“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə2/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   2   3   4   5   6   7   8   9   ...   58

növb
ədə maraqdan, həvəsdən və istəkdən başlayır. Əgər səndə də telejurnalistikaya 
olan ist
ək və həvəs sonsuzdursa, deməli artıq peşəkarlığa doğru ilk addım atılıb. O 
zaman ir
əli. Çalış və qarşıya qoyduğun hədəfə çatmaq uğrunda inamla  mübarizə 
apar.  Yalnız  bu  zaman  uğur  səninlə  olacaq. Elə  isə  səni  kitabla  baş-başa 
buraxıram... 
 
ƏDALƏT ƏLİYEV 
“LİDER TV VƏ RADİO 
AZƏRBAYCAN MMC”nin PREZİDENTİ 


I FƏSİL. TELEJURNALİSTİKADA İLK ADDIMLAR 
 
1.1. Jurnalistika 
 
Müxt
əlif dillərdə demək olar ki, eyni formada səslənən bu sözü, əsasən, bir 
m
əna birləşdirir–journal, jour – “gündəlik”, “gün”, “jurnal”. Başqa sözlə, “həyatın 
günd
əliyi”, “dünyanın jurnalı” mənasını ifadə edən və qələmlə kağızın vəhdətindən 
yaranan jurnalistika müasir dövrd
ə  bütün dünyanın  diqqətinə, maraq dairəsinə 
hakim k
əsilib. Bu da təsadüfi deyil. Qloballaşan və elmi-texniki tərəqqinin fonunda 
zaman-
zaman  daha  da  inkişaf  edən dünyanın  özü  informasiya ilə  idarə  olunur 
des
ək, yəqin ki yanılmarıq. Tarixin müxtəlif mərhələlərində informasiyanı kainatın 
ən güclü silahı hesab  edən şəxsiyyətlər bu  silahın  ələ keçirilməsi, onun müxtəlif 
m
əqsədlə  idarə  olunması  və  ondan  daha  çox  şəxsi maraqlar üçün yararlanmaq 
namin
ə  hər cür  üsullara, hətta müharibələrə  belə  əl  atmışlar.  Latın  dilində 
“informatio” kimi ifad
ə olunan və mənası “məlumat”, “xəbər”, “başa salma”, “izah 
etm
ə” kimi səslənən informasiya termini isə  bu gün  daha  çox  jurnalistikanın  və 
jurnalist s
ənətinin tərkib hissəsi kimi qəbul olunur.  
Olduqca müc
ərrəd və dərin mənaları əks etdirən informasiya anlayışını bir 
cüml
ə ilə ifadə etmək qeyri-mümkündür. Bu  termin siyasi, iqtisadi, texniki, elmi, 
sosial, m
ədəni, idman və digər önəmli sahələrin inkişaf tendensiyalarından xəbər 
verm
əklə yanaşı, ətraf aləmin, hətta bir qədər də dərindən düşünsək və məsələyə 
f
əlsəfi  yanaşsaq  materiyanın  inkişaf  qanunauyğunluqlarını  və  inkişaf 
istiqam
ətlərini müəyyənləşdirir. Qeyd olunanlar isə dünyanın özünün informasiya 
üz
ərində və informativ dəyərlər fonunda mövcud olduğunu söyləməyə əsas verir. 
Bir sözl
ə, informasiya bəşəriyyətin  yaranışından  tutmuş  onun  müasir  dövrdə 
formalaşma  və  tərəqqi mərhələlərini  əks etdirən, qlobal hadisələr  burulğanını 
istiqam
ətləndirən önəmli vasitədir. Bu önəmli vasitəni ictimaiyyətə təqdim edən və 
informasiyalı cəmiyyətin formalaşmasına bilavasitə təsir göstərən sahə jurnalistika, 
informasiya il
ə  çalışan,  onu  daha  anlaşıqlı  və  sadə  dildə  operativ olaraq 
auditoriyaya çatdıran şəxs isə jurnalistdir. Başqa sözlə, jurnalist dünyada baş verən 


ön
əmli ictimai, siyasi, sosial və mədəni hadisələrin mərkəzində dayanan və qeyd 
olunan sah
ələrdə  yaşanan  çoxsaylı  fakt  və  informasiyaları  toplayaraq  sistemli 
şəkildə, həmçinin  ədalətlilik, obyektivlik və  operativlik prinsiplərinə  önəm 
verm
əklə  oxucu, dinləyici və  tamaşaçıya  çatdıran  şəxsdir.  Lakin  yalnız  bumu? 
Əlbəttə ki, yox.  
Jurnalist c
əmiyyətin elit nümayəndəsi  kimi  aid  olduğu  ölkənin 
v
ətəndaşlarının istər intellektual səviyyə, etik dəyərlər, istərsə də zövq baxımdan 
formalaşmasında,  ən  əsası  isə  sosial münasibətlər sistemində  vətəndaşlıq 
d
əyərlərinin  aşılanması  və  təbliğ  olunmasında  önəmli  rol  oynayır.  Çoxmilyonlu 
auditoriyanın istək və maraq dairəsinə hakim kəsilən, danışıq qabiliyyəti, geyimi, 
jest v
ə  mimikaları  ilə  daim diqqət mərkəzində  olan jurnalist auditoriya ilə 
ünsiyy
ətdə  olduğu  ilk  gündən informasiya təqdimatında  ən  xırda  detallara  da 
h
əssas  yanaşır,  istər öz, istərsə  də  təmsil etdiyi təşkilatın  nüfuzunun  qorunması 
istiqam
ətində mübarizə aparır. Bu da təsadüfi deyil. Adi bir səhv jurnalistin illərlə 
topladığı  etibarın,  inamın  üzərindən xətt çəkə, onun nüfuzuna xələl gətirə  bilər
Odur ki, h
ər gün öz üzərində çalışmaqla sənətin sirlərinə daha dərindən yiyələnən 
v
ə  bununla  da  yalnız  işinin  professionalı  kimi  deyil,    həm də  bir fərd olaraq 
formalaşan jurnalist zaman–zaman peçəkarlığını artırmaqla yanaşı, şəxsiyyət kimi 
d
ə yetişir. Deməli, jurnalistika informasiyanı ictimaiyyətə ötürməklə yanaşı, həm 
auditoriyanın  formalaşmasına,  həm də  cəmiyyətin  aparıcı  və  aktiv üzvü olan 
jurnalistl
ərin şəxsiyyət kimi yetişməsinə birbaşa təsir edir. Çünki yalnız bir şəxs və 
bir v
ətəndaş  olaraq  formalaşan,  ictimai  münasibətlər sistemində  dəst-xətti ilə 
seçil
ən və  özünəməxsus yeri olan jurnalistlər  dünyada  yaşanan  qlobal  ictimai-
siyasi hadis
ələri düzgün analiz edə,  müasir dövrdə  tələbkarlığı  ilə  seçilən 
auditoriyanın maraqlarını ödəyə bilər.  
Jurnalist ictimai h
əyatın  hər  hansı  konkret  sahəsində  bacarığını  ortaya 
qoymaqla, çoxsaylı informasiyalar və gündəlik çalışmalar fonunda tədricən həmin 
sah
ənin mütəxəssisinə çevrilir, bununla da müvafiq qurumların diqqətini cəlb edir. 
Odur ki, 
əksər mütəxəssislər  haqlı  olaraq  jurnalistikanı  tramplin,  başqa  sözlə 
karyera
nın  ən  yüksək  mərtəbələrinə  qalxmaq üçün mühüm önəm kəsb edən 


“n
ərdivan”  adlandırırlar.  Təsadüfi  deyil  ki,  jurnalistikada  çalışmaqla  müxtəlif 
dövl
ət orqanlarına, ictimai təşkilatlara dəvət alan şəxslər sınaq imtahanlarından və 
dem
ək olar ki, hər bir yeni işçi üçün tətbiq olunan sınaq müddətindən azad olurlar. 
Çünki  jurnalist  can  atdığı,  yaxud  dəvət  aldığı  sahə  üzrə  nə  dərəcədə  savadlı  və 
m
əlumatlı  olduğunu  istər mətbuat, istər radio, istərsə  də  TV vasitəsilə  artıq  hər 
k
əsə sübut edib. Bu üzdən, onların yenidən sınaqdan keçirilməsinə ehtiyac olmur 
v
ə jurnalistlərə əksər hallarda konkret vəzifələr təklif olunur. 
Jurnalistika  yeni  tanışlıqlar,  yeni  münasibətlər sistemidir. Hər gün ətraf 
al
əmdə  aktivliyi, ictimai-siyasi  mövqeyi,  qazandığı uğurları ilə  seçilən insanlarla 
t
əmasda olmaq jurnalistin intellektual səviyyəsinə, dünyagörüşünə bilavasitə təsir 
göst
ərir. Həmin  insanların  hər biri müxtəlif təbiətə,  emosional  duruma,  düşüncə 
t
ərzinə malikdir. Odur ki, onlarla ünsiyyət də fərqlilik, özünəməxsusluq tələb edir. 
M
əhz bu üzdən müsahiblərini və  ya  başqa  sözlə  desək,  informatorlarını  daim 
öyr
ənməyə çalışan jurnalist özü də hiss etmədən, zaman keçdikcə bir psixoloq kimi 
formalaşır, ətraf aləmlə asanlıqla ümumi dil tapmaq və istənilən insanla münasibət 
qurmaq keyfiyy
ətlərinə malik olur.     
Ən nəhayət, jurnalistika aktiv həyat tərzidir. Ürəyi bu sənətlə döyünən insan 
operativ  düşüncə  tərzi,  hazırcavablığı,  səlis  danışıq  qabiliyyəti və  məntiqi ilə 
seçilir. T
əcrübə  göstərir ki, nə  vaxtsa  jurnalist  kimi  çalışan  insanların  sonradan 
nisb
ətən passiv və  oturaq  işə  alışması  ya  müəyyən vaxt tələb edir, ya da 
ümumiyy
ətlə mümkün olmur.  
Jurnalistikanın  müsbət keyfiyyətlərini uzun –  uzadı  sadalamaq  fikrimiz 
yoxdur. Sad
əcə  bu sənətin özünəməxsusluğunu  və  yaradıcılıq  dəyərlərini istər 
n
əzəri, istərsə  də  praktik  baxımdan  təhlil etməzdən öncə  jurnalistikanın  sadə  bir 
m
əşğuliyyət  növü  olmadığını,  əksinə  özlüyündə  olduqca qədim və  zəngin 
yaradıcılıq  ənənələri  daşıdığını,  istər ictimai, istər sosial, istərsə  də  beynəlxalq 
münasib
ətlər sistemində önəmli rolu ilə seçildiyini, həmçinin bəşəri keyfiyyətləri 
il
ə digər sənət növlərindən əsaslı şəkildə fərqləndiyini, ən nəhayət, müasir dövrdə 
milyonlarla  insanın  həyat tərzinə  çevrildiyini  qeyd etmək istədik. Çünki 
jurnalistika  çoxlarına  həyatda öz  yerini  tapmağa  və  istər  yaradıcılıq,  istərsə  də 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə