etm
əyə, süjet xəttinin daha maraqlı olmasına şərait yaradır. 1.30 və ya 2 dəqiqəlik
materialda adi halda 4 m
əkandan istifadə etmək məqsədəuyğundur. Lakin
m
əkanlar müxtəlif olsa da, bir-biri ilə əlaqəli olmalı, ünvan planları, qəhrəmanların
keçidl
əri hərəkətli planlarla əlaqələndirilməlidir. Məkan amili jurnalistin mövzu ilə
bağli nə dərəcədə ürəkdən və peşəkarcasına çalışdığını ortaya qoyur.
6.3. Bir m
əkan, iki xəbər
İnformasiya axtarışında olan jurnalist getdiyi hər
məkandan bir deyil, bir
neç
ə xəbərlə qayıtmağa çalışır. Bu isə ilk növbədə hər bir reportyorun müşahidə
aparmaq qabiliyy
ətindən bilavasitə asılıdır. Peşəkar jurnalist konkret
mövzu ilə
bağlı getdiyi məkanda daim fərqli fakt və hadisələr axtarır. Onun qarşısında
dayanan
əsas məqsəd yalnız bu günlük deyil, sabah da maraqlı material ortaya
qoymaq, informativ süjetl
ərlə yanaşı, həmin informasiyanın gələcəkdə doğuracağı
sosial, siyasi, m
ədəni və ya iqtisadi xarakterli hadisələrdən analitik süjetlər
hazırlamaqdır.
İlk baxışdan çətin görünə bilən bu üsul zaman-zaman ümumi işin əsas
prinsipin
ə çevrilir. Aşağıda göstərilən misallarda bir xəbərdən
bir neçə informasiya
v
ə ya gələcək materiallar üçün mövzu əldə etməyə çalışaq.
Nümun
ə:
Az
ərbaycanda fəaliyyət göstərən teatrlar mövsümü başa vurublar. Bu barədə
M
ədəniyyət və Turizm Nazirliyinin bu gün jurnalistlər üçün təşkil olunan mətbuat
konfransında məlumat verilib. Bildirilib ki, Dövlət Opera və Balet Teatrı mövsümə
h
ələ ötən ayın 27-də yekun vurub. Teatrın səhnəsində oynanılan son əsər
P.Maskaninin “K
ənd namusu” operası olub. Teatrın simfonik orkestri avqust
ayının 8-dən 13-nə dək Almaniyada keçiriləcək “Opera sənəti” festivalında iştirak
etm
ək üçün qastrol səfərinə hazırlaşır. Akademik Milli Dram Teatrı mövsümə
görk
əmli yazıçı – dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında
M
ərahim Fərzəlibəyovun quruluş verdiyi “Qarabağnamə” tamaşası ilə yekun
vurub. Teatrın mətbuat xidmətinin məlumatına əsasən yaradıcı heyət yeni
mövsüm
ə də bu əsərlə başlayacaq. Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü
M.F.Axundzad
ənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə başa
vuraraq istirah
ətə yollanıb. Teatr yeni mövsümü də eyni əsərlə açmağı
planlaşdırır. Mövsüm boyu bir – birindən maraqlı tamaşalar təqdim edən
teatrlarımız təxminən iki aylıq istirahətdən sonra yenidən qapılarını teatrsevərlərin
üzün
ə açacaq.
***
Mövzu aydındır. Lakin teatr mövsümünə yekun vurulması ilə bağlı keçirilən
m
ətbuat konfransından xəbər yazmaqla işinizi bitmiş hesab etməyin. Hadisə yerində
maraqlı müsahiblər tapmaqla mövzunu daha geniş şəkildə, maraqlı rakurslardan
t
əhlil etməyə, analitik xarakterli süjetlər ortaya qoymağa çalışın. Məsələn, qeyd
olunan x
əbərdən aşağıdakı mövzuları çıxarmaq və müstəqil şəkildə işləmək olar:
-
Bu mövsümü teatrlar üçün tamaşaçı marağı və maddi gəlir əldə etmək
baxımından uğurlu hesab etmək olarmı?;
-
Az
ərbaycanda teatr mədəniyyəti və teatr yaradıcılığının müasir vəziyyəti;
-
Az
ərbaycan teatrı beynəlxalq arenada və s;
Nümun
ə:
Goranboyun Goran q
əsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman
uçqun baş verib. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumara
əsasən, 2 nəfər – 1992-ci il təvəllüdlü Sahil Teymur oğlu Hüseynov və 1992-ci il
t
əvəllüdlü Şahin Azər oğlu Kərimov uçqun altında qalaraq ölüb. Aidiyyəti
qurumlar hadis
ə barədə məlumatlandırılıb. Hadisə ilə əlaqədar təhqiqat işləri
aparılır.
***
Müst
əqil şəkildə işləmək olar:
-
Bölg
ələrdə aparılan tikinti işlərinin qanunla tənzimlənməsi, qanunsuz
tikilil
ərin sayı və onların qarşısının alınması yolları;
-
Paytaxtda v
ə bölgələrdə aparılan tikintilərin dözümlülüyü
və son illər baş
ver
ən uçqunların sayı, baş vermə səbəbləri və s;
Nümun
ə:
Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi
il
ə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla Abşeron
rayonunun
ərazisində yeni Zooloji Parkın tikintisinin həyata keçirilməsi üçün
Az
ərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş
Az
ərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 4,5 mln. vəsait ayrılıb.
Maliyy
ə Nazirliyinə bu Sərəncamın birinci hissəsində nəzərdə tutulan məbləğdə
maliyy
ələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
***
Müst
əqil şəkildə işləmək olar:
-
Zooloji Parkla bağlı müstəqil araşdırma: parkın yerləşəcəyi ərazi, parkda hansı
biktil
ər olacaq və parkla bağlı nəzərdə tutulmuş gələcək planlar;
-
Az
ərbaycanda neçə ekoloji park fəaliyyət göstərir və onların vəziyyəti;
-
Az
ərbaycanda ümumi
ekoloji vəziyyət, problem və perspektivlər və s;
Bu cür misalların siyahısını bir qədər də uzatmaq olar. Göründüyü kimi,
ist
ənilən hadisə ilə bağlı maraqlı mövzular düşünmək, araşdırma xarakterli
materiallar ortaya qoymaq olar. T
əcrübə göstərir ki, araşdırma xarakterli müstəqil
reportajlar adi informasiyalardan daha maraqlı və baxımlı olur. Məhz buna görə də