“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   17   18   19   20   21   22   23   24   ...   58


Daha uğurlu planların taym kodlarını əvvəllcədən montajçıya təqdim 
etm
əli və vaxt amilindən səmərəli yararlanmalıdır; 

Daha h
ərəkətli və aydın planlar seçməlidir; 

Kadrlar arasında məntiqi ardıcıllıq və bağlılıq olmalıdır; 

Hadis
ə yerinin planı, başqa sözlə ünvan planı mütləq süjetin əvvəlində 
verilm
əlidir; 

Statik kadrlardan mümkün q
ədər az istifadə olunmalıdır; 

Kadrı  ən  pis  halda 3 saniyə  efirdə  saxlamaq,  daha  sonra  onu  başqa 
planla 
əvəz etmək zəruridir

T
əkrar kadrlardan imkan daxilində istifadə etməmək; 
Koordinator  – 
redaksiyada  çalışan  jurnalistlərin çəkilişlərini  siyahı  üzrə 
t
əşkil edən şəxsdir. Koordinator jurnalistləri maşın və kamera ilə təmin edir, hansı 
jurnalistin n
ə  zaman çəkilişdən  çıxacağı  ilə  maraqlanır  və  onun  vaxtında 
redaksiyaya  qayıtmasına  çalışır.  Koordinator  daha  çox  sürücülərlə  əlaqə  saxlayır 
v
ə onları şəhərin müvafiq yerlərinə istiqamətləndirir. İlk baxışdan o qədər də ciddi 
q
əbul edilməyən bu vəzifə əslində televiziya yaradıcılığında kifayət qədər mühüm 
ön
əm kəsb  edir.  Koordinator  ümumi  işi  düzgün  qurmasa,  sürücü  və 
teleoperatorlardan s
əmərəli istifadə etməsə  çəkilişlər baş  tutmaya  və  ya ən  yaxşı 
halda reportyor komandası istər çəkilişə, istərsə də redaksiyaya vaxtında çatmaya 
bil
ər. Bu isə, yekun nəticədə  xəbərlər buraxılışına birbaşa təsir göstərəcək.  
M
əhz buna görə  də,  televiziya  koordinatoru  çalışdığı  şəhər və  ya rayonun 
bütün küç
ə  və  prospektlərini dəqiq bilməli, çəkiliş  yerinə  göndərdiyi qrupun nə 
zaman qayıdacağını təxminən müəyyən etməli və çəkilişə hazırlaşan digər qrupun 
da hadis
ə yerinə gecikməməsini təşkil etməlidir.  
Maşın və ya kamera çatışmadığı halda koordinator eyni istiqamətə getməli 
olan iki ç
əkiliş qrupunu bir avtomobillə yola salmaq məcburiyyətində qalır. Çəkiliş 
prosesini başa vuran digər qrup isə materialı operativ olaraq redaksiyaya çatdırmaq 
üçün  maşın  gözləyir və  aramsız  olaraq  koordinatora  zəng edir. Təcrübəli 
koordinator üçün yaranmış vəziyyət adi hallardan biridir. Odur ki, özünü itirməyən 
koordinator münt
əzəm olaraq sürücülərlə əlaqə saxlayır, həmin istiqamətdə olan və 


öz  işini  başa  vurub  redaksiyaya  qayıdan  sürücünün  yolüstü  həmin qrupu da 
götürm
əsini xahiş edir.  
Qrim  ustası  –  televiziyada  əsas  peşə  sahiblərindən  sayılır.  Aparıcı  və 
qonaqların  efirdə  səliqəli  görünüşünü  təmin edən  qrim  ustası  onların  təbiiliyini 
saxlamaq  şərti ilə,  əsasən,  üzdə  olan ləkələrin  aradan  qalxmasına  çalışır.  Lakin 
qrim yalnız ləkələri və üzdəki qüsurları aradan qaldırmaq üçün deyil. İnsan dərisi 
özünü qorumaq üçün münt
əzəm olaraq yağ ifraz edir ki, bu da studiyada çoxsaylı 
işıqların fonunda parıltı yaradır. Qrim həmin parıltının qarşısını alır.  
Kişi  aparıcılar  üçün  qrimin  müddəti 10-15,  qadınlar  üçünsə  35-40 dəqiqə 
ç
əkə bilər. Yadda saxlayın ki, qrim efirə hazırlığın önəmli tərkib hissəsidir. Qrim 
olunmadan efir
ə  çıxmaq  efir  mədəniyyətini və  estetikasını  bilərəkdən pozmaq 
dem
əkdir. Efirə çıxacaq aparıcı işini elə planlaşdırmaldır ki, qrimə də vaxt ayıra 
bilsin. Əks halda rəhbəriliyin haqlı narazılığı ilə üzləşəcək.  
Avropa v
ə  Amerika  televiziyalarında  yalnız  efirə  çıxan  jurnalistlər deyil, 
ç
əkilişə yollanan və hadisə yerində stəndap edəcək reportyorlar da qrim edirlər. Bu 
üzd
ən istər qadın, istərsə də kişi jurnalistlər əksər hallarda üzərlərində pudra (ənlik-
kirşan) gəzdirirlər. Amerikanın CBS kanalının baş icmalçısı Den Razer kimi. Bir 
gün t
əyyarədə plaşını çıxarıb, səliqə ilə yuxarı rəfə qoyan Razerin cibindən pudra 
qutusu düşür. Qutu zərblə yerə dəydiyindən səs də kifayət qədər ucadan çıxır və 
ətrafdakıların  diqqətini cəlb  edir.  Pudra  qutusunu  qaldıran  stüardessa  onun  kimə 
m
əxsus olduğunu soruşur: “Bu, kimin pudra qutusudur?”. Lakin nə qədər soruşsa 
da s
ərnişinlərdən, o cümlədən, Den Razerdən səs  çıxmır  və  stüardessa pudra 
qutusunun  sahibi  çıxana  qədər onu özündə  saxlamağa  qərar verir. Məhz həmin 
andan  başlayaraq,  hadisə  yerinə  çatana qədər  Den  Razeri  yalnız  bir  sual 
düşündürürdü: “Aman Allah, mən axı təyyarə yerə enən kimi reportaj üçün stəndap 
etm
əliyəm və bunun üçün də mənə təcili qrim lazım olacaq. Nə edəcəm?”. Amma 
bu sual onu n
ə qədər narahat etsə də D. Razer pudra qutusunu stüardessadan almır.  


   
Den Razer, Amerikanın CBS kanalının məşhur aparıcısı
 
Televiziyada efir m
ədəniyyəti yalnız qrimlə bitmir. Peşəkar jurnalist olmağa 
çalışan  və  özünə  hörmət edən hər kəs  jurnalistika  yaradıcılığında  mühüm 
əhəmiyyətə  malik etik kodeksləri öyrənməli və  onlara hörmətlə  yanaşmalıdır. 
İctimaiyyət  arasında  çox  zaman  jurnalistin  bir  qədər  üzlü  olduğu,  işini  “qapıdan 
qovurlarsa, p
əncərədən gir” prinsipi ilə həyata keçirdiyi bildirilir. Lakin bu fikir nə 
q
ədər absurd və  məntiqsiz səslənirsə, bir o qədər də  jurnalistika sənətinə 
hörm
ətsizlik kimi qəbul olunmalıdır. Monoqrafiyanın əvvəlində də qeyd etdiyimiz 
kimi, jurnalist c
əmiyyətin elit nümayəndəsi sayılır və istər geyimində, istər danışıq 
qabiliyy
əti, jest və  maneralarında,  istərsə  də  yaşından,  cinsindən, cəmiyyətdə 
tutduğu mövqedən asılı olmayaraq nümunəvi şəxs sayılır. İnformasiya əldə etmək 
üçün h
ər cür üsula, etikadan kənar davranış qaydalarına, şantaj və yalana əl atan 
jurnalist is
ə heç bir halda ictimai hörmətə layiq görülə, şəxsiyyət olaraq qəbul edilə 
bilm
əz.      
 
II FƏSİL. REPORTYOR İŞİNİN XÜSUSİYYƏTLƏRİ 
 
2.1. Reportaj 
 
Telejurnalistikan
ın operativ informativ janrlarından olan ilk telereportaj XIX 
əsrin ortalarında Almaniyada hazırlanıb. Bu söz latin dilindən götürülüb, “reporto” 
-  m
əlumat vermək, ötürmək mənasını verir. Almaniyadan sonra İngiltərə, Fransa, 
ABŞ  və  Rusiyada  geniş  yayılan  reportaj  ilk növbədə  sintetik xarakteri,   
operativliyi,  r
əngarəngliyi ilə  diqqəti cəlb edir və  bu janra müraciət edən 
jurnalistl
ər üçün geniş yaradıcılıq imkanları açır. Bu səbəbdən də reportaj müasir 
dövrd
ə  ən  geniş  yayılmış  operativ  informativ  janrdır. Sintetik dedikdə  biz onu 
n
əzərdə  tuturuq ki, reportajda müsahibənin, xəbərin, oçerkin, hesabatın,  şərhin 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə