“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə44/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

Suallar lakonik v
ə düşündürücü olmalıdır. Jurnalist “hə” və “yox” cavabları 
veril
ə  biləcək suallardan qaçmalıdır. Sualı  necə  formalaşdırmaqdan  çox  şey 
as
ılıdır. Elə suallar verilməlidir ki, maksimal sayda cavablar alınsın. Bundan əlavə, 
h
ər  insana  aid  olduğu  və  onu maraqlandıran suallarla müraciət etmək lazımdır. 
Yaln
ız bu halda həmin insanın düşüncələrinə, fikirlərinə yol tapmaq olar. Sualları 
haz
ırlayarkən jurnalist digər həmkarlarına müraciət etməli, baş redaktor, redaktor, 
prodüserin m
əsələyə münasibətini öyrənməli və onların məsləhət bildiyi sualları da 
yazmal
ıdır.  
Müsahib
ə  sanki bir dueldir. Lakin bu, silahlarin deyil, intellektlərin 
döyüşüdür və bu proses müsahiblə  savaşa bənzəyir. Burda ya jurnalist qalib gəlir, 
ya  da  müsahib. Q
ələbə  qazanmaq isə  hansı  tərəfin  daha hazırlıqlı  olmasından 
birbaşa asılıdır. 
Bel
əliklə müsahibə üçün zəruri olan amillər aşağıdakılardır: 
-
 
İnformasiyalı olmaq; 
-
 
Erudisiyal
ı olmaq; 
-
 
Suallar seçm
ək; 
-
 
Mövzunu düzgün başa düşmək 
Siz  başa  düşməlisiniz ki, insanla münasibət yaratmaq heç də  asan deyil. 
Jurnalist  prosesi  s
əhv  qurmaqla özünə  düşmən və  hər  şeyi  professional  həyata 
keçirm
əklə  yeni  dost qazana bilər. Odur ki, proses zamanı  müsahibə  mənfi təsir 
göst
ərəcək məqamlara  yol verməmək üçün onunla səmimi  və  ehtiyyatli olmaq 
ön
əmlidir.  
Əksər hallarda müsahiblər jurnalistləri ona görə  sevmirlər ki, jurnalistlər 
cavablar
ı alır və onları öz istədikləri tərzdə ictimaiyyətə çatdırırlar. Odur ki, belə 
hallara yol verm
ək olmaz. Öz adınıza və peşənizə hörmət edin. Müsahibdən alınan 
m
əlumatı  olduğu  kimi,  şəxsi  fikirlər  əlavə  etmədən ictimaiyyətə  çatdırmaq 
jurnalistin 
əsas vəzifəsidir.  Yadda  saxlayın  ki,  jurnalist  olaraq  sizin  fikriniz 
tamaşaçıya maraqlı deyil.  
Əlbəttə, jurnalistin geyimi də  müsahibə  prosesinin nə  dərəcədə  uğurlu 
al
ınmasına  bilavasitə  təsir  edir. Təmiz və  səliqəli  geyimi  olan  jurnalistin  qarşı 


t
ərəfə  təsir imkanları  və  qarşı  tərəfin inam və  hörmətini  qazanmaq  şansı  daha 
böyükdür. Lakin ge
yimin  mövzuya  da  birbaşa  aidiyyəti  var. Məsələn,  döyüş 
bölg
əsində  çalışan  jurnalisitn  səliqəli və  təmiz geyimdə  olmasını  tələb etmək 
mümkün deyil.  
Müsahib
ə  zamanı  önəmli olan məsələlərdən biri də  jurnalistin özünü 
itirm
əməsidir. Müsahib çox zaman jurnalistə qarşı açıq hücuma keçir. O, jurnalistə 
t
əsir etmək və onu özünün bildiyi istiqamətə yönəltmək üçün aqressiv danışıq tərzi 
seçir, jest v
ə mimikalardan məharətlə istifadə edir. Belə hal bir qədər həssas və ya 
h
əyəcanlı  jurnalistlərin özünü itirməsinə,  operativ  düşüncə  tərzinə  təsir edir. 
Suallar
ın verilməsində və  məsələyə münasibət bildirərkən jurnalistin bir qədər zəif 
tonda ç
ıxışı, yaxud dilinin dolaşması müsahibi güclü tərəf edir. Belə olan halda isə 
keyfiyy
ətli müsahibədən danışmaq olmaz.  
Müsahib
ə zamanı jurnalistin özünü aparması, məlumatlı və professional şəxs 
kimi göst
ərməsi, danışıq qabiliyyəti müsahiblə münasibətlərinin sonrakı inkişafına 
birbaşa  təsir göstərir. Sonluq elə  qurulmalıdır ki, müsahib jurnalistlə  yenidən 
görüşməyə can atsın, münasibətlərin daha da inkişaf etməsinə çalışsın. Bu ünsiyyət 
daha çox jurnalist
ə lazımdır. Belə ki, müsahib jurnalist üçün dəyərli informasiya 
m
ənbəyidir.  
Müsahib
əyə hazırlaşdığınız zaman düşünün – bu müsahibə nəyə lazımdır və 
o, siz
ə  nə  verəcək?  Yalnız  efiri  doldurmaq  xətrinə  müsahibə  almaq olmaz. 
Müsahib
ə hər hansı konfliktin açılmasına və problemdən çıxış yolunun tapılmasına 
yard
ım etməlidir. Müsahibə zamanı problemli və qıcıqlandırıcı sualları müsahibə 
prosesinin ortas
ında vermək çox önəmlidir.  Ancaq bu halda  müsahibəni  uğurlu 
qurmaq v
ə müsahibənin sonluğunu qalib kimi bitirmək mümkündür.     
 
8.2. Müsahib
ə almanın texnologiyası, müsahibəyə hazırlıq    
 
Müsahib
əyə  hazırlıq  müsahibin  daha  çox  psixoloji  baxımdan 
öyr
ənilməsindən başlayır. Əgər siz müsahiblə ilk dəfə görüşəcəksinizsə, onu daha 
yaxşı  tanıyan  həmkarlarınıza  müraciət  edin,  onların  müsahiblə  bağlı  fikirlərini, 


müsahibinizin xarakterini, psixoloji keyfiyy
ətlərini öyrənməyə  çalışın.  Yalnız 
bundan  sonra  sualların  tərtibatına  və  təqdim  olunma  ardıcıllığına  keçmək olar. 
Sualları  hazırlayarkən jurnalist tədqiq edəcəyi mövzu ilə  bağlı  prodüserdən və 
h
əmkarlarından məsləhət  almalı,  onların  dediyi  maraqlı  sualları  qeyd  etməlidilr. 
Veril
ən sualların daha məntiqli və maraqlı olması isə ilk növbədə jurnalistin mövzu 
il
ə  bağlı    məlumatlılığından  asıldır.  Beləliklə,  müsahib  haqqında  ümumi 
informasiyadan v
ə sualları hazırladıqdan sonra müsahibəyə yollanmaq olar.  
Müsahibi  daha  yaxından  tanımaq  və  onunla ünsiyyət qurmaq üçün 
jurnalistin ç
əkiliş  məkanında  təxminən 5-10 dəqiqə  vaxtı  olur.  Həmin vaxt 
müdd
ətində teleoperator texniki avadanlıqları müsahibə prosesinə hazırlayır, başqa 
sözl
ə, ştativi quraşdırır, mikrofonu yoxlayır, kameranı nizamlayır. Odur ki, siz də 
vaxt itirm
əyin. Həmin müddət ərzində müzakirə olunacaq mövzu, veriləcək suallar 
bar
ədə  qarşı  tərəfdə  ümumi təəssürat  yaradın.  Mütəxəssislər bunu müsahibəyə 
hazırlıq prosesi kimi izah edirlər. Əksər hallarda müsahiblər çəkiliş başlayan kimi 
kamera v
ə  mikrofondan  qorxuya  düşür,  psixoloji  gərginlik  yaşayırlar.  Bu  da 
t
əbiidir. Təcrübəsiz  adamlar  kamera  qarşısında  özlərini necə  aparmağı  bilmirlər. 
N
əticədə  isə  deyilən fikirlər  anlaşıqsız  və  dolaşıq  olur,  müsahibə  istənilən kimi 
alınmır.  Odur  ki,  müsahiblə  ilkin söhbət onun çəkiliş  prosesinə  hazırlaşması, 
psixoloji g
ərginliyin  aradan  qaldırılması  baxımından  da  mühüm  əhəmiyyət kəsb 
edir. Bu zaman xüsusi t
əsir gücünə malik sözlərdən yararlanmağa çalışın: 
-
 
Narahat olmayın,  fikrinizi daha  rahat  formada,  adi danışıq tərzi ilə 
ifad
ə etməyə çalışın; 
-
 
Sözl
əri  dolaşıq  deməkdən,  yaxud  çaşmaqdan  qorxmayın.  Sonradan 
montaj edib, daha uğurlu fikirləri efirə təqdim edəcəyik
-
 
Kameraya deyil, m
ənə  baxın  və  kameranı,  mikrofonu  unutmağa 
çalışın; 
-
 
Müsahib
ə  ümumi, hətta müzakirə  edəcəyiniz məsələlərdən kənar 
suallar verm
əklə onun fikrini kamera və mikrofondan yayındırın;  
Yadda  saxlayın  ki,  hazırlıq  məşqində  məqsəd  idmançının  qızışmasıdır,  
yorulması deyil. Müsahiblərin hamısı eyni mətni bir neçə dəfə təkrarlaya, sözləri 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə