“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə26/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

n
əzərə  almalıdır.  Bununla  yanaşı,  çəkiliş  qrupu  hadisə  yerində  yaranmış 
gözl
ənilməz vəziyyətdə  və  ya  qarşıdurmada  nəyi etməyin mümkün, nəyin isə 
mümkün olmadığını aydın dərk etməli, diqqətsizliyə, çaşqınlığa, fikir dağınıqlığına 
yol verm
əməlidir.  
Jurnalistika  yaradıcılığında  hadisələr öz gərginliyinə, proseslərin dəyişmə 
tempin
ə görə iki kateqoriyaya bölünür: 
-
 
Maksimal g
ərginliyə  malik və  ya  operativ  iş  rejimi  tələb edən 
hadis
ələr (məsələn: yanğın, daşqın, partlayış, atışma, qarşıdurma) 
-
 
Sakit  axara,  aşağı  temporitmə  malik hadisələr (məsələn, mətbuat 
konfransları, yaradıcılıq gecələri, görüşlər, eksklüziv müsahibələr və 
s.) 
Reportyor v
ə  teleoperator fövqəladə  şəraitdə  işləmirsə,  jurnalist süjet 
üz
ərində  iş  planını  əvvəlcədən  teleoperatora bildirməli və  onunla müzakirə 
etm
əlidir.  O,  çəkilişin  vaxtı,  çəkiliş  şəraiti, müsahibin kimliyi və  müzakirə 
olunacaq mövzunu teleoperatorun diqq
ətinə  çatdırmalı,  hansı  mikrofonu 
götürm
əyin məqsədəuyğun olması barədə fikir bildirməlidir. (R.M. jurnalist texniki 
avadanlıqlardan  yalnız  hansı  mikrofonun  götürülməsi barədə  teleoperatora 
m
əsləhət və  ya  tapşırıq  verə  bilər. Çəkiliş  yerinə  aparılacaq  digər texniki 
avadanlıqlarla  –  kamera,  işıq,  ştativ  və  s.  bağlı  məsələlərə  qarışmağa  jurnalistin 
ixtiyarı yoxdur).  
Düşünmək olar ki, müsahibənin və  ya süjetin mövzusunu bilməyin 
teleoperator üçün heç bir 
əhəmiyyəti yoxdur. Amma elə  deyil.  Əksər hallarda 
teleoperator m
əhz süjetin mövzusuna uyğun işıq effektlərindən istifadə edir, hətta 
arxa fonu da mövzuya uyğun müəyyənləşdirir. Odur ki, jurnalistin mövzu barədə 
teleoperatora m
əlumat verməsi olduqca önəmli məsələlərdəndir. Reportyor əlində 
olan bütün m
əlumatı  teleoperatorla  bölüşməli, teleoperator isə  özünün  peşə 
q
ənaətlərini reportyorun diqqətinə  çatdırmalıdır.  Bir  sözlə, komanda elə 
formalaşmalıdır  ki,  təqdim olunan süjetin həm xəbər tutumu olsun, həm də 
materialın  teleoperator  işi  baxımından  ifadəliliyi  azalmasın.  Komandanın  hər bir 
üzvi, xüsus
ən üç məsələdə ortaq fikrə gəlməlidir: 


-
 
Süjetin 
əsas ideya xətti 
-
 
Materialın uzunluğu (prodüserin təklifi ilə) 
-
 
Hazır materialın təhvil verilmə vaxtı 
Bel
əliklə, reportyor hər  zaman  süjet  üçün  ona  hansı  kadrların  gərəkli 
olduğunu  teleoperatora  söyləməlidir. Məsələn, siz süjetdə bir insan haqqında  10, 
yaxud 15 saniy
ə  danışmağı  nəzərdə  tutub,  materialınızı  daha çox həmin  şəxs 
üz
ərində qurmağı planlaşdırırsınızsa, bunu əvvəlcədən teleoperatora bildirin ki, o, 
qeyd olunan müsahibi müxt
əlif rakurslardan çəksin və maraqlı planlar tuta bilsin. 
Əks halda kadrların kasadlığı  üzündən  materialınızı  ya  təkrar kadrlardan istifadə 
etm
əklə  hazırlayacaq,  ya  da  süjetin  mətnini dəyişmək məcburiyyətində 
qalacaqsınız.  
Teleoperator da öz növb
əsində  çəkə  bildiyi  ən önəmli, çox zaman 
gözl
ənilmədən alınan kadrlar barədə reportyoru xəbərdar etməli, çəkiliş prosesinin 
gedişi ilə bağlı onu məlumatlandırmalıdır. Bəzən jurnalistin əvvəlcədən hazırladığı 
bütün ssenari teleoperatorun ç
əkdiyi  bir  uğurlu  plana  görə  dəyişir  və  süjet xətti 
yenid
ən qurulur. Odur ki, istər çəkilişdən  əvvəl, istər çəkiliş  zamanı,  istərsə  də 
ç
əkiliş  prosesindən sonra reportyorla teleoperator fasiləsiz  peşəkar dialoq 
aparmaqla  mehribancasına,  qarşılıqlı  anlaşma  şəraitində  çalışmalı,  fikirlərini, 
düşüncələrini və süjetlə bağlı baxışlarını bölüşərək bir-birlərinə arxa durmalıdırlar.  
Lakin partnyorların peşəkar dialoqu üçün çox zaman yetərincə şərait olmur. 
Xüsus
ən də, mətbuat konfransları, brifinqlərdə səssizliyə riayət olunmalıdır ki, bu 
da jurnalistl
ə teleoperatora  diskussiya  aparmaq baxımından müəyyən çətinliklər 
yaradır.  Belə olan halda  reportyor  komandası bir–birini jest və  mimikalarla başa 
salmaq m
əcburiyyətində qalır. Qəbul olunmuş ümumi normaya əsasən jurnalist hər 
hansı  danışan  insanı  göstərib,  şəhadət  barmağını  dairəvi olaraq hərəkət etdirirsə, 
teleoperatordan h
əmin insanın çəkilməsini xahiş edir.  
 


Danışan  insan  önəmli fikirləri söylədikdən  sonra  jurnalist  qollarını  havada 
çarpazlayırsa, teleoperatordan çəkilişi dayandırmağı və ara planlar götürməyi xahiş 
edir.         
  
 
Bu jest v
ə  mimikaları  vaxtında  görmək və  onlara reaksiya vermək üçün 
teleoperatorun bir gözü daim jurnalistd
ə olmalı, onu izləməlidir.  
Lakin  teleoperatorun  da  yaradıcı  insan  olduğunu  unutmayın.  Çəkiliş 
meydanında gördüyü detallarla bağlı onun da öz düşüncələri və fantaziyaları ola 
bil
ər.  Odur ki, “komandada lider mənəm” deyib, teleoperatorun fəaliyyətinə, 
s
ərbəst yaradıcılığına mane olmayın. Jurnalist yalnız ona lazım olan detallar barədə 
operatora m
əlumat verib, kənara çəkilməlidir. Həmin  detalların  hansı  rakursdan 
ç
əkiləcəyini,  bu  zaman  hansı  işıqdan  istifadə  olunacağını  teleoperator  müəyyən 
edir.  
Teleoperatora ç
əkiliş  meydanında  sərbəst hərəkət etməyə  imkan verin. O, 
müst
əqil  çalışarkən daha məsuliyyətli olur və  maraqlı  planlar  tapır.  Amma 
teleoperatoru tamamil
ə  nəzarətdən  buraxmaq  da  doğru  deyil.  Peşəkar jurnalist 
daim teleoperatorun n
ə  çəkdiyini diqqət mərkəzində  saxlayır  və  etik  normaları 
gözl
əməklə ona müəyyən tövsiyələr verir. Yeri gəlmişkən, ikinəfərlik komandada 
ştativ  (R.M.kameranın  ayaqları)  daşımaq  işi  jurnalistin  üzərinə  düşür.  Düzdür, 
ştativ texniki ləvazimat kimi birbaşa teleoperatora tapşırılıb və məhz onun nəzarəti 
altındadır. Lakin teleoperatorun hadisə yerində daha operativ fəaliyyəti üçün ştativi 
m
əhz jurnalistin daşıması məsləhətdir.  
Dig
ər vacib məqam çəkiliş texnikasının ağırlığı ilə bağlıdır. Bir çəkiliş üçün 
istifad
ə olunan texnikaların təxmini olaraq ağırlığını hesablayaq: 
-
 
Professional kameranın çəkisi: 
 
 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə