Layihələşdirmə anlayışı: mahiyyəti, subyekti, obyekti Sosial layihələşdirmənin prinsipləri, metodikası Sosial layihələşdirmənin mərhələləri


Sosial layihə – beş əsas prinsipə uyğun olmalıdır



Yüklə 51,27 Kb.
səhifə4/7
tarix22.12.2023
ölçüsü51,27 Kb.
#154140
növüMühazirə
1   2   3   4   5   6   7
Muhazirə 10 Sosial layihələşdirmə təbiəti

Sosial layihə – beş əsas prinsipə uyğun olmalıdır: birmənalılıq, zərurilik, bütövlük, ziddiyyətsizlik, optimallıq. Layihənin əks etdirdiyi məlumat zəruri və tam olmalıdır, işarəli məlumatların ixtisar edilməsi zərurəti yaranmamalıdır. Layihə real və qeyri-real ola bilər. Sosial layihə – layihəli fəaliyyətin məqsədi olmalıdır. Sosial layihənin son strateji məqsədi obyektiv şəraiti və müxtəlif sosial qrupların həyat fəaliyyətini nəzərə almaqla kollektiv münasibətlərin təşkilinin optimal birliyini yaratmaqdır. Ən sadə layihələr qərar qəbul edilməsi ilə bağlı olanlar, ən mürəkkəb layihələr isə sosial sistemlərin, proseslərin, münasibətlərin gələcək vəziyyəti ilə bağlı olan layihələrdir. Layihələşdirmənin vaxt intervalının genişlənməsi də sistem və proseslərin, həmçinin göstəricilərin modellərinin yaradılması ilə bağlı olan sosial fəaliyyət prosesinin mürəkkəbləşməsinə səbəb olur. Sosial layihələrin həyata keçirilməsi vasitələri (o cümlədən texniki, riyazi və məntiqi) sistem və proeslərin, onların inkişaf meylləri, problem vəziyyətin əmələ gəlməsi və inkişafı, subyektlər, layihələşdirmə, göstəricilərin və sözlü təsvirlərin, cədvəl, çertyoj, sxem, maket, kodlar, simvollar, alqoritmlər, matritsa və digər göstəricilərin yaradılması haqqında informasiyanın əldə edilməsi, təhlili və işlənməsi ilə bağlıdır. Müasir dövrdə layihələşdirmənin texniki vasitələri, avtomatlaşdırılması sistemləri istifadə edilir.
Sosial layihələşdirmənin metodikaları – ideyalar matritsası metodikası, rola uyğunlaşma metodikası, analogiya metodu, zehni həmlə metodikası, assosiasiya metodu, sinektika metodikasından ibarətdir.
İdeyalar matritsası metodikası bir neçə dəyişən (qoyulan məsələlər, müddət, maddi, əmək və maliyyə ehtiyatları) əsasında qərarların fərqli variantlarının tərtib edilməsidir.
Rola uyğunlaşma metodikası – layihələşdirmə prosesində daha dəqiq təsəvvürlərin əldə edilməsinə, layihənin reallaşmasının daha dərindən dərk edilməsinə yönəlir.
Analogiya metodu – ümum elmi və məntiqi metod olub, təzahürlərin mahiyyəti, əlamətləri, yaxud münasibətlərilə bağlı uyğunluqları əsasında proqnozların qurulmasıdır. Analogiya sadə, geniş yayılmış, ciddi və qeyri-ciddi ola bilər. Analogiya metodu – müqayisə edilən təzahürlərin daha çox ümumi əlamatləri məlum olduqda, ümumi əlamətlər əhəmiyyətli olduqda, müqayisə edilən təzahürlərin qarşılıqlı qanunauyğun əlaqələrinin dərk edilməsi əsasında ehtimallıq dərəcəsi yüksək olduqda daha etibarlı olur.

Yüklə 51,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə