“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə28/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

2.9. Reportajda infoqrafika 
          
İnfoqrafika  –  (latın  dilindən götürülüb, mənası  –  “informatio”  –  məlumat 
verm
ə, şərh etmə, ortaya qoyma, “qrafikos” – yazma, yazıram, yazılı deməkdir) – 
informasiyanın  qrafik  üsullardan  istifadə  etməklə  yazılı  şəkildə  ötürülməsidir. 
İnfoqrafikadan  müxtəlif sahələrdə:  coğrafiya,  jurnalistika,  təhsil,  tibb,  texnika, 
biznes v
ə statistikada geniş istifadə olnur. İnfoqrafika informasiyanın yalnız yazılı 
şəkildə  ötürülməsi  deyil.  İnfoqrafika  xəbərin səliqəli,  daha  inandırıcı  və  əyani 
şəkildə  ötürülməsi,  faktların  aydın,  müqayisəli və  təhlili formada təqdim 
olunmasıdır.  Bu üsuldan  istənilən fəaliyyət növü və  ya sahənin gələcək  inkişaf 
istiqam
ətlərini,  dəyişiklikləri, perspektivləri,  çoxsaylı  rəqəmlərdən ibarət  faktları 
göst
ərmək məqsədilə  istifadə  olunur.  İnfoqrafikanın  ən böyük üstünlüyü 
informasiyanı  vizual  formada  təqdim etmə  bacarığıdır.  Bu  yolla  çətin  qavranıla 
bil
ən informasiya asan şəkildə ictimaiyyətə ötürülür.          
İnfoqrafikanın özünəməxsus xüsusiyyətləri: 
-
 
İnfoqrafik  məlumatlar  əksər  hallarda  keçmişlə  gələcək  arasında  körpü 
yaradır,  hər  iki  zaman  arasında  müqayisəli təhlil  aparır  və  hadisələrin 
g
ələcək inkişaf istiqamətlərini ortaya qoyur. Bu üzdən də infoqrafika faydalı 
olduğu qədər də maraqlıdır və geniş ictimai maraq doğurur; 
-
 
İnfoqrafika  informasiyanın  beyni  yormasına  və  tamaşaçının  süjetdən 
qaçmasına  imkan  vermir.  Vizual  görüntülər, xüsusən də  infoqrafikada 
istifad
ə  olunan effektlər özlüyündə  yoruculuq və  ağırlıq  problemlərini 
aradan qaldırır; 
-
 
İnfoqrafika ilə vizuallığın yaratdığı aydınlıqdan peşəkarcasına istifadə etmək 
mümkündür; 
-
 
İnfoqrafika süjetdə peşəkarlığı daha da artırır, vizual gözəllik yaradır; 
İnfoqrafikanı uğurlu edən əsas keyfiyyətlər: 


-
 
Müasir vizual effektl
ərdən istifadə etmək
-
 
Faktların effektli və ardıcıl təqdimatına nail olmaq; 
-
 
Yalnız önəmli və çətin anlaşılan informasiyaların qrafikasını yaratmaq; 
-
 
İnfoqrafikada  yazıların  aydın  yazılması  və  asan  oxunulması  olduqca 
ön
əmlidir (jurnalist həmin yazıları ilk növbədə özü rahat şəkildə oxumalıdır. 
Ümumilikd
ə  isə,  infoqrafikada  yer  alan  yazıların  asan  oxunulması  və 
qavranılması üçün həmin yazılar ən azı 4-5 saniyə efirdə qalmalıdır); 
-
 
İnfoqrafiyanı  yükləmək və  çoxsaylı  faktları  daxil  etmək yolverilməzdir, 
yalnız maraqlı faktlara üstünlük verin; 
-
 
İnfoqrafiyada rəng seçiminə xüsusi önəm verilməlidir. Rənglər bir – birinə 
qarışmamalı,  arxa  fonun  rəngi ilə  yazıların  rəngi  ciddi  şəkildə 
f
ərqlənməlidir. Bu zaman emossional rəng  çalarlarından  istifadə  etməyiniz 
daha doğru olardı; 
          B
əzən infoqrafiyaya sadəcə olaraq faktların yazılı təqdimatı kimi yanaşılır. 
Lakin  yadda  saxlamaq  lazımdır  ki,  tamaşaçı  maraqlı  olmaqla  yanaşı,  asan 
qavradığı informasiyaların dalınca düşür. Odur ki, yalnız televiziyada deyil, qəzet 
v
ə  jurnallarda  da  geniş  istifadə  olunan  infoqrafika  auditoriyanın  marağını  cəlb 
etm
ək və süjetin reytinqini artırmaq baxımından mühüm önəm kəsb edir. Təsadüfi 
deyil ki, 1982-ci ild
ə  inforafikadan ilk istifadə  edən  Amerikanın  “USA  Today” 
q
əzeti bir neçə il qitənin 5 ən çox oxunan dərgisi oldu. Məhz bundan sonra yerli 
q
əzetlərin  əksəriyyəti  informasiyanın  yeni  və  olduqca  maraqlı  ötürülmə 
formasından maksimum dərəcədə istifadə etməyə başladırlar.  
Xronometraj
ı 1.30 və ya 2 dəqiqə olan süjetdə 25-30 saniyə qrafika vermək 
mümkündür. Lakin bütün süjet boyu qrafikadan istifad
ə yolverilməzdir. Belə olan 
halda süjet VMZ-y
ə deyil, fotosüjetə bənzəyəcək.  
 


 
 
 
III FƏSİL. JURNALİSTİKADA MÜŞAHİDƏ 
 
2.1.
 
Jurnalistikada müşahidənin əhəmiyyəti 
 
Müşahidə  jurnalistikada olduqca önəmli və  mühüm  əhəmiyyət kəsb edən 
amill
ərdən  sayılır.  Əksər mütəxəssislər  jurnalistikanın  və  jurnalist  yaradıcılığının 
m
əhz  müşahidədən  başlandığını  bildirirlər.  Müşahidə  aparmağın  bir  sıra 
üstünlükl
əri var: 
-  
Jurnalist müşahidənin köməkliyi ilə hadisə barədə ümumi təəssürat əldə edir. 
-  Jurnalist hadis
ələrin dinamik inkişafını izləmək imkanı əldə edir. 

Müşahidə aparmaq jurnalist üçün əksər hallarda gizli mənbələri üzə 
çıxarmağa və əlavə informasiyalar əldə etməyə şərait yaradır. 

Yalnız müşahidə aparmaqla jurnalist ictimaiyyətin gözündən yayınan 
hadis
ələri görə bilir. 

Yalnız müşahidə aparan jurnalist deyilənlərlə kifayətlənmir və məsələ ilə 
bağlı şəxsi fikirlər əldə edir. 
 
2.2.
 
Müşahidənin növləri 
 
Müşahidənin müxtəlif növləri var: 



Hazırlıqsız  müşahidə  –    jurnalist konkret olaraq nəyisə  müşahidə  etmək 
fikrind
ə deyil. Sadəcə ətraf aləmdə yaşanan hadisələr və təsadüfi məqamlar 
jurnalisti  müşahidə  etməyə  sanki məcbur edir. Burda vacib olan məqam 
əksər insanların adi qarşıladığı detalda və ya hadisədə qeyri-adi məqamları 
gör
ə bilməkdir. Yadda saxlayın ki, istənilən faktın arxasında gizlənən və öz 
sirrini heç d
ə hamıya bildirməyən məqamlar dayanır. 
-   M
əqsədyönlü müşahidə – bu müşahidənin konkret obyekti var. Jurnalist nəyi 
müşahidə edəcəyini, prosesin başlanma yeri və vaxtını əvvəlcədən bilir. Bu 
zaman jurnalist 
əvvəlcədən hadisə yerinə yollanmaqla zəruri informasiyalar 
toplayır  və  daha böyük imkanlar əldə  edir.  Bu  müşahidəni  əvvəlcədən 
planlaşdırmaq mümkün olduğu üçün proses xüsusi ssenari üzrə gedir.  
-  Bird
əfəlik  müşahidə  –  jurnalist bütün bacarığını  və  operativliyini cəm 
etm
əklə  gözləri önündə  və  konkret zaman kəsiyində  baş  verən hadisəni 
müşahidə edir. Adından da göründüyü kimi, bu cür müşahidələr yalnız bir 
gün davam edir. Burda jurnalistin vaxt m
əhdudiyyəti  var
 
v
ə  yol verilən 
s
əhvlər, diqqətsizlik bağışlanmır. 
-  Uzunmüdd
ətli  müşahidə  –  burda  jurnalist  müşahidə  aparmaq üçün daha 
böyük imkan v
ə  vaxt  əldə  edir. Belə  müşahidələr bir neçə  gün, hətta ay 
davam ed
ə  bilər. Jurnalist dəfələrlə  hadisə  yerinə  qayıda  və  müşahidə 
zamanı yol verdiyi boşluqları doldura bilər. 
-  Aç
ıq müşahidə – jurnalist müşahidə apardığını gizlətmir və görüşün, yaxud 
aparılan  müşahidənin məqsədini  qarşı  tərəfə  açıqlayır.  Hansı  informasiya 
vasit
əsini təmsil etdiyini və  hansı  suallar  üzərində  çalışdığını  qarşı  tərəfə 
izah edir.
 

Gizli  müşahidə  –  adətən konflikt süjetlərdə  istifadə  olunur. Bu zaman 
jurnalist sanki kölg
ədə qalır və obyektin nə məqsədlə müşahidə olunduğunu 
gizli  saxlayır.  Bu  cür  müşahidələr  obyekt  haqqında  daha  düzgün  qərar 
çıxarmağa  kömək edir. Çünki belə  müşahidələr  zamanı  obyekt  istər 
h
ərəkətlərində, istərsə də danışığında sərbəst olur. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə