Layihələşdirmə anlayışı: mahiyyəti, subyekti, obyekti Sosial layihələşdirmənin prinsipləri, metodikası Sosial layihələşdirmənin mərhələləri


Rekonstruksiya (yenidən təşkilatlandırma)



Yüklə 51,27 Kb.
səhifə2/7
tarix22.12.2023
ölçüsü51,27 Kb.
#154140
növüMühazirə
1   2   3   4   5   6   7
Muhazirə 10 Sosial layihələşdirmə təbiəti

Rekonstruksiya (yenidən təşkilatlandırma) həm intellektual, həm də təcrübi fəaliyyətə aid olur.
Dekonstruksiya (struktur təhlil) – obyektin süni şəkildə çeşidlənməsi, hissələrə bölünməsi, yaxud normal funksiyalaşmasının pozulması əsasında ideal modelin qurulmasıdır. Belə ideal model normativ xüsusiyyət daşıyır.
Planlaşdırma – elmi və təcrübi əsaslarda bu və ya digər təzahürün məqsədlərinin müəyyənləşdirilməsi, vəzifələrinin, müddəti, sürəti və nisbətlərinin aşkar edilməsi, onların cəmiyyətin maraqlarına uyğun şəkildə reallaşdırılmasıdır.
Öncəgörmə – hər hansı təzahür haqqında qabaqcadan xəbərvermə, yaxud mövcud olsa da şəxsi təcrübədə olmayan biliklərdir. Elmi öncəgörmə sosial təzahür və hadisələrin məlum olan əmələgələmə səbəbləri, funksiyalaşma formaları və inkişaf gedişinə uyğun inkişaf qanunauyğunluqlarının aşkar edilməsinə əsaslanır.
Proqnozlaşdırma – öncəgörmə forması olub, planlaşdırılan təzahürün məqsədyönümlüyü, proqramlaşdırılması və idarə edilməsində əks olunur. Proqnozlaşdırma təzahürün cari zamanda inkişaf xüsusiyyətlərinin nəzərə alınması əsasında gələcək inkişaf istiqamətlərinin öncədən görməsidir.
Sosial layihələşdirmənin subyekti – idarəetmə fəaliyyəti ilə bağlı şəxslər, təşkilatlar, əmək kollektivləri, sosial institutlar və s. olub, sosial reallığın məqsədyönlü, təşkilatlanmış dəyişdirilməsi məqsədini daşıyır. Sosial layihələşdirmə subyektinin əsas xüsusiyyəti onun sosial aktivliyi, layihələşdirmə prosesində bilavasitə iştirakı ilə bağlıdır və layihənin keyfiyyəti sosial layihələşdirmə subyektinin intellektual səviyyəsindən asılıdır.
Sosial layihələşdirmənin obyekti sosial əlaqələrin, qarşılıqlı təsirin təşkili sistemləri, prosesləridir. Sosial layihələşdirmənin obyekti –
1) maddi və mənəvi istehsalın təşkilati təsirinə məruz qalan elementlər, alt sistemlər və sistemlərdir (əmək vasitəsi və predmeti, sosial texnologiya, texnika, həyat vəsaiti, mənəvi mədəniyyət, sosial fəaliyyət və s.);
2) tarixi proses və sosial münasibətlərin subyekti olan və öz tələbatları, dəyər yönümləri, sosial nüfuzu, rolu olan insandır;
3) cəmiyyətin sosial strukturunun müxtəlif elementləri və alt sistemləridir (əmək kollektivləri, regionları, sosial qrupları və s.);
4) çoxtərəfli ictimai münasibətlərdir (siyasi, ideoloji, idarəetmə, estetik, mənəvi, ailə-məişət, şəxsiyyətlər arası və s.);
5)həyat tərzi elementləridir (həyat mövqeyi, həyat vasitələri, həyat keyfiyyəti və üslubu və s.). Sosial layihələşdirmənin əsas obyekti kimi sosial sistemlər çıxış edir.

Yüklə 51,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə