“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə32/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

sözçülük  anlamına  gəlir.  Əgər informasiya mənbəyi  aydın  görünürsə,  mənbənin 
ad
ını çəkmək lüzumsuzdur. Aşağıdakı misallara fikir verin: 
 
Pis: 
“V
ətən” kinostudiyasının  rəhbəri Seymur Məmmədovun sözlərinə  görə, gələn 
h
əftə  ticarət  mərkəzində  “Qəhrəmanlar ölmür” bədii filminin  çəkilişləri 
başlayacaq. 
 
Yaxşı: 
“G
ələn həftə  ticarət  mərkəzində  “Qəhrəmanlar ölmür” bədii filminin  çəkilişləri 
başlayacaq”. 
 
M
ənbənin  adını  çəkmədən keçinə  bilirsinizsə, deməli  informasiyanı  artıq 
cüml
ələrdən  xilas  etmiş  olursunuz.  Yox,  əgər mənbəni göstərməyi zəruri hesab 
edirsinizs
ə onu daha qısa formada çatdırmağa çalışın. Məsələn: 
 
Pis: 
“Rayon polis şöbəsinin rəis müavini Samir Abbasovun sözlərinə görə....” 
 
Yaxşı: 
“Rayon polis şöbəsinin məlumatına görə...” 
 
M
ənbədən istifadə  zamanı  yol  verilən  ən arzuolunmaz hal isə  “etibarlı 
m
ənbənin verdiyi məlumata görə...” sözlərindən istifadə olunmasıdır. Əvvəla ona 
gör
ə ki, mənbənin nə dərəcədə etibarlı olduğunu tamaşaçı özü müəyyən edir və bu 
m
əsələdə  jurnalistin məsləhətinə  ehtiyac  yoxdur.  İkincisi  isə,  informasiyanın 
konkret şəxsə istinadən deyil, “etibarlı mənbə” adı altında verilməsi həmin xəbərə 
olan  inamı  nəzərəçarpacaq dərəcədə  azaldır,  əksər hallarda isə  informasiyanı 
etibarsız edir. Bundan əlavə, yadda saxlayın ki, mənbəsiz material da reportajdan 


çox  jurnalist  şərhinə  bənzəyir.  Odur ki, bir materialda ən pis halda 2 mənbədən 
istifad
əyə yol verilir. Daha çox mənbə daha yüklü material deməkdir.  
Bir d
ə,  əgər mənbənin kimliyini və  vəzifəsini bir dəfə  süjetin  əvvəlində 
demisinizs
ə, ikinci dəfə onun yalnız adını və soyadını (Diqqət: yalnız adını və ya 
yalnız  soyadını  demək  arzuolunmaz  hal  sayılır),  yaxud  vəzifəsini  xatırlatmaq 
kifay
ətdir.  Aşağıdakı  nümunəyə  fikir verin. Qara hərflərlə  verilmiş  sözlər 
m
ənbənin müxtəlif formalarda təqdimatını göstərir.   
 
Nümun
ə: 
 
Studiya: Az
ərbaycanda səfərdə  olan  İnterpolun  Baş  katibi  Ronald  Nobl 
“Avroviziya-
2012”  mahnı  müsabiqəsi ilə  bağlı  aparılan  hazırlıq  işləri ilə  tanış 
olub.  “Bakı  Kristal  Hol”a  baş  çəkdikdən sonra, qonaq  paytaxtın  digər yerlərini 
g
əzib.   
 
K.A. D
ənizkənarı Milli Parkla tanış olan İnterpolun Baş katibinə məlumat verildi 
ki,  bura  Bakı  sakinləri və  əcnəbi  qonaqların  istirahəti üçün nəzərdə  tutulan  ən 
göz
əl məkanlardan biridir. Heydər  Əliyev  Fondunun  İcraçı  direktoru  Anar 
Ələkbərov  qonağa  bildirdi  ki,  1998-ci ildən Milli Park statusu alan bulvar, son 
ill
ər  dünyanın  ən müasir dənizkənarı  parklarından  birinə  çevrilib. Bulvar 
ərazisinin dənizə  doğru  bir  neçə  metr  genişləndirildiyini deyən  fondun  icraçı 
direktoru, 
burada  yaşıllığın  artırıldığını,  müxtəlif ölkələrdən gətirilən  ağac  və 
kolların  əkildiyini də  diqqətə  çatdırdı.  Sonra,  İnterpolun  Baş  katibi  bulvar 
ərazisindən keçməklə “Avroviziya 2012”-nin keçirildiyi “Bakı Kristal Hol”a gəldi. 
Burada h
əyata keçirilən  hazırlıq  işləri barədə  Ronald Nobla ətraflı  məlumat 
verildi. Bildirildi ki, 25 min n
əfərlik tamaşaçı yeri olan kompleksdə həm yarışma 
iştirakçılarının  çıxışı,  həm də  tamaşaçıların  yüksək səviyyədə  istirahəti üçün hər 
cür şərait yaradılıb.    
 
Titr – Ronald Nobl – 
İnterpolun Baş katibi 


Sinxron:  Düşünürəm ki, Azərbaycan hökuməti bu böyük tədbirə  hazırlıq 
s
əviyyəsinə  görə  fəxr edə  bilər.  Burada  çox  qısa  zamanda  böyük  işlər görülüb. 
İctimai  asayişin  təmin  olunması  baxımından  da  yeniliklər var. Hesab edirəm ki, 
Az
ərbaycana gələn hər bir şəxs özünü təhlükəsiz bir şəraitdə hiss edir.  
 
K.A. Xüsusi arxitekturası ilə fərqlənən Bakı Kristal Holun əhəmiyyətini artıran ən 
mühüm amill
ərdən biri də  onun Dövlət Bayrağı  meydanı  yaxınlığında 
yerl
əşməsidir. Baş  katib komplekslə tanışlıqdan sonra Dövlət Bayrağı meydanına 
g
əldi. Ronald Nobl Bayraq meydanında yaradılan muzeylə tanış oldu.  
 
Günel Şahmalqızı, Elman Əliyev LİDER TV 
 
Tema – 
İnterpolun baş katibi müsabiqəyə hazırlıq işləri ilə tanış oldu.  
 
 
4.6. 
İnformasiyanın tərkib hissəsi olun 
 
Jurnalist daim hadis
ələrin mərkəzində  dayanmalı,  informasiyanın  tərkib 
hiss
əsi  olmalıdır.  Xüsusən, hadisə  yerinə  yollanan  jurnalist  olayın  baş  verdiyi 
m
əkanda  olduğunu  yalnız  görüntü ilə  deyil, sözlərlə  də  bildirməlidir:  “Hadisə 
arxamda gördüyünüz bu evd
ə  baş  verib...”,  “Biz  indi  hadisə  yerindəyik. Bu 
ərazidə...”, “Hadisə  şahidlərinin sözlərinə  görə, yol qəzasının  baş  vermə  səbəbi 
m
əhz bu avtomobilin öz yolundan çıxaraq, qarşı hərəkət zolağına çıxmasıdır...” və 
s.  Bu cür st
əndapların  uğurlu  alınması  üçün  teleoperatorun  da  üzərinə  böyük 
m
əsuliyyət düşür. Belə ki, teleoperator jurnalistə diqqətlə qulaq asaraq, kameranı 
onun dediyi sözl
ərə uyğun hərəkət etdirməlidir. Jurnalist hər hansı obyektə, yaxud 
detala  işarə  edərkən operator
 
transfokatordan yararlanmaqla h
əmin obyekti iri 
planda göst
ərməlidir. Bu zaman jurnalistin kadrdan çıxması səhv sayılmır. Əksinə, 
yadda  saxlayın  ki,  tamaşaçı  jurnalistin  deyil,  haqqında  danışılan  detalın 
görüntüsün
ə  baxmaq  arzusundadır.  Jurnalist  isə  həmin  an  yalnız  vasitəçi rolunu 
oynayır.   


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə