2.9. Reportajda infoqrafika
İnfoqrafika – (latın dilindən götürülüb, mənası – “informatio” – məlumat
verm
ə, şərh etmə, ortaya qoyma, “qrafikos” – yazma, yazıram, yazılı deməkdir) –
informasiyanın qrafik üsullardan istifadə etməklə yazılı şəkildə ötürülməsidir.
İnfoqrafikadan müxtəlif sahələrdə: coğrafiya, jurnalistika, təhsil, tibb, texnika,
biznes v
ə statistikada geniş istifadə olnur. İnfoqrafika informasiyanın yalnız yazılı
şəkildə ötürülməsi deyil. İnfoqrafika xəbərin səliqəli, daha inandırıcı və əyani
şəkildə ötürülməsi, faktların aydın, müqayisəli və təhlili formada təqdim
olunmasıdır. Bu üsuldan istənilən fəaliyyət növü və ya sahənin gələcək inkişaf
istiqam
ətlərini, dəyişiklikləri, perspektivləri, çoxsaylı rəqəmlərdən ibarət faktları
göst
ərmək məqsədilə istifadə olunur. İnfoqrafikanın ən böyük üstünlüyü
informasiyanı vizual formada təqdim etmə bacarığıdır. Bu yolla çətin qavranıla
bil
ən informasiya asan şəkildə ictimaiyyətə ötürülür.
İnfoqrafikanın özünəməxsus xüsusiyyətləri:
-
İnfoqrafik məlumatlar əksər hallarda keçmişlə gələcək arasında körpü
yaradır, hər iki zaman arasında müqayisəli təhlil aparır və hadisələrin
g
ələcək inkişaf istiqamətlərini ortaya qoyur. Bu üzdən də infoqrafika faydalı
olduğu qədər də maraqlıdır və geniş ictimai maraq doğurur;
-
İnfoqrafika informasiyanın beyni yormasına və tamaşaçının süjetdən
qaçmasına imkan vermir. Vizual görüntülər, xüsusən də infoqrafikada
istifad
ə olunan effektlər özlüyündə yoruculuq və ağırlıq problemlərini
aradan qaldırır;
-
İnfoqrafika ilə vizuallığın yaratdığı aydınlıqdan peşəkarcasına istifadə etmək
mümkündür;
-
İnfoqrafika süjetdə peşəkarlığı daha da artırır, vizual gözəllik yaradır;
İnfoqrafikanı uğurlu edən əsas keyfiyyətlər:
-
Müasir vizual effektl
ərdən istifadə etmək;
-
Faktların effektli və ardıcıl təqdimatına nail olmaq;
-
Yalnız önəmli və çətin anlaşılan informasiyaların qrafikasını yaratmaq;
-
İnfoqrafikada yazıların aydın yazılması və asan oxunulması olduqca
ön
əmlidir (jurnalist həmin yazıları ilk növbədə özü rahat şəkildə oxumalıdır.
Ümumilikd
ə isə, infoqrafikada yer alan yazıların asan oxunulması və
qavranılması üçün həmin yazılar ən azı 4-5 saniyə efirdə qalmalıdır);
-
İnfoqrafiyanı yükləmək və çoxsaylı faktları daxil etmək yolverilməzdir,
yalnız maraqlı faktlara üstünlük verin;
-
İnfoqrafiyada rəng seçiminə xüsusi önəm verilməlidir. Rənglər bir – birinə
qarışmamalı, arxa fonun rəngi ilə yazıların rəngi ciddi şəkildə
f
ərqlənməlidir. Bu zaman emossional rəng çalarlarından istifadə etməyiniz
daha doğru olardı;
B
əzən infoqrafiyaya sadəcə olaraq faktların yazılı təqdimatı kimi yanaşılır.
Lakin yadda saxlamaq lazımdır ki, tamaşaçı maraqlı olmaqla yanaşı, asan
qavradığı informasiyaların dalınca düşür. Odur ki, yalnız televiziyada deyil, qəzet
v
ə jurnallarda da geniş istifadə olunan infoqrafika auditoriyanın marağını cəlb
etm
ək və süjetin reytinqini artırmaq baxımından mühüm önəm kəsb edir. Təsadüfi
deyil ki, 1982-ci ild
ə inforafikadan ilk istifadə edən Amerikanın “USA Today”
q
əzeti bir neçə il qitənin 5 ən çox oxunan dərgisi oldu. Məhz bundan sonra yerli
q
əzetlərin əksəriyyəti informasiyanın yeni və olduqca maraqlı ötürülmə
formasından maksimum dərəcədə istifadə etməyə başladırlar.
Xronometraj
ı 1.30 və ya 2 dəqiqə olan süjetdə 25-30 saniyə qrafika vermək
mümkündür. Lakin bütün süjet boyu qrafikadan istifad
ə yolverilməzdir. Belə olan
halda süjet VMZ-y
ə deyil, fotosüjetə bənzəyəcək.
III FƏSİL. JURNALİSTİKADA MÜŞAHİDƏ
2.1.
Jurnalistikada müşahidənin əhəmiyyəti
Müşahidə jurnalistikada olduqca önəmli və mühüm əhəmiyyət kəsb edən
amill
ərdən sayılır. Əksər mütəxəssislər jurnalistikanın və jurnalist yaradıcılığının
m
əhz müşahidədən başlandığını bildirirlər. Müşahidə aparmağın bir sıra
üstünlükl
əri var:
-
Jurnalist müşahidənin köməkliyi ilə hadisə barədə ümumi təəssürat əldə edir.
- Jurnalist hadis
ələrin dinamik inkişafını izləmək imkanı əldə edir.
-
Müşahidə aparmaq jurnalist üçün əksər hallarda gizli mənbələri üzə
çıxarmağa və əlavə informasiyalar əldə etməyə şərait yaradır.
-
Yalnız müşahidə aparmaqla jurnalist ictimaiyyətin gözündən yayınan
hadis
ələri görə bilir.
-
Yalnız müşahidə aparan jurnalist deyilənlərlə kifayətlənmir və məsələ ilə
bağlı şəxsi fikirlər əldə edir.
2.2.
Müşahidənin növləri
Müşahidənin müxtəlif növləri var:
-
Hazırlıqsız müşahidə – jurnalist konkret olaraq nəyisə müşahidə etmək
fikrind
ə deyil. Sadəcə ətraf aləmdə yaşanan hadisələr və təsadüfi məqamlar
jurnalisti müşahidə etməyə sanki məcbur edir. Burda vacib olan məqam
əksər insanların adi qarşıladığı detalda və ya hadisədə qeyri-adi məqamları
gör
ə bilməkdir. Yadda saxlayın ki, istənilən faktın arxasında gizlənən və öz
sirrini heç d
ə hamıya bildirməyən məqamlar dayanır.
- M
əqsədyönlü müşahidə – bu müşahidənin konkret obyekti var. Jurnalist nəyi
müşahidə edəcəyini, prosesin başlanma yeri və vaxtını əvvəlcədən bilir. Bu
zaman jurnalist
əvvəlcədən hadisə yerinə yollanmaqla zəruri informasiyalar
toplayır və daha böyük imkanlar əldə edir. Bu müşahidəni əvvəlcədən
planlaşdırmaq mümkün olduğu üçün proses xüsusi ssenari üzrə gedir.
- Bird
əfəlik müşahidə – jurnalist bütün bacarığını və operativliyini cəm
etm
əklə gözləri önündə və konkret zaman kəsiyində baş verən hadisəni
müşahidə edir. Adından da göründüyü kimi, bu cür müşahidələr yalnız bir
gün davam edir. Burda jurnalistin vaxt m
əhdudiyyəti var
v
ə yol verilən
s
əhvlər, diqqətsizlik bağışlanmır.
- Uzunmüdd
ətli müşahidə – burda jurnalist müşahidə aparmaq üçün daha
böyük imkan v
ə vaxt əldə edir. Belə müşahidələr bir neçə gün, hətta ay
davam ed
ə bilər. Jurnalist dəfələrlə hadisə yerinə qayıda və müşahidə
zamanı yol verdiyi boşluqları doldura bilər.
- Aç
ıq müşahidə – jurnalist müşahidə apardığını gizlətmir və görüşün, yaxud
aparılan müşahidənin məqsədini qarşı tərəfə açıqlayır. Hansı informasiya
vasit
əsini təmsil etdiyini və hansı suallar üzərində çalışdığını qarşı tərəfə
izah edir.
-
Gizli müşahidə – adətən konflikt süjetlərdə istifadə olunur. Bu zaman
jurnalist sanki kölg
ədə qalır və obyektin nə məqsədlə müşahidə olunduğunu
gizli saxlayır. Bu cür müşahidələr obyekt haqqında daha düzgün qərar
çıxarmağa kömək edir. Çünki belə müşahidələr zamanı obyekt istər
h
ərəkətlərində, istərsə də danışığında sərbəst olur.
Dostları ilə paylaş: |