“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə20/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

diqq
əti ilə reportyora və ya müsahibə qulaq asmalı, onların dediyi sözlərə, yaxud 
işarəsinə uyğun kameranı hərəkət etdirməli, haqqında danışılan detalı göstərməyə 
çalışmaldır. Lakin inamsızlıq, bir qədər diqqətsizlik üzündən bunu etmək mümkün 
olmadısa, təəssüflənməyə dəyməz. Stəndap və ya müsahibə prosesi bitdikdən sonra 
h
əmin detal ayrıca çəkilir, sonradan isə montaj prosesində lazım olan yerə qoyulur.  
Montaj v
ə montajçı – Bu söz fransız dilində olan “
montage
”  sözünd
ən 
götürülüb,  m
ənası  “qururam”,  “quraşdırıram”  deməkdir.  Televiziyada montaj 
nec
ə deyərlər, çiy halda olan video və audio materialın daha uğurlu hissələrini 
seçm
əklə, onların səliqəli və ümumi prinsiplər əsasında yığılması, başqa sözlə,  
efir
ə gedəcək hazlr məhsul halına gətirilməsidir. TV-də bir neçə montaj otağı 
olur v
ə montaj avadanlıqları iş prinsipinə görə iki yerə bölünür: 
 
-  
X
ətti montaj; 
 
-  
Qeyri-x
ətti montaj; 
X
ətti montaj  –  bu montaj növü bir neçə  postdan (kaset oxutmaq üçün 
istifad
ə  olunan  qurğu),  səs və  təsvir pultundan ibarətdir. Burda proses kassetlər 
üz
ərində  gedir.  Başqa  sözlə, bir və  ya bir neçə  kassetə  çəkilmiş  görüntülər 
t
əmizlənərək, yaxud daha  uğurlu  görüntülər seçilərək bir kassetə  yığılır.  Xətti 
montajın yaradıcılıqda müsbət və mənfi cəhətləri var .  
Müsb
ət: 
-  X
ətti montaj o qədər də  geniş  imkanlara  malik  olmasa  da,  materialı 
operativ olaraq hazırlayıb, efirə təqdim etmək mümkündür; 

Yığılmış  və  ya  montaj  olunmuş  materialın  itmə,  yaxud pozulma  halları 
dem
ək olar ki, mümkünsüzdür; 
-  H
ər hansı kadrı çıxarmaq və ya vacib olan kadrı lazımı yerə qoymaq daha 
as
an başa gəlir; 
 
M
ənfi: 
-  Bu montaj prosesind
ə  kassetlər daha çox istifadə  olunduğundan 
görüntül
ər tədricən öz effektini itirir


-  Montaj prosesind
ə istifadə olunan texniki ləvazimatların istər qiymətinin 
bahalığı, istərsə də geniş yer tutması narahatlıq doğurur;   

Montaj  zamanı  adi  diqqətsizliyi (məsələn, rejimlərin (assemble, insert) 
s
əhv  salınması  ilə  yaranan  problemi)  aradan  qaldırmaq  üçün  bütün 
verilişi yenidən köçürmək tələb olunur; 
-  X
ətti  montaj üsulu bir qədər köhnə  sayıldığından, bu sahə  üzrə    yaxşı 
müt
əxəssislərin tapılması əksər hallarda mümkün olmur; 
Qeyri-x
ətti montaj  -  kompyuter  montajı  da  adlanır.  Bu növ montaj 
müasirliyi v
ə yaradıcılıq imkanları ilə fərqləndiyindən televiziyalarda kifayət qədər 
geniş istifadə olunur. Hətta əksər televiziyalar müasir dövrdə, ümumiyyətlə, xətti 
montajdan imtina ed
ərək kompyuter montajından yararlanır. Qeyri-xətti montajda 
kasetd
ən  yalnız  materialın  kompyuterə  köçürülməsi  və  ya  montaj  olunmuş 
materialın  kompyuterdən  çıxarılması  zamanı  istifadə  oluna bilər.
 
Amma çox 
zaman bu prosesin h
əyata keçirilməsində də kassetlərdən deyil, yaddaş kartından, 
DVD-d
ən və  ya  birbaşa  kameranın  yaddaşından  istifadə  olunur. Qeyri-xətti 
montajın jurnalist və montajçı üçün aşağıdakı üstün və çatışmayan cəhətləri var: 
Müsb
ət: 

Material  yalnız  bir  dəfə  kompyuterə  köçürülür  və  montaj olunandan 
sonra kasset v
ə ya DVD, yaxud yaddaş kartına köçürülür ki, bu da daha 
çox görüntünün keyfiyy
ətinin qorunması baxımından mühüm əhəmiyyət 
k
əsb edir; 
-  H
ər  hansı  görüntü  lazım  olduqda  kasseti  əvvəldən  axıra  və  ya sondan 
əvvələ dəfələrlə fırlatmaq tələb olunmur. İstənilən kadrı birbaşa götürüb 
kadrın üzərinə yerləşdirmək mümkündür;   

Montaj  avadanlığının  alınması  xətti  montajda  olduğu  kimi  baha  başa 
g
əlmir və avadanlıq az yer tutur. 
 
M
ənfi: 


-  Kadrlar  kasetd
ən kompyuterə  köçürüldükdə  kifayət qədər böyük vaxt 
itkisin
ə səbəb olur. Başqa sözlə, kassetdə nə qədər material varsa, o qədər 
gözl
əmək tələb olunur

Montaj  olunmuş  hazır  materialı  kompyuterdən DVD-yə  və  ya  kassetə 
atdıqda gözləmək tələb olunur ki, bu da, əlavə vaxt itkisidir; 
-  Kompyuterd
ə yığılmış materialın itməsi və ya pozulması halları daha tez-
tez baş verir. Odur ki, çəkiliş kasetlərini yalnız material tam yığıldıqdan 
v
ə kompyuterdən kassetə, DVD-yə, yaxud yaddaş kartına köçürüldükdən 
sonra
 
yenid
ən istifadəyə vermək olar. 
Süjet üz
ərində işin son mərhələsi məhz montaj prosesidir. Montajdan əvvəl 
jurnalist süjetd
ə  istifadə  edəcəyi  ən  uğurlu  görüntülərin, eləcədə  də  müsahibə 
zamanı  müsahibin  dediyi  önəmli fikirlərin taym –  kodlarını  yazmalı  və  onları 
montajçıya  təqdim etməlidir. Bəzən televiziyalarda montaj prosesində  rejissor 
olmu
r.  Odur  ki,  süjetin  yığılmasını  yalnız  montajçıya  tapşırmaq  doğru  deyil. 
Jurnalist v
ə  teleoperatorun  montaj  prosesində  iştirakı  süjetin  daha  peşəkar 
hazırlanması  və  uğurlu  kadrların  seçilməsi  baxımından  vacibdir.  Həmçinin, 
montajçı  da  yaradıcı  insan  kimi  süjetin  yığılmasında  öz  fikir  və  tövsiyyələrini, 
fantaziyalarını söyləyə bilər. Lakin montaj prosesində rejissor olmadığı halda son 
söz reportyorundur. Reportyor hadis
ə  yerində  çəkilmiş  daha  uğurlu  kadrları 
motajçıya təqdim edir və montajçının da məsləhətlərinə qulaq asmaqla materialın 
uğurlu yığılmasına çalışır.   
Televiziyada montaj zamanı bir mühüm məqam mütləq nəzərə alınmalıdır. 
Bir kadr efird
ə  3-4 saniyə  qala bilər.  Hadisənin məğzini  əks etdirən və  ya  çıxış 
ed
ən şəxsin göründüyü kadr verilərsə, onun efirdə bir qədər uzun müddət qalma 
ehtimalı  var.  Lakin digər hallarda kadrlar 3-4 saniyədən bir dəyişməlidir. Bu 
göst
əriciyə  əməl etməklə  materialınızın  daha  dinamik  olmasına  şərait  yaradır  və 
yoruculuqdan  qaçmış  olursunuz.  Kadrın  uzun  müddət efirdə  qalması  istənilən 
materialı  darıxdırıcı  edir  və  ümumi  tempi  aşağı  salır.  Beləliklə, jurnalist montaj 
zamanı aşağıdakı prinsiplərə mütləq əməl etməlidir: 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə