saxlanılır. Hər bir ij cütünə skanedilmiş sahə  çərçivəsi daxi-

lində nümunə  səthinin bir nöqtəsi uyğundur. Səth nöqtələrinin 

koordinatlarını hesablamaq üçün nöqtələr arası  məsafənin 

 

 

 



17


“Nanotexnologiyadan laboratoriya  işləri”. Dərs vəsaiti  

 

qiymətini uyğun indeksə vurmaq lazımdır. SZM kadrları 



200x200 və ya 300x300 elementləri olan kvadrat matrislər kimi 

təsvir olunurlar.  

 

 

 



1) Nümunə hərəkətsiz: 

Zondun hərəkət 

trayektoriyası 

2) Zond hərəkətsiz: 

Nümunənin hərəkət 

trayektoriyası 



Şəkil 1-6. Əks əlaqə sistemində lokal qarşılıqlı təsiri sabit qalmaqla 

zondun və nümunənin hərəkət trayektoriyaları 

 

SZM kadrların gözlə görünən kompüter qrafikası vasitələri 



ilə aparılır,  əsasən iki ölçülü  işıqlı (2D) və üç ölçülü (3D) 

təsvirləri  şəklindədir. 2D gözlə görünən relyefin Z=F(x,y) 

səthinin hər nöqtəsinə  səthin nöqtəsinin hündürlüyünə uyğun 

olaraq təyin olunmuş rəngin tonu qarşı qoyulur. Səth üzərində 

fəzada yerləşmiş hər hansı nöqtənin səthin nöqtəvi mənbələrlə 

şərti işıqlanma modelləşdirmə  əsasında 3D təsvirlərinin rəng-

lənməsi üsulundan istifadə edilir (Şəkil  1-7a). Bu zaman relye-

fin ayrıca kiçik xüsusiyyətlərini qeyd etmək mümkündür. 

SZM şəkillərində əhəmiyyətli məlumatlarla bərabər həmçi-

nin çoxlu əlavə məlumatlar da olur ki, bunlar nümunə səthinin 

morfologiyası və xüsusiyyətləri haqqında yanlış məlumatlardır. 

Şəkil 1-8 də səthin SZM şəkillərində sxematik olaraq müm-

kün təhrif olunmalar verilmişdir. 

SZM  şəkillərinə  həmişə sabit tərkib daxildir ki, bu səthin 

relyefi haqqında heç bir əhəmiyyətli məlumatı göstərmir. Bu z 

oxu üzrə skanedicinin dinamik diapazonda yerdəyişmələri 

zamanı nümunənin gətirilmə dəqiqliyini təsvir edir. Sabit tərkib 

SZM kadrlardan proqram yolu ilə silinir. 

 

 

 



18


Yüklə 187,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə