“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə37/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

M
əmmədovlar ailəsinə  də  (pauza)  düşərli oldu. Ailənin  başçısı(pauza),  57  yaşlı 
Şakir  Məmmədov  (pauza)birinci  qrup  Qarabağ  əlilidir. Göstərdiyi xidmətləri 
n
əzərə  alan  Əmək və  Əhalinin Sosial Müdafiə  Nazirliyi  (pauza)  mayın  29-da 
(pauza) ona (pauza) 
KİA markali avtomobil (pauza) hədiyyə edib. 
 
 
 
 
 
 
*** 
 
Qeyd  olunan  pauzaların  hər birinə  əməl etmək  şərt deyil. Jurnalist  hər  
cüml
ədə  bir, yaxud iki dəfə  qısa  pauzalara  yol  verməklə  həm normal nəfəs ala, 
h
əm də informasiyanı daha aydın şəkildə çatdıra bilər. Lakin sintaqmlara düzgün 
əməl etmək tələb olunur. Belə  ki,  yanlış  yerdə  verilən pauzalar cümləni 
ağırlaşdırır, qavramanı isə çətinləşdirir.  
 
Nümun
ə: 
 
Əmək və Əhalinin (pauza) Sosial Müdafiə naziri yola saldığımız il (pauza) 
ərzində  500-ə  (pauza)  yaxın  ailəyə  ünvanlı  sosial  yardım  göstərib, 50 ailə  evlə 
(pauza)  t
əmin olunub, 200 nəfərə  isə  avtomobil hədiyyə  (pauza)  edilib. Nazir 
Füzuli  Ələkbərovun sözlərinə  (pauza)  görə, gələn il bu (pauza)göstəricilər daha 
da  artacaq.  Başa  (pauza) çatmaqda olan  il  bu baxımdan  Məmmədovlar ailəsinə 
(pauza) d
ə düşərli oldu. Və s.   
 
 
 
 
 
*** 
İstər məntiqi  vurğudan,  istərsə  də  sintaqmlardan istifadə  zamanı  diqqətli 
olmaq,  onları  düzgün  müəyyən etmək  lazımdır.  Əgər hər  şey  qaydasındadırsa 
oxuyacağınız  xəbərdə  məntiqi  vurğu  ilə  qabartmaq istədiyiniz önəmli sözlərin 
üz
ərinə, həmçinin sözlər arası nəzərdə tutulan pauzaların yerinə işarələr qoyun. Bu, 
x
əbəri  daha  asan  oxumağınıza  və  məntiqi  vurğuların,  sintaqmların  yerini  daha 
operativ şəkildə müəyyən etməyinizə şərait yaradacaq.       
  
6.6. Q
ısa ifadələr 


 
Cüml
ə  –  informasiyaların  “qablaşdırılmasıdır”. Burda söz, yaxud lazım 
olduğundan çox fakt olarsa, onda cümləni başa düşmək də bir o qədər çətinləşər. 
Odur ki, mümkün q
ədər qısa söz və söz birləşmələrindən istifadə etsəniz xəbəriniz 
daha sad
ə və baxımlı olar. Peşəkar jurnalistikada cümləni sadələşdirməyin bir neçə 
yolu var: 
 
-  Mür
əkkəb fikirli cümlələri iki, yaxud üç yerə bölmək
 
-  Hans
ısa sözün nə  dərəcədə  lazım  olduğunu  bilmək üçün həmin sözü 
cüml
ədən çıxarın. Cümlənin  məzmunu, mənası  pozulmursa,  demək həmin 
sözsüz d
ə keçinmək olar; 
 
-  H
ər faktı analiz edin. Əgər həmin fakt tamaşaçıya yeni nəsə vermirsə, demək 
onu silm
ək lazımdır.  
 
6.7. Televiziya nitqin
ə verilən tələblər 
 
 
Dig
ər Kütləvi İnformasiya Vasitələri ilə müqayisədə televiziya jurnalistikası 
xüsusil
ə  sözçülüyə  qarşıdır.  Buna  səbəb ilk növbədə  vizuallıq  və  vizuallığın 
yaratdığı  aydınlıqdır.  Müasir  dövr  dünya  televiziyalarında  artıq  ümumiyyətlə 
kadrarxası mətndən istifadə etməmək şərtilə kifayət qədər aydın və maraqlı süjetlər 
hazırlanır.  Lakin  bu  üslub  heç  də  həmişə  yararlı  olmur.  Odur  ki,  jurnalist  əksər 
hallarda kadrarxası sözlərə müraciət etməklə hadisəni və ya ictimai, siyasi, sosial 
xarakterli problemi daha aydın şəkildə  çatdırmağa çalışır. Bu zaman sözləri qısa, 
anlaşıqlı  formada  yazmağınız  və  tələffüz etməyiniz olduqca  vacibdir. 
Materialınızın  nə  dərəcədə  effektli  alınacağı  və  ictimai  önəm kəsb  edəcəyi 
bilavasit
ə  bundan  asılıdır.  Ümumilikdə  isə  televiziya nitqində  önəm verilən  əsas 
prinsipl
əri aşağıdakı kimi qruplaşdırmaq olar:      
1. 
Televiziyada  sizin  tamaşaçıya  müraciət etmək , nəyisə  çatdırmaq  üçün 
yalnız  bir  imkanınız  olur.  Odur  ki,  dinləmə  və  qavrama  şəraitinin 
spesifikliyini n
əzərə  almalı,  sözlərin mənasına,  cümlələrin məntiqi 
vurğusuna xüsusi önəm verməlisiniz; 


2.  İstər  kadrdakı  çıxışlarda,  istərsə  də  kadrarxası  mətnlərdə  nitqin 
emosionallığı  və  obrazlılığı  daim  diqqət mərkəzində  olmalı,  xüsusən 
emosionallıqdan geniş istifadə olunmalıdır; 
3. Söz v
ə  təsvir  sırası  arasında  qarşılıqlı  əlaqə  olmalıdır.  Təsvirin verdiyi 
vizual informasiya sözd
ə təkrar edilməlidir;
 
4. Süni pafos v
ə qondarma ifadələrdən qaçın. Nə qədər təbii olsanız tamaşaçı 
bir o q
ədər sizi özünə yaxın və doğma biləcək; 
5. Yarımçıq cümlələr və qısa replikalar televiziya nitqində yolverilməzdir; 
6. Qavrama amilin
ə  görə  sürətli nitq, zaman amilinə  görə  isə  ağır  temp 
q
əbuledilməzdir.  Orta temp götürün, sürətli oxu tərzi zaman –  zaman 
yaranacaq; 
Qeyd olunan t
ələblərdən hər  hansı birinə  biganəlik süjetin təsir dərəcəsinə 
x
ələl gətirir, danışan adama, onun dediyi sözə inamı azaldır. Odur ki, jurnalist nitqi 
düzgün v
ə qüsursuz olmalı, həmin tələblərlə ayaqlaşmalıdır.    
 
6.8. TV nitqind
ə vurğu 
 
 
 
Jurnalist gün 
ərzində yaradıcılıq prosesində dəfələrlə əcnəbi adlara, sözlərə 
rast g
əlir.  Onların  düzgün  tələffüzü isə  həmin  jurnalistin  dünya  görüşündən, 
savadından xəbər verir. Odur ki, sözlərin düzgün tələffüzü üçün aşağıda göstərilən 
qaydalara 
əməl etməyiniz vacibdir.   
 
1.
 
İngilis dilində – vurğu həmişə sözün əvvəlinə düşür. məs. Çörcill, Tetçer, 
Edinburq,  London, Skoulz, Oksford. Lakin Az
ərbaycan dilinin qaydalarına 
uyğunlaşmış  xüsusi  adlar  da  vardır:  Liverpul,  Şekspir,  Britaniya  kimi 
sözl
ərdə vurğu ikinci və üçüncü hecaya düşür. 
2.
 
Rus v
ə  ukrayna dillərində  –  vurğu  sərbəstdir  sözün  əvvəlinə  və  ortasına   
düşür: Yeltsin, Putin, Novqorod, Lermontov, Kiyev. Amma ümumiyyətlə, 
rus dilind
ə  vurğunun  yeri  dəyişkəndir. Məsələn, Tolstoy, Mayakovski, 
Şukşin. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə