diqq
əti ilə reportyora və ya müsahibə qulaq asmalı, onların dediyi sözlərə, yaxud
işarəsinə uyğun kameranı hərəkət etdirməli, haqqında danışılan detalı göstərməyə
çalışmaldır. Lakin inamsızlıq, bir qədər diqqətsizlik
üzündən bunu etmək mümkün
olmadısa, təəssüflənməyə dəyməz. Stəndap və ya müsahibə prosesi bitdikdən sonra
h
əmin detal ayrıca çəkilir, sonradan isə montaj prosesində lazım olan yerə qoyulur.
Montaj v
ə montajçı – Bu söz
fransız dilində olan “
montage
” sözünd
ən
götürülüb, m
ənası “qururam”, “quraşdırıram” deməkdir. Televiziyada
montaj
nec
ə deyərlər, çiy halda olan video və audio materialın daha uğurlu hissələrini
seçm
əklə, onların səliqəli və ümumi prinsiplər əsasında yığılması, başqa sözlə,
efir
ə gedəcək hazlr məhsul halına gətirilməsidir. TV-də bir neçə montaj otağı
olur v
ə montaj avadanlıqları iş prinsipinə görə iki yerə bölünür:
-
X
ətti montaj;
-
Qeyri-x
ətti montaj;
X
ətti montaj – bu montaj növü bir neçə postdan (kaset
oxutmaq üçün
istifad
ə olunan qurğu), səs və təsvir pultundan ibarətdir. Burda proses kassetlər
üz
ərində gedir. Başqa sözlə, bir və ya bir neçə kassetə çəkilmiş görüntülər
t
əmizlənərək, yaxud daha uğurlu görüntülər seçilərək bir kassetə yığılır. Xətti
montajın yaradıcılıqda müsbət və mənfi cəhətləri var .
Müsb
ət:
- X
ətti montaj o qədər də geniş imkanlara malik olmasa da, materialı
operativ olaraq hazırlayıb, efirə təqdim etmək mümkündür;
-
Yığılmış və ya montaj olunmuş materialın itmə, yaxud pozulma halları
dem
ək olar ki, mümkünsüzdür;
- H
ər hansı kadrı çıxarmaq və ya vacib olan kadrı lazımı yerə qoymaq daha
as
an başa gəlir;
M
ənfi:
- Bu
montaj prosesind
ə kassetlər daha çox istifadə olunduğundan
görüntül
ər
tədricən öz effektini itirir;
- Montaj prosesind
ə istifadə olunan texniki ləvazimatların istər qiymətinin
bahalığı, istərsə də geniş yer tutması narahatlıq doğurur;
-
Montaj zamanı adi diqqətsizliyi (məsələn, rejimlərin (assemble, insert)
s
əhv salınması ilə yaranan problemi) aradan qaldırmaq üçün bütün
verilişi yenidən köçürmək tələb olunur;
- X
ətti montaj üsulu bir qədər köhnə sayıldığından, bu sahə üzrə yaxşı
müt
əxəssislərin tapılması əksər hallarda mümkün olmur;
Qeyri-x
ətti montaj - kompyuter montajı da adlanır. Bu növ montaj
müasirliyi v
ə yaradıcılıq imkanları ilə fərqləndiyindən televiziyalarda kifayət qədər
geniş istifadə olunur. Hətta əksər televiziyalar müasir dövrdə, ümumiyyətlə, xətti
montajdan imtina ed
ərək kompyuter montajından yararlanır. Qeyri-xətti montajda
kasetd
ən yalnız materialın kompyuterə köçürülməsi və ya montaj olunmuş
materialın kompyuterdən çıxarılması zamanı istifadə oluna bilər.
Amma çox
zaman
bu prosesin h
əyata keçirilməsində də kassetlərdən deyil, yaddaş kartından,
DVD-d
ən və ya birbaşa kameranın yaddaşından istifadə olunur. Qeyri-xətti
montajın jurnalist və montajçı üçün aşağıdakı üstün və çatışmayan cəhətləri var:
Müsb
ət:
-
Material yalnız bir dəfə kompyuterə köçürülür və montaj olunandan
sonra kasset v
ə ya DVD, yaxud yaddaş kartına köçürülür ki, bu da daha
çox görüntünün keyfiyy
ətinin qorunması baxımından mühüm əhəmiyyət
k
əsb edir;
- H
ər hansı görüntü lazım olduqda kasseti əvvəldən axıra və ya sondan
əvvələ dəfələrlə fırlatmaq tələb olunmur. İstənilən kadrı birbaşa götürüb
kadrın üzərinə yerləşdirmək mümkündür;
-
Montaj avadanlığının alınması xətti montajda olduğu kimi baha başa
g
əlmir və avadanlıq az yer tutur.
M
ənfi:
- Kadrlar kasetd
ən kompyuterə köçürüldükdə kifayət qədər böyük vaxt
itkisin
ə səbəb olur. Başqa sözlə, kassetdə nə qədər material varsa, o qədər
gözl
əmək
tələb olunur;
-
Montaj olunmuş hazır materialı kompyuterdən DVD-yə və ya kassetə
atdıqda gözləmək tələb olunur ki, bu da, əlavə vaxt itkisidir;
- Kompyuterd
ə yığılmış materialın itməsi və ya pozulması halları daha tez-
tez baş verir. Odur ki, çəkiliş kasetlərini yalnız material tam yığıldıqdan
v
ə kompyuterdən kassetə, DVD-yə, yaxud yaddaş kartına köçürüldükdən
sonra
yenid
ən istifadəyə vermək olar.
Süjet üz
ərində işin son mərhələsi məhz montaj prosesidir. Montajdan əvvəl
jurnalist süjetd
ə istifadə edəcəyi ən uğurlu görüntülərin, eləcədə də müsahibə
zamanı müsahibin dediyi önəmli fikirlərin taym – kodlarını yazmalı və onları
montajçıya təqdim etməlidir. Bəzən televiziyalarda montaj prosesində rejissor
olmu
r. Odur ki, süjetin yığılmasını yalnız montajçıya tapşırmaq doğru deyil.
Jurnalist v
ə teleoperatorun montaj prosesində iştirakı süjetin daha peşəkar
hazırlanması və uğurlu kadrların seçilməsi baxımından vacibdir. Həmçinin,
montajçı da yaradıcı insan kimi süjetin yığılmasında öz fikir və tövsiyyələrini,
fantaziyalarını söyləyə bilər. Lakin montaj prosesində rejissor olmadığı halda son
söz reportyorundur. Reportyor hadis
ə yerində çəkilmiş daha uğurlu kadrları
motajçıya təqdim edir və montajçının da məsləhətlərinə qulaq asmaqla materialın
uğurlu yığılmasına çalışır.
Televiziyada montaj zamanı bir mühüm məqam mütləq nəzərə alınmalıdır.
Bir kadr efird
ə 3-4 saniyə qala bilər. Hadisənin məğzini əks etdirən və ya çıxış
ed
ən şəxsin göründüyü
kadr verilərsə, onun efirdə bir qədər uzun müddət qalma
ehtimalı var. Lakin digər hallarda kadrlar 3-4 saniyədən bir dəyişməlidir. Bu
göst
əriciyə əməl etməklə materialınızın daha dinamik olmasına şərait yaradır və
yoruculuqdan qaçmış olursunuz. Kadrın uzun müddət efirdə qalması istənilən
materialı darıxdırıcı edir və ümumi tempi aşağı salır. Beləliklə, jurnalist montaj
zamanı aşağıdakı prinsiplərə mütləq əməl etməlidir: