“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

gül
ərüz şəkildə salamlamalıdır. Əsl peşəkarlıq və sənətə sevgi də məhz bu zaman 
ortaya çıxır.    
Şərhçi və  icmalçi  -  Şərhçi cəmiyyətdə  yaşanan  ən önəmli və  ictimai 
əhəmiyyət kəsb edən hadisələri analitik süzgəcdən keçirən, konkret təkliflərlə çıxış 
ed
ən, problemlərdən çıxış  yollarını  ortaya  qoyan  şəxsdir. Heç də  hər televiziya 
şirkəti daxildə  şərhçi qrupu yaratmır.  TV-lərin  əksəriyyəti kənardan ekspertlərin
ictimai-siyasi xadiml
ərin dəvət olunmasına daha çox üstünlük verir. Şərhçinin ən 
böyük m
əqsədi  tamaşaçı, dinləyici, yaxud oxucunun çoxsaylı  hadisələr 
burulğanında düzgün
 
istiqam
ət götürməsinə  yardım etmək, onların  şəxsi 
fikirl
ərinin  formalaşmasına köməklik  göstərməkdir.  Şərhçi auditoriyanı 
inand
ırmağı  və  müzakirə  olunan məsələ  ilə  bağlı  müxtəlif mövqeli    insanları 
dinl
əməyi bacarmalıdır.  Auditoriyanı  isə  məntiq, xarakter, materiala münasibət 
(konflikt
ə  sövq etməmək) inandırır.  Şərhçi emosiyaları  coşdurmamalı,  əksinə 
problemin m
əntiqli,  hüquqi və  demokratik prinsiplərə  uyğun  şəkildə  həllinə  nail 
olmal
ıdır. Aktyorluq bacarığına gəldikdə isə reportyordan fərqli olaraq şərhçi rola 
girm
əyi daha cox bacarmalıdır. Çünki efirdə  olduğu  müddət  ərzində  onun nə 
dem
əsi ilə  yanaşı,  necə  görünməsi də  mühüm önəm kəsb  edir.  Xarici  görünüş 
informasiyaya inam
ı  artıra da bilər, azalda  da.  Alman  jurnalistikasında  belə  bir 
fikir var: “milyonlarla auditoriya 
qarşısında çıxış etməyin məsuliyyətini dərk edən 
v
ə bu üzdən həyəcan keçirən jurnalistin çıxışı daha yaxşı alınacaq, nəinki özündən 
raz
ı  və  hər kəsin onu gözlədiyini  düşünən  jurnalistin  şərhi. Öz imkanlarını  real 
v
əziyyətdən daha yüksək qiymətləndirən jurnalist professional deqradasiyaya 
doğru ilk addım atır”. 
Lakin b
əzi teleşərhçilər bu fikrin əleyhinə olaraq düşünürlər ki, çıxış zamanı 
milyonlarla  auditoriya  haqq
ında deyil, yalnız  ekran  qarşısında  əyləşən  bir  şəxs 
haqq
ında düşünməlidirlər. Onların fikincə kameraya texnika kimi yox, canlı insan 
kimi yanaşmaq lazımdır.  
Şərhçinin vəzifəsi telesuflyor olduğu halda asanlaşır. Bu zaman şərhçi mətni 
kağıza deyil, bir növ tamaşaçının gözlərinə baxaraq oxuyur, jest və mimikalardan 
s
ərbəst istifadə edir. Lakin süflyordan istifadə üçün də vərdiş lazımdır. Axı, şərh 


yalnız informasiya vermirŞərhçi həmçinin auditoriyanın ruhuna təsir edir. Platon 
bununla bağlı bir fikir söyləyib: “Natiqliq ruhu idarə edən yaradıcılıq növüdür”.  
İcmalçı - hər hansı sahəni mükəmməl bilən, efirdə müəllif verilişi aparan, 
şəxsi fikirlərini  auditoriyaya  çatdıran, təqdim olunan görüntülərin mənalarını 
açıqlayan, studiyadakı qonaqlarla fikir mübadiləsi aparan şəxsdir. Bu insan böyük 
h
əyat təcrübəsinə  malik,  dünyanın  bir  sıra  ölkələrində  olan, ictimai maraq kəsb 
ed
ən  şəxsdir. Əlbəttə, burda kameranı duymaq, ekran qarşısında əyləşən çoxsaylı 
auditoriyan
ı hiss etmək bacarığı da əsasdır.   
İcmalçı  mahiyyət etibarilə  şərhçidən fərqlənir.  İlk növbədə  ona görə  ki, 
icmalç
ı  studiya  şəraitində  işləmək və  studiyada olan qonaqlarla dialoq qurmaq 
bacar
ığına malikdir. Bəzən veriliş icmalçının adı ilə adlandırılır. Məsələn: “Boris 
Noktinl
ə gecə”.  
İkincisi, icmalçı  təbliğatçı, yaxud təşviqatçı  deyil. O, daha çox 
ensik
lopediyaçıdır. Lakin icmalçı və şərhçi arasında oxşarlıqlar da az deyil. Hər iki 
peşə sahibi ekranda öz fikrini ortaya qoyur, şərh edir. Onların şəxsiyyəti tamaşaçı 
üçün  doğma  və  maraqlıdır.  Hər iki sahə  üzrə  çalışan  şəxslər  yaşlıdırlar, böyük 
h
əyat təcrübəsinə  və  intellektual səviyyəyə  malikdirlər.  Onların  hər ikisi gözəl 
danışıq qabiliyyəti və artistlik keyfiyyəti ilə seçilir.    
İntervyuer,  şoumen,  moderator  -  Qeyd olunan ixtisasların hər biri fərqli 
xüsusiyy
ətlərə  malikdir.  Geniş  düşüncə  tərzinə  malik və  hər  şeylə  maraqlanan 
intervyuer, dinamik v
ə  hazırcavab  şoumen,  laqeyd görünəcək  qədər sakit olan 
moderator. Jurnalistin qeyd olunan sah
ələrdən hansını seçməsi onun xarakterindən
insani keyfiyy
ətlərindən asılıdır.  İntervyuer  –  jurnalistikanın ayrıca qollarından 
say
ılır. Lakin elə jurnalist olmaz ki, hansı sahədə çalışmasından asılı olmayaraq bir 
d
əfə də olsun müsahibə almasın. İstənilən jurnalist sual verməyi xoşlayır. Bununla 
bel
ə, portret, yaxud problem müsahibə əsaslı şəkildə reportyor və ya informasiya 
müsahib
əsindən fərqlənir. Reportyor, yaxud informasiya müsahibəsi qısa olur və 
əsasən informativ mahiyyət  daşıyır. Portret müsahibədə  isə  psixoloji aspekt ön 
planda dayan
ır. Problem müsahibədə  müsahib çətin  suallar  qarşısında qalır, 
intervyuer sanki hakim qismind
ə  çıxış  edir.  Bundan  əlavə, reportyor, yaxud 


informativ müsahib
ədən fərqli olaraq problem, eləcə də portret müsahibə ən azı 30 
d
əqiqə, ən yaxşı halda isə 60 dəqiqə davam edir.       
Amerika 
ədəbiyyatlarında böyük müsahibəyə  hazırlıq sanki önəmli  döyüş 
üçün t
ərtib olunmuş hazırlıq planına bənzəyir. İnformasiyalı müsahibədə reportyor 
v
ə onun həmsöhbəti ümumi problemin həlli istiqamətində sanki həmkar kimi çıxış 
edir v
ə  problemdən  çıxış  yollarını  auditoriyaya  çatdırmağa  çalışır.  Bu cür 
müsahib
ələrdə  həmçinin  qarşı  tərəfin  hazırlaşmağına,  necə  deyərlər nəfəs 
d
ərməyinə  imkan verilir. Problem, yaxud portret müsahibələrdə  isə  əsas 
m
əqsədlərdən biri həmsöhbəti çətin duruma salmaq, bir növ ona “tələ” qurmaqdır. 
İntervyuerin özəlliyi, bacarığı və jurnalistikanın digər qollarından fərqi də budur. 
M
əhz buna görə  də, müasir dövrdə  peşəkar intervyuerlərə  rast gəlmək olduqca 
ç
ətindir. Müsahibədə emosiyaya, obyektivliyə, ardıcıllığa nail olmaq üçün jurnalist 
psixoloji  v
ə  aktyorluq bacarığını  ortaya qoyur. O, məsələdən kifayət qədər 
m
əlumatlı  olduğunu  göstərməli, hətta baxışları, jest və  mimikalari ilə  qaldırılan 
problemin h
əllində  maraqlı  olduğunu  nümayiş  etdirməlidir. Bəzən kədərlənməli, 
laz
ım olan məqamda isə  məsələyə  şübhə  ilə  yanaşmalıdır.  Bəzən  də  özünü elə 
göst
ərməlidir ki, guya deyilən sözləri kifayət qədər aydın başa düşmür. Bu zaman 
müsahib öz mövqeyini daha aç
ıq şəkildə ortaya qoyaraq, əlavə məlumatlar verir. 
Ad
ətən gənc jurnalistlər müsahibin nə  dediyinin fərqinə  varmır,  hətta  onu  başa 
düşməsələr belə  müti  halda başlarını  yelləyirlər.  Peşəkar intervyuer müsahibənin 
əvvəlindən həmsöhbətinə müxtəlif manevrlərlə təsir göstərməyə cəhd edir. Lakin 
bütün c
əhdlərin  əsas hədəfi müsbət  sonluğa  nail  olmaqdır.  Müsahibənin sonuna 
yax
ın jurnalist müsahibi öz strateji planına uyğun “idarə edir”, tamaşaçını sonadək 
h
əyəcan, gərginlik içində  saxlayır. Müsahib kamera ilə  deyil, sizin gözlərinizlə 
kontaktda olmal
ı, psixoloji baxımdan sizin təsirinizə  düşməlidir. Yadda saxlayın 
ki, sizin bax
ışlarınız, səs tonunuz, jest və mimikalarınız müsahibə və müsahibənin 
gedişinə birbaşa təsir göstərir. Professional jurnalistlər deyir: “Önəmli mövzu ilə 
bağlı  fikir mübadiləsi aparan iki-üç alicənab insana diqqətlə  fikir verin. Burda 
utanmaq, ç
əkinmək kimi hisslərdən söhbət belə gedə bilməz. Burda yalnız ciddilik, 
sözü üz
ə demək kimi keyfiyyətlər hakimdir. Onlar bir-birlərinin gözlərinə baxırlar. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə