“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə31/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

4.5. Jurnalistikada m
ənbə 
 
Jurnalist üçün informasiya m
ənbəyi istər faktların toplanılmasında, istərsə də 
dünyada  yaşanan  hadisələri düzgün analiz etmək və  zəruri məlumatlarla 
ictimaiyy
əti təmin etmək  baxımından  mühüm  önəm kəsb edir.  İnformasiya 
m
ənbələrini tapmaq, onlardan düzgün və səmərəli istifadə etmək istənilən jurnalist 
üçün çox vacibdir. Müasir dövrd
ə  kifayət qədər çox informasiya mənbəyi 
mövcuddur. H
əmin mənbələri üç formada qruplaşdırmaq olar:   
-  Kütl
əvi  İnformasiya  Vasitələri,  arxiv  materialları,  rəsmi, yaxud qeyri-
r
əsmi sənədlər, informasiya  bülletenləri  və  s.  Bu cür informasiya 
m
ənbələri adətən kiminsə məhsulu sayılır. Başqa sözlə, jurnalist kiminsə, nə 
zamansa topladığı və ya sənədləşdirdiyi mənbələrdən, yaxud məlumatlardan 
istifad
ə  etməklə informasiya  toplayır.  Bu  cür  məlumatlardan yararlandıqda 
birinci m
ənbənin  adı  mütləq çəkilməli və  jurnalist  informasiyanı  hardan 
aldığını gizlətməməlidir.  

Ətraf aləm və  ya obyektlər.  Jurnalist ilk növbədə  zəngin  müşahidə 
qabiliyy
əti ilə seçilməlidir. Bəzən hər kəsin diqqət mərkəzində olan obyekt 
v
ə  ya  predmet digər  əşya  və  predmetləri  unutdurur.  Başqa  sözlə,  əksər 
hallarda  insanlar  yalnız  hadisəni görür və  həmin hadisədən kənarda qalan
lakin yaranmış problemi aradan qaldırmaq baxımından əsas obyektdən heç 
d
ə  geri qalmayan, hətta onu üstələyən, mühüm məsələni, obyekt, yaxud 
predmeti, ön
əmli  faktı  nəzərdən  qaçırırlar.  Yadda  saxlayın  ki,  predmet, 
yaxud 
əşyalar  yalnız  onları  görən və  onların  dilini  başa  düşən insanlara 
informasiya verir. 
 
-  
İnsan  –  məhz bu  informasiya mənbəyi jurnalist üçün  xəbər toplamaq 
baxımından daha böyük əhəmiyyət kəsb edir. Amerikalı jurnalistlər bu növ 
informasiya  m
ənbəyini  “canlı  mənbə”  adlandırırlar.  Bu  adın  həm  birbaşa, 
h
əm də  dolayı  yolla  uyğunluğu  var.  İnsan  hadisələrin  birbaşa  subyekti 
olmaqla  yanaşı,  təbii və  sosial proseslərin önündə  dayanır.  Odur  ki,  ətraf 
al
əmdə yaşanan proseslərin demək olar ki, çox hissəsi, bəlkə də hamısı məhz 
onun  adı  ilə  bağlıdır.  İnsan müxtəlif  informasiyaları  özündə  toplayan 


“konteyner” t
əsiri  bağışlayır.  İkincisi  isə,  insan  ən böyük və  operativ 
inf
ormasiya yayıcısıdır.  
Lakin canlı mənbədən nə dərəcədə yetərli istifadə etmək, bu informasiyalara 
yol tapmaq ilk növb
ədə  jurnalistdən  asılıdır.  Odur ki, jurnalist dəqiq və  önəmli 
m
əlumatı  əldə  etmək  üçün  yalnız  informasiyaya deyil, həmin  informasiyanı 
daşıyan  subyektə  marağını  da  inandırıcı  şəkildə  ortaya  qoymalıdır.  Başqa  sözlə, 
reportyor 
informasiya  daşıyıcısı  (insan)  ilə  yaranan ictimai münasibətləri  şəxsi 
münasib
ətlər çərçivəsinə  gətirməlidir. Bu cür  əlaqələr  isə  ilk növbədə  qarşılıqlı 
inam v
ə hörmət üzərində qurulur. Yadda saxlayın ki, jurnalist olaraq informatorla 
münasib
ət qurmağınızın və aranızdakı səmimiyyətin nə dərəcədə uğurlu alınması 
ilk növb
ədə sizin özünüzü necə təqdim etməyinizdən asılıdır. Bu amil özlüyündə 
iki faktorla bağlıdır:  
- Jurnalistin geyimind
ən və davranış tərzindən;  

Jurnalistin verdiyi sualların nə dərəcədə konkret və inandırıcı olmasından;  
Bu m
ənada, jurnalistin aktyorluq keyfiyyətlərinə  malik  olması  olduqca 
vacibdir.  Bel
ə  ki,  qarşı  tərəfin inam və  etibarını  qazanmaq  üçün  jurnalist yeri 
g
ələndə “diqqətli həmsöhbət”, lazim olrasa “ciddi müfəttiş” təsiri bağışlamalıdır. 
B
əzənsə  önəmli məlumatları  əldə  etmək  üçün  jurnalist  qısa  pauzalara  üstünlük 
verir.  Çünki  yalnız  bu  halda  müsahib  sərbəst olur və  jurnalistin  onu  lazımınca 
duyd
uğunu düşünür.  
Əlbəttə, informasiya toplamağın digər yolları da var. Bura məlumatın pulla 
alınması,  gizli  çəkilişlər,  gizli  audioyazma  qurğularından  istifadə  və  s. daxildir. 
Lakin  peşəkar jurnalist şəxsi maraqlar  naminə  bu üsullara əl  atmır.  Həmçinin 
unutmaq olmaz ki, ictimai maraq k
əsb etməyən hər hansı hadisə barədə fiziki və 
hüquqi  şəxslər müsahibə  verməkdən imtina edərlərsə,  qanun  onların  tərəfində 
olacaq. Bu zaman jurnalist h
ədə-qorxu gəlsə,  qarşı  tərəfə  təzyiq göstərsə, yaxud 
şantaja əl atsa özü çətin duruma düşəcək və qanun qarşısında cavab verməli olacaq. 
Odur ki, media nümay
əndəsi bəzi amilləri mütləq nəzərə almalıdır: 
-
 
Fiziki v
ə  hüquqi  şəxslərin ictimai maraq kəsb etmirsə  müsahibə 
verm
əkdən imtina etmə hüququna hörmətlə yanaşmaq; 


-  Materialda istifad
ə  edilən  informasiyaların  mənbəyini göstərmək.  Əgər 
qarşı  tərəf  konfidensial  (gizli)  qalmağa  üstünlük  verirsə  (məhkəmənin 
m
ənbəni  açıqlamaqla  bağlı  tələbi yoxdursa) onun bu istəyinə  hörmətlə 
yanaşmaq; 
-  Müsahibl
ərin  adına,  soyadına  hörmətlə  yanaşmaq  və  diqqətsizliyə  yol 
verm
əmək.  
M
ənbəyə  istinad  faktın  və  fikrin  əsaslı  olduğunu,  informasiyaya 
m
əsuliyyətlə  yanaşıldığını  göstərir.  İstənilən fikrin müəllifi  olmalıdır.  Əks  halda 
tamaşaçı  həmin  fikrin  aparıcıya, yaxud reportyora məxsus  olduğunu  düşünəcək. 
Fakta g
əldikdə isə burda yanaşma tamamilə başqa cürdür. Fakt ya var, ya yoxdur. 
Onu sübut etm
ək də  lazım  deyil.  Çünki  hadisə  fakt  adlandırılırsa  o,  artıq  təsdiq 
olunub v
ə həmin fakt istər-istəməz hamı tərəfindən qəbul olunmalıdır (hətta həmin 
faktı  kimin  deməsindən  asılı  olmayaraq).  Lakin  faktdan  doğan  fikir,  yaxud 
münasib
ət ilk növbədə  ictimaiyyət tərəfindən qəbul edilməlidir.  Onun qəbul 
olunması  isə  hər  şeydən öncə  informasiya mənbəyinin kimliyindən, onun 
c
əmiyyətdə  tutduğu  mövqedən və  həmin fikri nə  dərəcədə  əsaslandırmaqdan 
bilavasit
ə  asılıdır.  Amma  yeri  düşdü  –  düşmədi mənbələrə  istinad etmək heç də 
arzuolunan hal deyil. P
eşəkar jurnalistlərin əksəriyyəti informasiyada mənbənin 3 
halda göst
ərilməsini məqbul hesab edir: 
-   Fikirl
ər  arasında  fərqlilik olduqda. Məsələn: “Təzə  Pir məscidinin 
ruhanil
əri məktəblərdə  qız  şagirdlərinin hicab geyinməsini zəruri 
hesab edir”. 
 

İnformasiyaya  inamı  artırmaq  üçün:  “Səhiyyə  naziri  xatırlatdı  ki, 
siqaret ç
əkmək insan ömrünü orta hesabla 4 il azaldır”.  
 
 
      -  M
ənbə informasiyanın tərkib hissəsi olduqda: “Qubernator bu ilki                      
 
 
 
seçkil
ərdə namizədliyini verməyəcəyini bildirir”. 
Qeyd olunan hallarda m
ənbə  mütləq  əvvəldə  göstərilməlidir.  Tamaşaçının 
“deyil
ən fikirlər kimə  məxsusdur?”  sualı  üzərində  baş  sındırmasına  yol  vermək 
olmaz.  Lazım  olmadıqda  mənbəyə  istinad  informasiyanı  yersiz  yükləmək və 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə