“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə35/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

etm
əyə, süjet xəttinin daha maraqlı olmasına şərait yaradır. 1.30 və ya 2 dəqiqəlik 
materialda adi halda 4 m
əkandan istifadə  etmək məqsədəuyğundur. Lakin 
m
əkanlar müxtəlif olsa da, bir-biri ilə əlaqəli olmalı, ünvan planları, qəhrəmanların 
keçidl
əri hərəkətli planlarla əlaqələndirilməlidir. Məkan amili jurnalistin mövzu ilə 
bağli nə dərəcədə ürəkdən və peşəkarcasına çalışdığını ortaya qoyur.  
 
6.3. Bir m
əkan, iki xəbər    
 
İnformasiya  axtarışında  olan  jurnalist  getdiyi  hər məkandan bir deyil, bir 
neç
ə xəbərlə qayıtmağa çalışır. Bu isə ilk növbədə hər bir reportyorun müşahidə 
aparmaq qabiliyy
ətindən bilavasitə  asılıdır.  Peşəkar jurnalist konkret mövzu ilə 
bağlı  getdiyi  məkanda daim fərqli fakt  və  hadisələr  axtarır.  Onun  qarşısında 
dayanan 
əsas məqsəd  yalnız  bu  günlük  deyil,  sabah  da  maraqlı  material  ortaya 
qoymaq, informativ süjetl
ərlə yanaşı, həmin informasiyanın gələcəkdə doğuracağı 
sosial, siyasi, m
ədəni və  ya iqtisadi xarakterli hadisələrdən analitik süjetlər 
hazırlamaqdır.  
İlk  baxışdan  çətin görünə  bilən bu üsul zaman-zaman  ümumi  işin  əsas 
prinsipin
ə çevrilir. Aşağıda göstərilən misallarda bir xəbərdən bir neçə informasiya 
v
ə ya gələcək materiallar üçün mövzu əldə etməyə çalışaq. 
 
Nümun
ə: 
 
Az
ərbaycanda fəaliyyət göstərən  teatrlar  mövsümü  başa  vurublar.  Bu  barədə 
M
ədəniyyət və Turizm Nazirliyinin bu gün jurnalistlər üçün təşkil olunan mətbuat 
konfransında məlumat verilib. Bildirilib ki, Dövlət Opera və Balet Teatrı mövsümə 
h
ələ  ötən  ayın  27-də  yekun  vurub.  Teatrın  səhnəsində  oynanılan  son  əsər 
P.Maskaninin “K
ənd  namusu”  operası  olub.  Teatrın  simfonik  orkestri  avqust 
ayının 8-dən 13-nə dək Almaniyada keçiriləcək “Opera sənəti” festivalında iştirak 
etm
ək üçün qastrol səfərinə  hazırlaşır.  Akademik  Milli  Dram  Teatrı  mövsümə 
görk
əmli yazıçı – dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında 


M
ərahim Fərzəlibəyovun  quruluş  verdiyi  “Qarabağnamə”  tamaşası  ilə  yekun 
vurub.  Teatrın  mətbuat xidmətinin məlumatına  əsasən  yaradıcı  heyət yeni 
mövsüm
ə  də  bu  əsərlə  başlayacaq.  Şuşa  Dövlət  Musiqili  Dram  Teatrı  mövsümü 
M.F.Axundzad
ənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”  komediyası  ilə  başa 
vuraraq istirah
ətə  yollanıb.  Teatr  yeni  mövsümü  də  eyni  əsərlə  açmağı 
planlaşdırır.  Mövsüm  boyu  bir  –  birindən maraqlı  tamaşalar  təqdim edən 
teatrlarımız təxminən iki aylıq istirahətdən sonra yenidən qapılarını teatrsevərlərin 
üzün
ə açacaq.            
 
 
 
 
 
 
*** 
 
 
 
Mövzu aydındır. Lakin teatr mövsümünə yekun vurulması ilə bağlı keçirilən 
m
ətbuat konfransından xəbər yazmaqla işinizi bitmiş hesab etməyin. Hadisə yerində 
maraqlı  müsahiblər  tapmaqla  mövzunu  daha  geniş  şəkildə,  maraqlı  rakurslardan 
t
əhlil etməyə, analitik xarakterli süjetlər  ortaya  qoymağa  çalışın.  Məsələn, qeyd 
olunan x
əbərdən aşağıdakı mövzuları çıxarmaq və müstəqil şəkildə işləmək olar: 
-
 
Bu  mövsümü  teatrlar  üçün  tamaşaçı  marağı  və  maddi gəlir  əldə  etmək 
baxımından uğurlu hesab etmək olarmı?; 
-
 
Az
ərbaycanda teatr mədəniyyəti və teatr yaradıcılığının müasir vəziyyəti; 
-
 
Az
ərbaycan teatrı beynəlxalq arenada və s; 
 
Nümun
ə: 
 
Goranboyun Goran q
əsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman 
uçqun baş verib. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumara 
əsasən, 2 nəfər – 1992-ci il təvəllüdlü Sahil Teymur oğlu Hüseynov və 1992-ci il 
t
əvəllüdlü  Şahin  Azər  oğlu  Kərimov  uçqun  altında  qalaraq  ölüb.  Aidiyyəti 
qurumlar hadis
ə  barədə  məlumatlandırılıb.  Hadisə  ilə  əlaqədar təhqiqat  işləri 
aparılır.   
 
 
 
 
 
 
*** 


 
Müst
əqil şəkildə işləmək olar: 
-
 
Bölg
ələrdə  aparılan  tikinti  işlərinin qanunla tənzimlənməsi, qanunsuz 
tikilil
ərin sayı və onların qarşısının alınması yolları; 
-
 
Paytaxtda v
ə  bölgələrdə  aparılan  tikintilərin dözümlülüyü və  son illər  baş 
ver
ən uçqunların sayı, baş vermə səbəbləri və s; 
 
Nümun
ə: 
 
Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi 
il
ə  bağlı  əlavə  tədbirlər  haqqında  Sərəncam  imzalayıb.  Sərəncamla  Abşeron 
rayonunun 
ərazisində  yeni  Zooloji  Parkın  tikintisinin  həyata keçirilməsi üçün 
Az
ərbaycan  Respublikasının  2012-ci il dövlət büdcəsində  nəzərdə  tutulmuş 
Az
ərbaycan  Respublikası  Prezidentinin  ehtiyat  fondundan  Azərbaycan 
Respublikasının  Ekologiya  və  Təbii Sərvətlər Nazirliyinə  4,5 mln. vəsait  ayrılıb. 
Maliyy
ə  Nazirliyinə  bu Sərəncamın  birinci  hissəsində  nəzərdə  tutulan məbləğdə 
maliyy
ələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.     
 
 
 
 
 
 
 
*** 
Müst
əqil şəkildə işləmək olar: 
-
 
Zooloji Parkla bağlı müstəqil araşdırma: parkın yerləşəcəyi ərazi, parkda hansı 
biktil
ər olacaq və parkla bağlı nəzərdə tutulmuş gələcək planlar; 
-
 
Az
ərbaycanda neçə ekoloji park fəaliyyət göstərir və onların vəziyyəti; 
-
 
Az
ərbaycanda ümumi ekoloji vəziyyət, problem və perspektivlər və s; 
 
Bu  cür  misalların  siyahısını  bir  qədər də  uzatmaq olar. Göründüyü kimi, 
ist
ənilən hadisə  ilə  bağlı  maraqlı  mövzular  düşünmək,  araşdırma  xarakterli 
materiallar ortaya qoymaq olar. T
əcrübə göstərir ki, araşdırma xarakterli müstəqil 
reportajlar adi informasiyalardan daha maraqlı və baxımlı olur. Məhz buna görə də 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə