“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə19/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

Onlar  fikirl
ərinin nə  dərəcədə  məntiqli və  doğru  olduğunu  yalnız sözlərlə  deyil, 
jest v
ə  mimikalarla  nümayiş  etdirməyə  çalışırlar.  Əl,  göz,  baş  hərəkətləri bu 
q
əbildəndir. Ünsiyyət qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulur”.  
Telemüsahib
ə  də  məhz bu cür olmalıdır.  Kamera,  studiya,  işıqlandırma 
sistemi, texniki personal v
ə  mikrofonun yaratdığı  gərginliklərə  baxmayaraq, 
ünsiyy
ət  qurmağı  bacarmalı,  qarşı  tərəfin  danışmasına  şərait  yaratmalısınız. 
İstənilən  peşəkar jurnalist kamera önündə  həyəcanlı  və  gərgin olur. Bu, ilk 
növb
ədə  məsuliyyətdən irəli gəlir. Belə  olan halda müsahibin studiyada hansı 
hissl
ər keçirdiyini düşünmək elə də çətin deyil. Hətta öz otağında müsahibə verən 
şəxs  çox zaman o qədər  əsəbi və gərgin olur ki, o, adi cümlələri belə  qurmaqda 
ç
ətinlik çəkir. Onu bu vəziyyətdən yalnız jurnalist çıxara bilər. Bu zaman jurnalist 
verilişdən qabaq hətta bir qədər ümumi sözlər, yaxud yüngül zarafatlarla ümumi 
g
ərginliyi aradan qaldmalıdır. Müsahib istər studiya, istərsə də otaq şəraitində  nə 
q
ədər rahat və  səmimi olarsa, bir o qədər də  zəruri informasiyalar təqdim edə 
bil
ər. Əks halda uğurlu müsahibədən danışmaq mümkün deyil.    
Şoumen  –  “tok-şou”,  yaxud  küləvi  verilişlərin aparıcısıdır. Bu janr 
jurnalistd
ən daha böyük sərbəstlik, danışıq qabiliyyəti,  hazırcavablıq tələb edir. 
Şou proqramlar adətən müxtəlif mövqeli insanların iştirakı ilə daha maraqlı olur. 
Bu  zaman  jurnalist  verilişi  daha  gərgin notlar üzərində  qurmaq üçün mövzunu 
d
ərindən öyrənir, müsahiblər, onların psixologiyası  barədə  məlumat  əldə  edir. 
Apar
ıcı (bəzi ölkələrdə onu moderator da adlandırırlar) ilk növbədə tərəflərin eyni 
zaman ç
ərçivəsində  danışmasına  şərait yaradır,  başqa  sözlə  heç kimə  əlavə 
üstünlük vermir.  Onun dig
ər vəzifəsi müsahiblərə mövzudan uzaqlaşmağa imkan 
verm
əmək, qarşıya qoyulan problemi müzakirə etməkdir. Bir məqamı da nəzərdən 
qaç
ırmaq olmaz ki, müsahiblər adətən mövzunu, söhbətin gedişini özləri istədikləri 
istiqam
ətə yönəltməyə çalışır, söhbətin axarını dəyişməyə cəhd göstərirlər. Digər 
prinsip is
ə  ondan ibarətdir  ki, jurnalist müzakirələrdə  iştirakçı  deyil,  müşahidəçi 
qismind
ə çıxış edir, kiminsə təsiri altına düşmür və tərəfkeşlik etmir. Lakin bu, o 
anlama g
əlmir ki, jurnalist konkret fikir bildirə, yaxud söhbətə  müdaxilə  edə 
bilm
əz.  Əksinə  yerində  edilən müdaxilə  artıq  qızışan  ab-havanı  daha da 


g
ərginləşdirəcək  ki,  bu  da  şou  proqramlarda  önəmli rol oynayır.  İstənilən  şou 
verilişlərdə  aparıcı  publikanı  ələ  almalı, onların  zövqunu  oxşamalıdır. Aparıcını 
tamaşaçıya sevdirən  də  onun geyimi, yaxud saç düzümü, studiyada  qeyri-adi 
g
əzişi,  necə  deyərlər  əzilib-büzülmək  deyil,  onun  iti  ağlı,  dünya  görüşü,  deyilən 
fikirl
ərə  reaksiyası, səmimiliyidir.  
Şou  jurnalistini  bəzən kimyəvi proseslərin katalizatoru (gücləndiricisi) 
adland
ırırlar. Məlum  olduğu  kimi, müəyyən məhlullar  var ki, onlar kimyəvi 
reaksiyalarda iştirak etmir, başqa sözlə digər məhlullalara qarışmır. Lakin onlarsız 
da  reaksiya getmir. B
əzən iki, yaxud üç müsahib arasında əyləşən jurnalistin heç 
bir ön
əm kəsb etmədiyini, sadəcə müqəvva kimi əyləşdiyini söyləyənlər də olur. 
Lakin t
ərəflər arasında  əyləşən moderator (jurnalist) nə  qədər  qeyri  peşəkar olsa 
bel
ə, söhbətin qurulması, gərginliyin artmasında onun birbaşa rolu var.        
Rejissor – 
televiziyada birbaşa olaraq görüntüyə və səsə cavabdeh şəxsdir. 
M
əhz bu üzdən də  rejissoru televiziyanın  “onurğa  sütunu” adlandırırlar. Bu söz 
lat
ın dilində  olan  “rego”  ifadəsindən götürülüb, sonradan isə  fransız dilinə 
(regisseur) keçib, m
ənası “idarə edirəm” deməkdir.  
Televiziyada rejissorluq f
əaliyyət sahəsinə görə müxtəlif növlərə bölünür: 
-  Efir rejissoru; 
-  S
əs rejissoru; 
-  Ç
əkiliş rejissoru; 

Baş rejissor; 
Efir rejissoru efir
ə təqdim olunan materiallarda görüntüyə cavabdeh şəxsdir. 
X
əbər  buraxılışında  materialların  efirə  ardıcıl  və  bloka  uyğun  şəkildə  təqdim 
olunmasına görə məsuliyyəti məhz efir rejissoru daşıyır.  
S
əs  rejissoru  adından  da  göründüyü  kimi  süjetlərdə  jurnalist səsinə, 
interküy
ə və musiqiyə cavabdehdir. Sadalanan səslərdən daha önəmli olanı əlbəttə 
ki, jurnalistin s
əsidir. Lakin həmin səsin fonunda materialda əlavə səslər - interküy 
v
ə musiqi də var. Odur ki, rejissor əlavə səslərin əsas səsi üstələməməsinə və əsas 
s
əsin daha aydın eşidilməsinə çalışır.  


Jurnalistl
ə  birbaşa  çəkiliş  meydançasına  yollanan  və  montaj prosesinə 
r
əhbərlik edən  şəxs çəkiliş  rejissorudur. Hadisə  yerində  çəkiliş  rejissoru  olduqda 
jurnalist daha s
ərbəst olur, bütün diqqətini  öz  işinə  yönəldir və  teleoperatorun 
f
əaliyyətini izləmir. Həm çəkiliş  zamanı,  həm də  montaj prosesində  rejissorun 
iştirakı materialın daha uğurlu alınmasında bilavasitə mühüm rol oynayır.  
Televiziyada baş rejissor rəhbər işçi sayılır və bütün redaksiyalarda çalışan 
rejissorlara r
əhbərlik edir.  
Teleoperator  –  ç
əkiliş  prosesinin  və  görüntülərin  daha  uğurlu  alınmasına 
cavabdeh  olan  şəxsdir.  Peşəkar  teleoperator  istifadə  etdiyi  kameranın  bütün 
funksiyalarını bilməli, işıqla işləməyi bacarmalıdır. Lakin hər bir teleoperator peşə 
t
əcrübəsi ilə  yanaşı,  qeyri-adi ideyalara və  ya  yaradıcılıq  fantaziyalarına,  kadr 
duyumuna  malik  olmalıdır.  Çəkiliş  prosesində  uğurlu  kadr  tapmağa  çalışan,  ilk 
d
əqiqədən ətraf aləmi müşahidə edən peşəkar teleoperator paralel olaraq reportyora 
n
əzər yetirməli, onun tapşırıqlarına əməl etməlidir.  
Jurnalist  tamaşaçı  üçün  sanki  bələdçi  rolunu  oynayır.  Teleoperator  isə 
tamaşaçının  görən gözüdür. Odur  ki,  televizor qarşısında  əyləşən hər kəs paralel 
olaraq,  gördüyünü  eşitməyə,  eşitdiyini  isə  görməyə  can  atır.  Bu  ilk  növbədə 
reportyor komandasının öz vəzifəsinin öhdəsindən necə gəlməyindən asılıdır. Əgər 
t
əsvir  sırası  ilə  səs  arasında  əlaqə  pozulursa deməli  peşəkarlıqdan  danışmağa 
d
əyməz. Belə  halların  baş  vermə  səbəbi ilk növbədə  teleoperatorla reportyor 
arasında  peşəkar  əlaqənin qənaətbəxş  səviyyədə  olmamasıdır.  Məsələn, stəndap 
zamanı  teleoperator  reportyorun  kadrda  yalnız  uğurlu  görünməsinə  fikir verir və 
onun dediyi sözl
ərə qulaq asmır. Reportyor  əli ilə hər hansı  bir   yeri işarə edirsə, 
dem
ək  həmin  obyektin hadisə  ilə  əlaqəsindən danışır.  Nəticədə  obyekti görmək 
imkanından məhrum olan tamaşaçı yalnız jurnalistin dediyi sözlərlə kifayətlənir ki, 
bu da arzuolunmaz haldır və reportyor komandasına başucalığı gətirmir.  
Qeyd olunan v
əziyyət müsahibə zamanı da yarana bilər. Kamera qarşısında 
çıxış edən müsahib istənilən an dönərək nəyi isə göstərə və ya əli ilə nəyəsə işarə 
ed
ə bilər. Əgər tamaşaçı müsahibin göstərmək istədiyi, yaxud xüsusi qeyd etdiyi 
detalı görmürsə deməli informasiya yarımçıq ötürülüb. Odur ki, teleoperator bütün 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə