“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə39/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   35   36   37   38   39   40   41   42   ...   58

m
əhrum olur. Başqa sözlə, statik kadr bütün detalları əhatə etsə də, 
onların heç birini aydın göstərə bilmir;  
-
 
Kökl
ənmə  planının  çəkilməsi  daha çox  vaxt aparır.  Teleoperatorun 
statik plan üçün konkret nöqt
ə  seçməsi,  daha  sonra  kameranı 
quraşdıraraq  10-15 saniyə  görüntü götürməsi, bu zaman daha çox 
detal tutmağa çalışması ən azı 4-5 dəqiqə vaxt aparır ki, bu da digər 
planların çəkilişi ilə müqayisədə bir qədər çoxdur; 
Lakin qeyd olunan bütün m
ənfi keyfiyyətlərə  baxmayaraq, hadisə  yerində 
olan reportyor v
ə teleoperator köklənmə planı çəkməyə sadəcə olaraq məcburdur. 
Əks halda uğurlu süjetdən və ya reportajdan danışmaq olmaz.  
   
   
                                                   
 
          
Orta plan – daha 
çox keçid rolunu oynayır. Bu plan montaj zamanı ümumi 
planla  iri  planın  arasına  vurulur  və  bununla  da  kadr  sıçrayışının  qarşısını  alır. 
Bundan 
əlavə, orta plan hadisə  yerini  daha  yaxından  göstərməklə  təsirliliyi bir 
q
ədər  artırır  və  müəyyən qədər də  çəkiliş  məkanında  olan  obyektlər  arasında 
əlaqəni təqdim edir. Orta plan müasir televiziya və  kino  yaradıcılığında  geniş 
yayılıb. Əsasən müsahibələrdə və stəndapların çəkilişində orta plandan çox istifadə 
olunur.  
  
    
 
 
İri  plan  –  süjetdə  dramatizmi  artırmaq  üçün  verilir.  Yanan  evə  boylanan 
insanların iri planda gözlərini göstərməklə, yaxud döyüşə atılan idmançının qəzəb 
dolu gözl
ərini verməklə  rejissor və  ya reportyor gərginliyi  daha  da  artırır, 


dramatizmi maksimal h
əddə  çatdırır.  Məhz buna görə  də  sənədli, yaxud bədii 
filml
ərlə yanaşı, gündəlik reportajlarda da iri planlardan geniş istifadə olunur.  
İri  plan  süjetə  gərginlik gətirməklə  yanaşı,  hadisə  yerində  olan hər  hansı 
ön
əmli detalı daha aydın formada tamaşaçıya çatdırır və ekran qarşısında əyləşən 
şəxs həmin  detalın  bütün  tərəflərini görmək  imkanı  əldə  edir.  Lakin  bu  kadrın 
m
ənfi keyfiyyətləri də var: 
-
 
Uğurlu iri planlar çəkmək hər teleoperatorun işi deyil. Başqa sözlə, 
m
əhz iri planlar teleoperatorun nə  dərəcədə  peşəkar  olduğunu 
nümayiş  etdirir.  Təcrübəli teleoperator iri plan çəkən  zaman  kadrı 
əsdirmir və maraqlı görüntülər tutmağı bacarır; 
-
 
İri planların çəkilməsi yalnız kadrın əsməsi ilə deyil, daim hərəkətdə 
olan obyektin ani v
əziyyətdə kadrdan çıxması problemi ilə müşayiət 
olunur. M
əsələn, teleoperator hər hansı insanın gözlərini iri planda 
ç
əkməyə  çalışır.  Çətinliklə  də  olsa  kadrı  tutur,  lakin  bu  an  həmin 
şəxs hərəkət edir, yaxud qəflətən dönərək kameraya baxırsa, çəkilən 
kadr  yararsız  sayılır.  Müqayisə  üçün deyək ki, ümumi (köklənmə) 
planda bel
ə vəziyyətlər heç bir problem yaratmır; 
-
 
İri  planın  konkret  obyekti  iri  formada  təqdim etməsi bir tərəfdən 
h
əmin  detalı  daha  aydın  görmək  baxımından  faydalıdırsa, digər 
t
ərəfdən    tamaşaçını  detallar  arasında  əlaqəni  görmək hüququndan 
m
əhrum edir və seyirçi yalnız bir obyektlə kifayətlənir; 
-
 
Ümumi plandan f
ərqli olaraq, montaj zamanı iri planın seçilməsi sizi 
ciddi  seçim  qarşısında  qoya  bilər.  Çünki reportyorun  və  ya 
rejissorun  uğurlu  iri  plan  seçməsi üçün kifayət qədər vaxt və  səbr 
t
ələb olunur; 
Lakin qeyd olunanlara r
əğmən iri planlar olay barədə ətraflı məlumat verir, 
geniş  təsəvvür  yaradır.  Odur  ki,  bu  cür  planların  teleoperatorun  diqqətindən 
yayınmasına  imkan  verməyin və  onların  şəkilməsinə  xüsusi nəzər yetirin.  Əgər 
ç
əkilişin  hədəfi  uşaqlardırsa,  iri planlar maksimum dərəcədə  zəngin  olmalıdır. 


Yadda  saxlayın  ki,  sizin  süjetinizin  uğurlu  alınması  ilk  növbədə  ümumi və  iri 
planların zənginliyi və müxtəlifliyi ilə birbaşa bağlıdır.   
   
  
 
 
Ara  plan  (perebivka)  – hadis
ənin qısaldılması üçün istifadə edilən klassik 
üsuldur. Bu planların çəkilməsində məqsəd adi həyatda uzun müddət davam edən 
h
ər  hansı  hadisəni maksimal dərəcədə  lakonik  formada  tamaşaçıya  çatdırmaqdır. 
M
əsələn, avtomobil bir məkandan  çıxıb,  digər məkana  doğru  hərəkət edir. 
Normalda bu proses 10, 15, 20 d
əqiqə, hətta saatlarla davam edə bilər. Lakin biz 
bütün süjeti v
ə ya bütün reportajı bu hadisəyə həsr edə bilmərik. Ən çox halda 5- 6 
d
əqiqə davam edəcək reportajda avtomobildən 15-20 saniyə görüntü vermək tələb 
olunur.  Bu  zaman  reportyor,  montajçı  və  ya rejissor ara planlara əl  atır.  Öncə 
avtomobilin bir m
əkandan  çıxdığını  tamaşaçıya  göstərməklə  ümumi mənzərə 
yaradırıq.  Daha  sonra  isə  ara planlardan (sürücü, onun əlləri, gözləri, yaxud 
maşının iri planda təkəri, avtomobilin içərisində olan hər hansı detal və s.) istifadə 
edir, son olaraq is
ə avtomobilin lazımi nöqtəyə necə yaxınlaşdığını göstəririk.  
Bel
əliklə, hər biri 3 saniyədən ibarət olan 5 və ya 6 plan göstərməklə biz, 
saatlarla davam ed
ən hadisəni  qısaldaraq  15-20 saniyəyə  sığışdırmağı  bacardıq. 
Eyni üsulla ist
ənilən prosesi qısaldıb, efir variantına salmaq olar. Ara planlardan 
istifad
ə etməsək, başqa sözlə, avtomobilin bir nöqtədən çıxdığını və həmin an da 
dig
ər nöqtəyə  çatdığını  tamaşaçıya  göstərsək, bu, həm təsvirdə  sıçrayışa  səbəb 
olacaq, h
əm də hadisələrin işıq sürəti ilə bir – birini əvəz etməsi süjetə baxanlarda 
haqlı  narazılıqlar  yaradacaq.  Odur  ki,  televiziyalarda  ara  planlarsız  keçinmək 
sad
əcə  mümkün deyil. Məhz bu üzdən də, hadisə  yerinə  yollanan reportyor 
komandası çoxlu sayda ara planı çəkməyə çalışır. Ara plan nə qədər çox olarsa, bir 
o q
ədər maraqlı və zəngin reportaj ortaya qoymaq mümkündür.  
Ümumi normalara 
əsasən 1 dəqiqə 30 saniyəlik və ya 2 dəqiqəlik süjet üçün 
teleoperator 
əlbəttə ki, çəkiliş şəraiti, yaxud vaxt amili imkan verirsə, təxminən 60 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə