“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə15/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

şəkillərdən istifadə edərək nemoy və ya VMY hazırlayır). Hər halda belə üsullar 
vizual t
əsəvvür yaradır və bu cür təqdimat xəbəri şifahi formada efirə verməkdən 
daha yaxşıdır.  
 
13.Kaşe–Televiziya  yaradıcılığında  geniş  istifadə  edilən effektlərdən və 
terminl
ərdən  biridir.  Kaşe  ekranın  kənarlarında  (yuxarıdan  və  aşağıdan,  yaxud 
sağdan  və  soldan, həmçinin dairəvi, üçbucaq, kvadrat və  s.) müxtəlif rənglərdə 
veril
ən pərdə  və  ya xətdir.  Fransız  dilindən (
Сacher
) götürül
ən bu sözün hərfi 
m
ənası  “gizlətmək”, “pərdələmək”,  “qabağını  tutmaq” deməkdir. Adətən qara 
r
əngdə  verilən kaşe kino effekti adlanır və bədii, sənədli filmlərdə  geniş istifadə 
olunur. Lakin iri h
əcmli süjetlərdə, mini kliplər və  ya  çarxlarda, xüsusi 
reportajlarda da kaşedən istifadə oluna bilər. Kino və televiziyaya fotoqrafiyadan 
g
ələn  kaşe-dən ilk dəfə  1898-ci ildə  dünya  şöhrətli kinematoqraf, kinorejissor, 
Fransada anadan olmuş Jorj Melyes istifadə edib. 1930-cu ildən etibarən isə kino 
al
əmində  ümumiyyətlə  kaşe-dən istifadə  yığışdırılıb.  Lakin  sonralar, daha dəqiq 
des
ək, XX əsrin 40-cı illərində televiziyanın və telejurnalistikanın təşəkkül tapdığı 
dövrd
ə  yenidən sənədli və  bədii filmlərdə  rejissorlar  kaşe-dən  yararlanmağa 
başladılar. Müasir dövrdə kaşe televiziya yaradıcılığının ayrılmaz tərkib hissəsidir. 
Kaşe-dən istifadə: 
 
- Kadra göz
əllik verir; 
 
- Diqq
əti mərkəzə yönəldir; 
 

Kadra düşən arzuolunmaz detalları örtür; 
 
- Kadrda kiçik 
əsmələrin qarşısını alır.  
 
14. Leybl –  ingilis sözünd
ən götürülüb, “label” –  mənası  hər  hansı  məhsulun 
etiketi, emblemi dem
əkdir.  Televiziyada  da  leybl  aid  olduğu  kanalın  adını  və 
etiketini bildirir. Leybl ad
ətən hər bir TV-nin  və  həmin TV-yə  aid mikrofonun, 
kameranın,  avtomobilin,  bəzən də  geyimlərin  və  həmin  televiziyanın  yerləşdiyi 
binanın üzərində olur.  


Televiziyada  leybl  yalnız  etiket  mənasını  bildirmir.  Hər  hansı  görüntünün 
üz
ərində  hansısa  TV-nin  leyblı  varsa,  deməli həmin görüntü məhz o  televiziya 
kanalına məxsusdur və həmin çəkilişdən icazəsiz istifadə yolverilməzdir. Ən yaxşı 
halda görüntü aid olduğu kanalın leyblı ilə veriməlidir. Əks təqdirdə (R.M. leybl 
kaşe  ilə  gizlədilərsə) kanal müəllif  hüquqlarını  qorumaq  üçün  məhkəməyə 
müraci
ət edə bilər.        
 
15. TV-d
ə kassetlər (master, predmaster) – Müasir dövr televiziyasında, əsasən, 
iki növ kassetd
ən istifadə olunur. Bunlar DVC və BTC-dır.  
DVC (divikam, ing. Digital Video Cassette) olduqca kompakt v
ə  üzəri 
maqnit tozu il
ə örtülmüş lentdən ibarət kassetdir. Sony, Panasonic, Philips, Hitachi 
v
ə  JVC  şirkətlərinin birgə  istehsalı  ilə  1995-ci ildə  televiziya aləminə  təqdim 
olunan bu kasset görüntünü uzun müdd
ət təmiz saxlama və  dəqiq  əks etdirmə 
keyfiyy
ətinə  görə  fərqlənir. Müasir dövrdə  DV  formatının  daha  kompakt 
növl
ərindən istifadə olunur. Bunlardan, MiniDV, Digital8, HDV, həmçinin Digital-
S, DVCPRO50 v
ə  DVCPRO HD  kimi  professional  formatları  misal  göstərmək 
olar.  
DVC kassetl
əri vaxt normasına və ya çəkiliş müddətinə görə də fərqlənir. Ən 
kiçik DVC-
ların vaxt norması 32 dəqiqədir. Maksimal olaraq isə bu kassetlərə 184 
d
əqiqəlik çəkiliş etmək və ya material köçürmək olar.   
BTC (betacam) –  1982-ci il, avqustun 7-d
ə  Sony  şirkətinin təqdim etdiyi 
kass
etdir.  BTC  hazırda  dünya  televiziyalarında  istifadə  olunan  ən keyfiyyətli 
kass
et  sayılır.  Üzəri almaz tozu ilə  örtülmüş  lentdən ibarət olan bu kassetlər 
götüntünü daha uzun müdd
ət keyfiyyətli saxlamağa imkan verir. Təsadüfi deyil ki, 
ist
ər sənədli, istərsə də bədii filmlər, hətta kliplər və ya müntəzəm istifadə olunan 
görüntül
ər televiziyanın arxivində məhz BTC kassetlərə köçürülərək saxlanılır.  
Zaman keçdikc
ə  imkanlarını  daha  da  artıran  BTC kassetlərinin  sonradan 
yeni n
əsli peyda olur. 1986-cı ildə Betacam SP (“SP” - «Superior Performance» 
ingilis dilind
ə yüksək keyfiyyət deməkdiryaradıldı. Özlüyündə həcm etibarı ilə iri 
olan BTC-
ın  bir  qədər  kompakt,  yığcam  olan  bu formatı  kassetin  daha  geniş 


istifad
ə  edilməsinə  imkan verdi. Sonrakı  illərdə  betacam kassetlərinin  Digital 
Betacam (1993), Betacam SX (1996), MPEG IMX (2001), HDCAM SR (2003) v
ə 
sair formatlar
ı yarandı. Minimal betacamın vaxt norması adətən 5, 10 dəqiqə olur. 
Bundan 
əlavə, televiziyalarda 60, 90, 124, hətta çəkiliş  müddəti təxminən 200 
d
əqiqəyə yaxın olan betacam kassetləri var. 
Keyfiyy
ət və  uzunömürlülük  baxımından,  təsviri daha uzun müddətə 
keyfiyy
ətli  saxlamağa  görə, betacam kassetləri DVC-mı  üstələyir. Lakin DVC 
daha 
yığcam,  yüngül  və  işlək kassetdir.  Bu  kassetləri bir  neçə  dəfə  müntəzəm 
olaraq istifad
ə  etmək mümkündür. Yadda  saxlayın,  istər  DVC olsun, istər  BTC, 
ist
ərsə də keyfiyyət baxımından müasir tələblərə cavab verməyən və bu üzdən də 
televiziyada istifad
ə olunmayan VHS kassetlərindən istifadə edərkən onları aparata 
v
ə ya kameraya daxil edib, birbaşa REC və ya PLAY düyməsini basmaq olmaz. 
Xüsus
ən də, kasset təzədirsə və birinci dəfə istifadə olunursa və ya uzun müddət 
istifad
əsiz qalıbsa onu aparata, yaxud kameraya daxil etdikdən sonra görüntüsüz
sür
ətlə sona, ardınca isə əvvələ fırlatmaq lazımdır. Bununla da siz kassetin lentinin 
qırılmasının və ya keyfiyyətinin itməsinin qarşısını almış olursunuz.  
Kassetl
əri istifadə kateqoriyalarına görə şərti olaraq üç yerə bölmək olar: 
1) Ç
əkiliş kassetləri; 
2) Predmaster; 
3) Master; 
Ç
əkiliş  kassetləri  adından  da  göründüyü  kimi  yalnız  çəkiliş  yerlərində 
istifad
ə  olunur və  özündə  montaj  olunmamış,  “çiy”  görüntüləri  saxlayır. 
Televiziyada h
ər müxbirin adına bir çəkiliş kasseti olur, həmin kassetə görə birbaşa 
jurnalist m
əsuliyyət  daşıyır.  Hadisə  yerindən  qayıdan  reportyor  çəkiliş  kassetini 
teleoperator
dan  aldıqdan  (Diqqət!  Çəkiliş  kassetini məhz jurnalist özü ilə 
götürm
əli və  hadisə  yerinə  çıxmazdan  öncə  teleoperatora  təqdim etməlidir) və 
süjetin m
ətnini   yazdıqdan    sonra montaj  otağına  yollanır.  Material montajda 
predmaster kassetin
ə  yığılır.  Bu  zaman  ehtiyyatlı  olun.  Predmasterdə  efir üçün 
yığılan digər materiallar da yer alır və bu kasseti yalnız efir rejissorunun icazəsi ilə  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə