“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə33/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

Bu cür st
əndapları  süjetin  əvvəlində  vermək daha məqsədəuyğundur.  Belə 
ki, bu zaman jurnalist ilk d
əqiqələrdən  tamaşaçının  diqqətini  cəlb  edir.  Əgər 
tamaşaçıda  maraq oyatmısınızsa,  başqa  sözlə, 100%-lik hədəfi dəqiq  nişan 
almısınızsa  dayanmaq  olmaz.  Maraqlı  faktlar  və  görüntülərlə  tempi sonadək 
saxlamağa çalışın. Azacıq zəiflik tamaşaçının itirilməsi deməkdir.   
 
V FƏSİL. TELEETİKA 
 
5.1. 
Jurnalistikanın etik kodeksləri 
 
1.
 
V
ətəndaşların informasiya almaq hüququnu məhdudlaşdıran əməllər: 
-   Jurna
list informasiyanı öz maraqlarına uyğun formada ictimaiyyətə təqdim   
     edirs
ə; 
-   Jurnalist 
informasiyanı şəxsi maraqları naminə gizlədirsə; 
-  
Jurnalist  materialı  birtərəfli qaydada işləyir, obyektivlik prinsiplərini 
pozursa; 
-  
Faktlarda yanlışlığa yol verirsə (Qeyd: Fakt birbaşa mənbədən alınmadıqda 
jurnalist h
əmin faktı ən azı iki mənbədən dəqiqləşdirməlidir); 
 
2.
 
V
ətəndaşların informasiya vermək hüququnu məhdudlaşdıran əməllər:  
-
 
Jurnalist v
ətəndaşları danışmaq hüququndan məhrum edirsə; 
-
 
Jurnalist  müsahibi  özünün  lazım  bildiyi  istiqamətə  yönəldirsə  və  ya onu 
fikrind
ən daşındırırsa; 
-
 
Qrup halında müsahibə prosesində jurnalist tərəflərin eyni vaxt çərçivəsində 
çıxışına şərait yaratmırsa; 
 
3.
 
Şərəf və ləyaqət əleyhinə əməllər:  
-
 
Jurnalist v
ətəndaşın adını, soyadını, fiziki qüsurunu məsxərəyə qoyursa; 
-
 
Jurnalist m
əhkəmənin qərarı  olmadan  müttəhimi cinayətkar, yaxud cani 
adlandırırsa; 


-
 
Jurnalist ictimai ön
əm kəsb etməyən hər  hansı  hadisə  ilə  bağlı  vətəndaşın 
şəxsi həyatına müdaxilə edirsə, yaxud gizli çəkilişlər aparırsa;   
 
4. 
Peşə etikasını pozan əməllər: 
-  
Jurnalist qarşı tərəfdən rüşvət, başqa sözlə, pul, qiymətli hədiyyələr, pulsuz 
biletl
ər, pulsuz səyahətlər və s. qəbul edirsə
-
 
Jurnalist v
əsiqəsindən şəxsi maraqları naminə istifadə edirsə; 
-
 
C
əmiyyətdə  tutduğu  mövqedən istifadə  edərək  qarşı  tərəfə  hədə  qorxu 
g
əlirsə, yaxud zorakılıq tədbirlərinə əl atırsa; 
 
5.Xidm
əti etikanı pozan əməllər; 
-   Jurnalist q
əsdən öz həmkarını gözdən salan əməllərə yol verirsə; 
-  Jurnalist v
əzifə  baxımdan  özündən böyük həmkarlarının  (baş  redaktor, 
redaktor,  podüser)  tapşırıqlarına  əməl etmirsə, yaxud əsassız  fikirlər 
s
əsləndirirsə; 
- 
Jurnalist bir materialı iki, yaxud üç redaksiyaya təqdim edirsə; 
-  Redaktorun material
ı redaktə etməsinə müxtəlif yollarla mane olursa; 
-  H
əmkarının  maraqlandığı  hər  hansı  məsələ  ilə  bağlı  qəsdən  yanlış  fikir 
bildirirs
ə; 
-  H
əmkarına materialı vaxtında təhvil verməkdə mane olursa, yaxud müxtəlif 
yollarla maneçilik tör
ədirsə; 
Qeyd  olunan etik  kodeksl
ərə  əməl etməklə  jurnalist özünü həm məhkəmə 
ç
əkişmələrindən, həm də  ictimai  qınaqdan  qoruya  bilər. Özünüzə  və  jurnalist 
peşəsinə  hörmət edirsinizsə  etik kodeksləri diqqətlə  oxumanız  və  yaradıcılıqda 
əməl etməniz xüsusilə vacibdir.     
 
5.2. Televiziya m
ədəniyyəti 
 
Demokratik c
əmiyyətdə TV ictimaiyyəti yalnız məlumatlandırmır, həmç
i
nin 
ölk
ədə  vətəndaş  cəmiyyətinin, insanlarda bədii və  mədəni keyfiyyətlərin 
formalaşmasında mühüm rol oynayır. İstər jurnalist efirdə material oxuyan zaman 


cüml
ə  quruluşları,  oxu  tərzi və  danışıq  etikası  ilə, istər  aparıcı  informasiyanı 
t
əqdim edən zaman geyimi, jest və  mimikası,  canlı  yayımda  özünü  aparma 
qabiliyy
ətinə görə, istərsə də teleoperator çəkdiyi kadrların gözəlliyi ilə insanların 
könlünü  oxşayır,  onlara  gözəl və  baxımlı  nümunələr təqdim edir.  Bir sözlə, 
ictimaiyy
ət,  əsasən,  TV-yə  baxmaqla necə  yaşamağın,  geyinməyin, jest və 
mimikalardan istifad
ə  etməyin ümumi prinsip və  metodlarını özü  üçün  müəyyən 
edir. Bütün bunlar is
ə  cəmiyyətin maariflənməsi və  daha mədəni sferanın 
yaranmasına  gətirib  çıxarır.  Lakin  bu  zaman  jurnalistin  və  ya  TV  işçisinin  də 
üz
ərinə  konkret məqsədlər  düşür.  Belə  ki, ictimaiyyət  yalnız  hörmət etdiyi və 
inandığı  jurnalistdən nəyisə  öyrənməyə,  yaxud  hansısa  keyfiyyəti götürməyə 
çal
ışır. Odur ki,  jurnalist  professional  olmalı  və  təqdim  etdiyi  materialın  da 
profesionallıq  göstəricisinə  fikir verməlidir.  Jurnalist  etikası,  xüsusən,  müsahibə 
zamanı,  qarşı  tərəfə  münasibətdə  ortaya  çıxır.  İntervyuer  aşağıdakı  səhvlərə  yol 
verirs
ə, onu professional hesab etmək olmaz: 

Jurnalist studiyaya çağırdığı qonağın sərbəst olmasına imkan yaratmırsa 
v
ə  yersiz təriflərlə  onun daha da həyəcanlanmasına  səbəb olursa (belə 
hallarda qonaq h
ətta əllərini belə necə qoymalı olduğunu, hara baxmalı 
olduğunu unudur); 

Əgər jurnalistlə qonağın studiyada oturuş qaydası düzgün deyilsə. Adətən 
bel
ə  hallarda  müsahib  jurnalistin  suallarına  cavab  verərkən kürəyini ya 
tamaşaçılara, ya da studiyada əyləşənlərə tərəf çevirməli olur; 

Əgər jurnalist sualları əvvəlcədən müsahibə təqdim edirsə
-  Jurnalist özünün h
əddən  artıq  savadlı  olduğunu  düşünməklə  verdiyi 
sualları daha vacib hesab edir və cavabları dinləmirsə; 

Jurnalist  aqressiv  tonda  çıxış  etməklə  özünü  hakim  kimi  aparır  və 
müsahibin  cavablarını  emosionallıqla  qarşılayırsa.  Təmkinli  davranış, 
h
ətta müsahibin hər  hansı  məsələyə  yanlış  münasibətində  belə,    qarşı 
t
ərəfi cavab verməyə  və  əlavə  informasiyalar ötürməyə  daha da 
ruhlandırır.  Jurnalist,  müsahib  ona  qarşı  tənqidi fikirlərlə  çixış  etsə  də, 
t
əmkinli olmalı və fikrini sadə və səmimi, sakit tərzdə bildirməlidir; 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə