“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə41/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

fikrinizi h
ələ  redaksiyada  teleoperatora  bildirin  ki,  o,  genişbucaqlı  obyektiv 
götürsün. Əks halda istəyinizi reallaşdırmaq mümkün olmayacaq. 
 
 
7.2. Televiziyada videometaforlar v
ə arxiv kadrlarından istifadə  
 
 
Videometaforlar müc
ərrəd  anlayışların  görüntü  ilə  təqdim  olunmasıdır. 
Müc
ərrəd  anlayışlar  dedikdə, ölkədə  yaşanan  iqtisadi  durum,  qocalıq,  cavanlıq, 
sosial münasib
ətlər sistemi, sevgi və  s. nəzərdə  tutulur. Qeyd olunan məsələlər, 
abstraksiyalarla  bağlı  reportaj  hazırlayarkən jurnalist videometaforlara  əl  atır  və 
onlara b
ənzər hərəkətləri  əks etdirən görüntülərə  üstünlük verir. Məsələn, 
qocalıqdan danışarkən reportyor yaşlı insanları, yaxud cavanlıqdan, sosial artımdan 
b
əhs edərkən yeniyetmə  və  gəncləri,  iqtisadi  inkişafdan  və  ya  durğunluqdan söz 
açark
ən iri zavodları, sənaye müəssisələrini, fəhlələri göstərir.  
Qeyd olunan görüntül
ər  televiziyanın  arxivində  saxlanılır  və  hər dəfə 
g
əncləri, yaxud yaşlı insanları, zavodları, nazirlikləri, dövlət müəssisələri və qeyri-
hökum
ət təşkilatlarını  çəkmək  üçün  jurnalistin  harasa  yollanmağına  ehtiyyac 
yoxdur. Arxiv
ə  müraciət etməklə  həmin görüntülərin  əksəriyyətini tapmaq və 
süjetd
ə istifadə etmək mümkündür. Lakin istər videometaforlardan, istərsə də arxiv 
materiallarından istifadə edərkən bir sıra mühüm prinsiplərə əməl etmək vacibdir: 
-
 
Videometaforlar v
ə arxiv materialları əksər hallarda bir neçə gün, ay, 
h
ətta bir neçə il əvvəl çəkildiyindən onlardan istifadə zamanı sözlə 
t
əsvir üst-üstə  düşməyə  bilər.  Odur  ki,  ehtiyyatlı  olmalı  və 
görüntül
ərin süjetin mövzusuna, ideya xəttinə  nə  dərəcədə  uyğun 
g
əldiyini müəyyən etməlisiniz. Məsələn,  əgər  iqtisadi  inkişafdan 
danışılırsa  arxiv kadrlarda və  ya videometaforlarda olan görüntülər 
d
ə  nikbin  olmalı,  deyilən fikirləri təsdiq etməlidir.  Başqa  sözlə, 
h
əmin fikirlərin üzərinə  xırda  emalatxanaları,  dağılmış  binaları, 
yaxud primitiv al
ətlərlə  çalışan  fəhlələri göstərmək olmaz. Yaxud 
pensiya  artımından  və  yaşlı  insanların  firavan  həyatından 
danışırsınızsa  səliqəli geyimi olan, üzündən  sevinc  yağan  insanları 


göst
ərməyiniz məsləhətdir. Eyni prinsip bədbin notlar üzərində 
qurulmuş,  başqa  sözlə, problem xarakterli materiallarda da tətbiq 
edilm
əlidir. 
-
 
Videometaforlar v
ə  arxiv  kadrlarından  istifadə  edərkən  planların 
mövsüm
ə uyğun olmasına da xüsusi diqqət ayırmaq lazımdır. Belə 
ki, 
əgər hazırda yay mövsümüdürsə, süjetdə göstərilən kadrlar da bu 
f
əsli  əks etdirməli,  başqa  sözlə, kadrda hərəkət edən insanlar yay 
paltarında  olmalı,  günəşli  hava  şəraiti və  yaşıllıq  ön  planda 
dayanmalıdır.  Hətta  görüntünün üzərində  “Arxiv” sözü yazılsa  da, 
yay f
əslində qış mövsümünə aid planlardan istifadə yolverilməzdir. 
Yalnız  istisnalar  mümkündür.  Əgər jurnalist konkret fəsildən 
danışırsa və ya hər hansı insanın konkret tarixdə müəyyən məkana 
g
əldiyini  xatırlatma  kimi  qeyd  edirsə,  bu halda təqdim  olunan 
planlar f
əslə uyğun gəlməyə də bilər.      
-
 
İstənilən plan tamaşaçıda müəyyən əhval – ruhiyyə, psixoloji durum 
formalaşdırır.  Odur  ki,  videometaforlar və  arxiv  kadrları  da 
tamaşaçının  çoxdan  alışdığı  və  artıq  qəlibləşmiş  videoobrazı  daha 
maraqlı,  daha orijinal görüntüylə  ictimaiyyətə  çatdırmalıdır. 
M
əsələn,  yaşlı  adamlardan  söhbət  açırıqsa,  qoca,  lakin  enerjili  və 
faydalı həyat yaşayan insanların görüntülərindən istifadə etmək daha 
m
əsləhətdir. Belə  süjet tənhalıq  və  mərhumiyyətlər haqda 
formalaşmış  stereotipi  aradan  qaldırmağa  imkan  verər, psixoloji 
g
ərginliyi aradan qaldırar.    
 
7.3. Mikrofon 
 
Mikrofon yunan sözü olub, m
ənası  “μικρός”  –  kiçik, “φωνη” səs 
dem
əkdir. Səs yazmaq və  ya səs gücləndirmək üçün istifadə  olunan texniki 
qurğudur. Bir sıra sahələrdə geniş istifadə olunan mikrofon telejurnalistikanın da 


ayrılmaz  tərkib hissəsidir. Telejurnalistikada mikrofonun üç növündən  geniş 
istifad
ə olunur:  
-
 
Əl mikrofonu
-
 
Yaxa mikrofonu; 
-
 
Durna mikrofonu (
Журавлик)  
Əl mikrofonu
 
 
Daha geniş imkanlara malik olan və daha təmiz səs yazma qurğusu sayılan əl 
mikrofonu, 
əsasən, küçə  çəkilişlərində, stəndap  zamanı  istifadə  edilir.  Əl 
mikrofonları  istər güclü külək,  istərsə  də  güclü interküylər fonunda  müsahibin 
s
əsini daha aydın yazmaq imkanına malik olduğundan jurnalistlərin etibarlı dostu 
sayılır. Lakin təkcə buna görə əl mikrofonlarına üstünlük verilmir.  
-
 
Əl mikrofonu özlüyündə jurnalistin və onun aid olduğu telekanalın 
bir  növ  simvolu  sayıldığından  reportyorlar  çəkiliş  prosesində  onu 
daim 
əllərində tutmağa üstünlük verir; 
-
 
Əl mikrofonu dözümlülüyü ilə diqqəti cəlb edir
-
 
Əl  mikrofonu  ağır  olduğundan  (R.M.  əl  mikrofonlarının  çəkisi 
t
əxminən 250 qramdan, 400-450 qrama qədər ola bilir) onu əldə 
əsdirmədən, rahat tutmaq mümkündür; 
-
 
Əl  mikrofonu  xırda  səslərin və  ya  toxunuşların  əsas səsə  mane 
olmasının müəyyən qədər qarşısını alır;  
 
Lakin 
əl mikrofonlarının müəyyən çatışmayan cəhətləri də var: 
-
 
Əl mikrofonu ağır olduğundan onu uzun müddət saxlamaq çətindir; 
-
 
Əl mikrofonu rəsmilik və  psixoloji gərginlik  yaradır.  Bu  üzdən 
rejissorlar s
ənədli və  bədii filmlərin çəkilişində  digər mikrofon 
növl
ərinə müraciət edirlər; 
-
 
Əl mikrofonu hər  hansı  məhsulun  hansı  telekanala  aid  olduğunu 
üz
ərindəki emblemlə rəsmən təsdiqləyir. Odur ki, həmin mikrofonla 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə