“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə23/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   19   20   21   22   23   24   25   26   ...   58


Reportajın  mövzusu  daha  çox  auditoriya  üçün  nəinki  yaxın,  hətta 
doğma  olmalıdır.  Tamaşaçı  materialı  və  ya süjetdə  qaldırılan 
problemi  yax
ından duymalı,  həmin məsələdə  özünün də  iştirakını 
arzula
malıdır. 

Reportajın  mövzusu  aktuallığı  və  operativliyi ilə  yanaşı,  estetik 
d
əyəri ilə də seçilməlidir.      
 
Maraqlı  ideya  və  ya ictimai əhəmiyyəti ilə  seçilən mövzunun müəyyən 
edilm
əsi  işin  30-40  faizidir.  İndi  qalır  fantaziyalarda  yaşayan  həmin mövzunu 
reallıqda  həyata keçirmək.  Reportajın  mövzusu  seçildikdən sonra, jurnalist onu 
hazırlamaq haqqında düşünməli, fantaziyasını, əlaqələrini işə salmalıdır. Bu zaman 
b
əzi məsləhətlərə  əməl etməniz ümumi  işin xeyrinə  olar. Reportajı  maraqlı  edən 
əsas yaradıcılıq prinsipləri aşağıdakılardır: 
 

Cüml
ələrin qısa və lakonik formada yazılması; 
 

M
ətnin düşünərək, emosiyalı oxunması; 
 

H
ərəkətli kadrlardan maksimum istifadə; 
 

İnterküydən imkan daxilində çox, lakin yerində istifadə
Yadda  saxlayın,  reportaj hadisənin asta formada, uzun fikirlərlə  təqdim 
olunmas
ı  deyil. Burda jurnalist hadisənin məğzini  tamaşaçıya anlatmaq üçün 
dinamik oxu t
ərzi ortaya qoymalı, istər mətni oxuyan zaman, istərsə də stəndap, 
dialoq v
ə monoloqlarda aktyorluq keyfiyyətləri nümayiş etdirməlidir. O, kadrların 
kinoxronikaya xas,  operativ olaraq,  bir-birini 
əvəz etməsi prinsipindən yetərincə 
yararlanmalıdır.  Qeyd olunan prinsiplər  birbaşa  materialın  ifadə  aydınlığına  təsir 
göst
ərir.  
Unutmayın ki, telejurnalist olaraq sizin yalnız bir dəfə tamaşaçıya müraciət 
etm
ək  imkanınız  var.  Ona  görə  də  süjetlər o dərəcədə  aydın  yazılmalı  və 
auditoriyaya ötürülm
əlidir ki, ekran qarşısında  əyləşən hər kəs  ilk  baxışdan 
reportajı qavraya bilsin. Məhz bu üzdən də aydın, dəqiq üslüb və məntiqi montaj 
reportaj üçün vacib t
ələblərdir.  
H
ər  bir  süjet  mövzuya  uyğun  müəyyən temporitmə  malikdir. Odur ki, 
reportajın  mövzusunu  müəyyənləşdirən  jurnalist  kadrarxası  mətni də  həmin 


tempotirm
ə  uyğun  oxumalı,  başqa  sözlə,  süjetin  intonasiyasını  onun  mövzusuna 
uyğunlaşdırmalıdır.  Yalnız  bu  halda  tamaşaçı  hadisənin  axarına  düşməklə  süjetə 
diqq
ətlə qulaq asacaq və ümumi mövzunu qavraya biləcək.  
Reportyor üçün ön
əmli olan məsələlərdən biri hadisəni görə  bilmə 
qabiliyy
ətidir.  Jurnalist  mövzunu  maraqlı  və  peşəkar formada təqdim etmək 
ist
əyirsə  hadisə  yerinə  yollanmazdan öncə  həmin mövzunu analiz etməli və 
araşdırmalıdır. Reportyor əvvəlcədən nəyi, necə təqdim edəcəyini, müsahibə alıb – 
almayacağını,  yaxud  stəndap edib-etməyəcəyini,  hətta interküylər  barədə 
düşünməli, beynində materialın ilkin ssenarisini qurmalıdır. Əlbəttə, bəzən hadisə 
yerin
ə  yollanan  jurnalist  düşündüklərinin tamamilə  əksi ilə  qarşılaşır. Lakin 
ist
ənilən halda süjet barədə əvvəlcədən düşünüb, sonradan fikrini dəyişmək, süjet 
üz
ərində çəkilişdən sonra düşünməkdən daha yaxşıdır.     
Dig
ər önəmli məsələ  reportajda səslə  təsvirin düzgün təqdimatıdır.  Sual 
olunur: süjetd
ə  səs birinci gəlməlidir, ya təsvir?. Cavab: təsvir.  Yadda  saxlayın, 
ist
ər süjet olsun, istərsə də sənədli film, televiziya yaradıcılığında hər zaman təsvir 
birinci t
əqdim olunur. Daha sonra isə söz həmin təsviri izah edir. Başqa cür desək, 
biz 
əvvəl hər hansı insanı göstərib, həmin  şəxsin Məmməd və  ya  Arif  olduğunu 
kadrarxası  mətndə  söyləyirik.  Şəxsin  adını  çəkib, sonradan onu efirdə  göstərsək 
sözl
ə  təsvir üst-üstə  düşməyəcək və  qavramada  yanlışlıq  yaranacaq.  Odur  ki, 
reportajınızın  daha  uğurlu  alınmasını  istəyirsinizsə, səs  sırası  və  görüntü süjetin 
m
əzmununu  dolğunlaşdırmalıdır.  Əks  halda,  tamaşaçı  ya  nə  demək istədiyinizi 
başa düşməyəcək, ya da qavrayışda ciddi çətinliklər yaranacaq.      
Yuxarıda qeyd olunan bütün bu elementlər, ssenari, şərh, materialın işlənmə 
v
ə ictimaiyyətə ötürülmə forması, intonasiya, temporitm, səs sırası və görüntünün 
ustalıqla  uzlaşdırılması  televiziya  reportajının  bütövlüyünü  təmin edir. Bu 
elementl
ərdən hər  hansı  biri  materialın  ruhuna  uyğun  gəlmirsə,  reportaj  yanlış 
qavranılacaq və istənilən effekti verməyəcək.  
Müasir dövrd
ə reportyordan yalnız yazı qabiliyyəti və ya qüsursuz nitq tələb 
olunmur.  Peşəkar jurnalist kamera ilə  işləməyi  bacarmalı,  montaj  texnikasından 
azacıq  da  olsa  anlayışı  olmalı,  daha  uğurlu  kadrları  seçməyi və  onlara  quruluş 


verm
əyi  bacarmalıdır.  Bu  bacarıqları  əldə  etmək hər dəfə  reportaj  hazırlayan 
zaman jurnalistin köm
əyinə çatacaq.  
 
2.4. Reportyor, yoxsa aktyor? 
 
H
ər bir jurnalist hekayəçi bacarığına, fantaziyaya, operativ düşüncə tərzinə 
malik olmalı, faktı düşünərək, yaşayaraq tamaşaçıya ötürməlidir. Yadda saxlayın, 
x
əbəri təqdim edən  zaman  jurnalistin  yaşadığı emossional  durum  informasiyanın 
özü q
ədər qiymətli və  əhəmiyyətlidir.  Emosionallıq  və  psixoloji durum 
informasiyanı  tamamlayır,  onu  tamaşaçıya  bir  qədər də  yaxınlaşdırır. Lakin bu 
m
əsələdə  yanlışlığa  yol  vermək olmaz. Həddən  artıq  emosional  çalarlar  sizi 
auditoriyanın gözündən salar, xəbərə olan inamı azalda bilər. Odur ki, emosionallıq 
x
əbərin və  ya təqdim edilən  faktın  imkan  verdiyi  həddə  olmalı,  həmin həddi 
keçm
əməlidir. Jurnalistin peşəkarlığı və aktyorluq keyfiyyətləri də məhz bu zaman 
ortaya çıxır. Peşəkar jurnalist həm də peşəkar aktyordur. Başqa cür ola da bilməz. 
Siz x
əbəri  yaşamasanız,  baş  vermiş  hadisəni auditoriyaya ötürən  zaman  obrazlı 
dild
ən, emosional çalarlardan, jest və mimikalardan istifadə etməsəniz, bir sözlə, 
üz
ərinizə  düşən rolu məharətlə  ifa edə  bilməsəniz  tamaşaçını  yetərincə 
maraqlandırmağı da bacarmayacaqsınız.  
Aktyorluq keyfiyy
ətləri  yalnız xəbər təqdimatında  mühüm  əhəmiyyət kəsb 
etmir. Jurnalist günd
əlik fəaliyyəti  zamanı  çoxsaylı  insanlarla  təmasda olur, 
müxt
əlif peşə və sənət sahibləri ilə görüşür, zəruri informasiyalar toplayır. Həmin 
insanlar eyni düşüncə tərzinə, dünya görüşünə, mədəni və psixoloji keyfiyyətlərə 
malik  deyil.  Odur  ki,  onların hər biri ilə  fərqli  şəkildə  münasibət  qurulmalı,  hər 
müsahib
ə suallar fərqli formada təqdim olunmalıdır.  
Əlbəttə, aktyorluq keyfiyyətləri dedikdə,  biz,  süni  gülüşlər və  ya süni 
münasib
ət, süni komplimentləri nəzərdə  tutmuruq. Müsahibin arzu və  istəyinə 
uyğun  hərəkət etmənizi, yaxud öz prinsiplərinizi bir kənara  ataraq  yalnız 
müsahibin ist
əyi
 
il
ə də oturub – durmalı olduğunuzu söyləmirik. Bizim istəyimiz 
sizin bir aktyor kimi h
ər an  baş verə biləcək hadisəyə emosional baxımdan hazır 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə