“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə24/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

olmağınızı  təmin etməkdir.  İstər  yanğın  və  ya  daşqın  baş  verən məkandan, istər 
m
ətbuat  konfransları,  brifinqlərdən, istər müxtəlif səviyyəli mədəniyyət 
t
ədbirlərindən, istərsə də sosial problemlərin mövcud olduğu ərazidən və ya idman 
arenalarından  informasiya  ötürərkən jurnalistin ümumi ab-havaya nə  dərəcədə 
uyğunlaşması və məlumatı nə dərəcədə effektli çatdırması yuxarıda qeyd etdiyimiz 
dig
ər mühüm amillərlə yanaşı, onun aktyorluq keyfiyyətlərindən və bacarığından 
da bilavasit
ə asılıdır.  
Jurnalist  insandır  və  onun  da  şəxsi problemləri,  qayğıları  var.  Lakin  bu  o 
dem
ək deyil ki, jurnalist həmin problemləri  əsas götürərək,  tamaşaçı  qarşısına 
yuxulu, k
ədərli, yaxud fikirli vəziyyətdə çıxa bilər. Sizin probleminiz yalnız sizə 
aiddir v
ə bunun milyonlarla auditoriyaya heç bir aidyyəti yoxdur. Nəzərə alın ki, 
efir
ə  çıxan  şəxs istər jurnalist olsun, istərsə  də  müsahib  danışıq  tərzi, məsələyə 
münasib
əti, jest və mimikası, hətta səsinin tonu ilə tamaşaçıya müsbət və ya mənfi 
emosiyalar  ötürür,  ona  psixoloji  baxımdan  təsir edir. Odur ki, istənilən çətin 
durumda özünüzü 
ələ  almanız  və  aktyorluq keyfiyyətlərindən məharətlə  istifadə 
ed
ərək  ekran  qarşısında  əyləşən  insanlarda  xoş  təəssürat  yaratmanız  olduqca 
vacibdir.  
2.5. 
Reportajın yazılma qaydası və ya necə başlamalı? 
 
Telejurnalistikaya ye
ni  başlayanlar  üçün  ən böyük problemlərdən biri 
ç
əkilişdən  qayıtdıqdan  sonra  yaşanır.  Hadisə  yerindən kifayət qədər zəngin 
informasiya il
ə qayıdan jurnalist çoxsaylı faktların və qeydlərin qarşısında başını 
itirir. Əslində çəkiliş prosesində deyilən fikirlərin heç də hamısı vacib deyil. Lakin 
hansı faktın ictimai önəm kəsb etdiyini və əsas hansı fikri qeyd etməyi heç də hər 
jurnalist bilmir. T
əcrübə  göstərir ki, adətən  jurnalistikada  ilk  addımlarını  atan 
g
ənclər bir qədər həyəcandan və ya hansısa bir məqamı əldən verməkdən qorxaraq 
deyil
ən hər bir fikri qeyd edirlər.  Peşəkar jurnalistlər isə  adətən hadisə  yerindən 
olduqca az, lakin ön
əmli qeydlərlə qayıdır, bununla da mətn yazmaq üçün saatlarla 
baş  sındırmırlar.  Yadda  saxlayın  ki,  peşəkarlıq  həmçinin operativ  iş  və  vaxtdan 


s
əmərəli istifadə ilə ölçülür. Odur ki, yalnız ən vacib və sizin üçün maraqlı görünən 
faktları, fikir və mülahizələri qeyd edin.  
Ç
əkiliş prosesi bitdikdən sonra reportyor qrupu vaxt itirmədən redaksiyaya 
qayıdır. Əgər sizi 25-30 dəqiqəlik və ya daha uzun müddətli yolçuluq gözləyirsə 
h
əmin vaxtdan da səmərəli istifadə edin. Yazdığınız faktlara bir daha nəzər salın və 
onları daha önəmlidən az önəmliyə doğru qruplaşdırın. Aydın olsun deyə faktları 
sıralamaq da olar. Qarşısında 1. – yazılmış fakt daha önəmlidir. 2. – nisbətən az 
ön
əmli  anlamına  gəlir. 3.-  daha zəif və  ya daha az ictimai önəm kəsb edir. 
Qarşısında 4. olan faktları isə istifadə etmək də olar, etməmək də. Bu metod sizə 
redaksiyada  yazdıqlarınızı  bir  daha  oxumaq  və  ya  yazılanlar  üzərində  baş 
sındırmaq, onların hansının daha vacib olduğunu müəyyən etməkdən xilas edər.  
İlk cümlə xəbərin və ya reportajın nə dərəcədə ictimai əhəmiyyət və maraq 
k
əsb etdiyini ortaya qoyur. Tamaşaçı məhz ilk cümlədən bu xəbərin onun üçün nə 
d
ərəcədə  vacib  olduğunu  müəyyən edir. Odur ki, hadisəni  hansı  janrda 
işləyəcəyinizdən asılı olmayaraq, ilk cümləyə olduqca həssas və yaradıcı yanaşın. 
Sizc
ə şirniyyat mağazasına konfet almaq istəyi ilə daxil olan alıcı seçimi nəyə görə 
edir? Əlbəttə ki, ilk növbədə konfetin üz qabığına görə. Sizin yazdığınız ilk cümlə 
d
ə  konfetin  üz  qabığı  anlamına  gəlir.  Tamaşaçının  diqqətini cəlb edə  bilsəniz, 
material baxımlı olacaq və kifayət qədər ciddi əks-səda doğuracaq.  
B
əs ilk cümlə necə olmaldır? 
     -  
İlk  cümlə  materialda  ən  vacib və  ən  maraqlı  (hər iki keyfiyyət bir 
arada olsa daha mük
əmməl olar) məqamları əks etdirməlidir; 
     - 
İlk cümlə tamaşaçının diqətini cəlb etməli və yaddaqalan olmalıdır; 
     - 
İlk cümlə tamaşaçıda növbəti fikirlərə və ya təqdim olunacaq növbəti 
faktlara 
maraq oyatmalıdır; 
     - 
İctimai əhəmiyyət baxımından ilk cümlə daha geniş sosial təbəqə üçün  
    
n
əzərdə tutulmalıdır; 
     - 
İlk cümlə məntiqi ardıcıllıq baxımından sonrakı cümlələr üçün bir növ 
körpü 
rolunu oynamalıdır; 


     - 
İlk  cümlə  hadisənin baş  vermə  ardıcıllığına  görə  deyil, hadisənin 
m
əğzinə görə yazılmalıdır; 
     - 
İlk  cümlə  maksimum dərəcədə  qısa  olmalı  və  tamaşaçını  növbəti 
cüml
ələrə bir növ hazırlamalıdır;  
     - 
İlk cümlədə ümumi fikirlərdən və bədiilikdən qaçmaq məsləhətdir; 
 
Yuxarıda qeyd olunan prinsipləri praktik baxımdan nəzərdən keçirək.   
 
Nümum
ə: 
 
T
əsəvvür edin ki, hadisə yerindən topladığınız faktlar aşağıdakılardır: 
 
 
     - 
Xarici İşlər Nazirliyində mətbuat konfransı(2) 
     - 
Nazirliyin m
ətbuat katibi Elman Abdullayevin çıxışı(1) 
     -    Sitat: “Az
ərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri geri      
 
 
çağırılmayacaq. Deyilən xəbərlər yanlışdır və əsassızdır(1)” 
     - 
Sitat: “İranda yoxa çıxan azərbaycanlı şair Fərid Hüseyin və Şəhriyar 
Hacızadənin  hansı  səbəbdən saxlanılmasına  aydınlıq  gətirilməlidlir. 
M
əhz buna görə də Azərbaycan İrana üçüncü nota gəndərib. Hələ ki, 
cavab yoxdur”(1). 
      - 
Sitat:  “İranın  ali  dini  rəhbəri Ayətullah Xamneyinin nümayəndəsi 
F
ərid  Əsrinin  Azərbaycana  biraxılmaması  xəbəri  doğrudur.  O, Bakı 
hava  limanından  geri  qaytarılıb  və  bu  addım  Azərbaycan 
qanunvericiliyin
ə  uyğun  şəkildə  reallaşıb(2).  Lakin  onun 
qanunvericiliyin  konkret  olaraq  hansı  maddələrinə  əsasən geri 
gönd
ərildiyini söyləməkdə çətinlik çəkirəm”(3).  
      -  Sitat: “Xarici m
ətbuatda Azərbaycanın Suriyaya silah satması ilə bağlı 
yayılan xəbərlər isə həqiqətə uyğun deyil”(4).  
M
ətbuat  konfransından  götürülən bu fikirlər tədbir  zamanı  deyilən  ən 
maraqlı  faktlardır.  Lakin  onların  hər birini bir cümlədə  yazmaq mümkün deyil. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə