“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə43/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

-
 
Güclü kül
ək zamanı kürəyinizi küləyə tərəf çevirməli və mikrofonu 
bir q
ədər özünüzə  yaxınlaşdırmalısınız.  Belə  olan halda müsahibin 
s
əsinin daha keyfiyyətli yazılmasına nail olacaqsınız; 
-
 
St
əndap  zamanı  və  ya müsahibə  alarkən  mikrofonu  ağıza  yaxın 
tutmaq olmaz. Bu zaman s
əs  qırıla  və  keyfiyyətsiz  yazıla  bilər. 
Mikrofon sin
ə  ilə  paralel, lakin sinədən bir qədər  aralı  tutulmalı, 
m
ikrofonla dodaq arasında məsafə isə 10-15 sm. olmalıdır; 
-
 
Mikrofondan istifad
ə  zamanı  onun  səsyazma hissəsinə  toxunmaq 
olmaz. Azacıq toxunuş böyük səs partlayışlarına səbəb olacaq; 
-
 
Mikrofonu masanın üzərinə qoymaqla müsahibə alırsınızsa, mütləq 
mikrofon üçün n
əzərdə  tutulmuş  ştativdən istifadə  edin.  Əks  halda 
masaya h
ər toxunuş, hətta adi halda qulaqla eşidilməyən səslər belə 
mikrofona düşəcək və müsahibin səsi ilə paralel kasetə yazılacaq;   
-
 
Müsahib
ə və stəndap zamanı mikrofon səsləri iki hissəyə - əsas və 
əlavə  səslərə  ayırır.  Əsas  səsə  sizin, yaxud müsahibin səsi,  əlavə 
s
əslərə  isə  interküylər daxildir. Lakin mikrofonun beyni yoxdur. 
S
əslərin seçimi isə onların diapazonu ilə müəyyən edilir. Daha güclü 
s
əs  əsas, nisbətən zəif səs isə  ikinci dərəcəli səs kimi qəbul edilir. 
Odur ki, s
əs  yazılarkən bir qədər  ehtiyyatlı  olmalı  və  səsləri 
qulaqlarınızla  tənzimləməyi  bacarmalısınız.  Hansı  səsi  aydın 
eşidirsinizsə, o səs də mikrofonda əsas səs kimi qəbul olunur. Əgər 
müsahib
ə  və  stəndap  zamanı  kənar səslərin sizə  lazım  olan  səsi 
batırdığını, yaxud üstələdiyini hiss edirsinizsə, prosesi dayandırın və 
ikinci d
əfə təkrar edin. Yadda saxlayın ki, montaj otağı sehirli qutu 
deyil v
ə  montaj  zamanı  səsdə  yalnız  kiçik  qüsurları  aradan 
qaldırmaq mümkündür;  
   
 
VIII FƏSİL. TV-DƏ MÜSAHİBƏ 
 
8.1. Televiziyada müsahib
ə 


 
 
Müsahib
ə operativ informativ janrların ən geniş yayılmış növlərindən biridir. 
Xarakter  etibarı  ilə  sintetik janr olan müsahibə  özlüyündə  xəbər,  hesabat,  şərh, 
icmal, oçerk v
ə  s. növlərin xüsusiyyətlərini birləşdirir. Müsahibənin müsahibə 
monoloq, müsahib
ə  dialoq, müsahibə  anket, müsahibə  sorğu,  qrup  halında 
müsahib
ə, müsahibə xəbər, müsahibə rəy, müsahibə şərh, həmçinin, informasiyalı 
müsahib
ə, protokol müsahibə, müsahibə  portret, problem müsahibə  və  s. kimi 
növl
əri də var. İstər xəbər daxilində, istər reportajda, istərsə də analitik və ya bədii 
s
ənədli janrlarda müntəzəm  olaraq  geniş  istifadə  olunan müsahibə  tamaşaçıya 
hadis
ə  barədə  ətraflı  məlumat  əldə  etməyə,  informasiyanı  birbaşa  mənbədən 
almağa imkan yaradır.  
 
İngilis  dilində  “interview”  –  görüş,  söhbət mənasını  ifadə  edən müsahibə 
yalnız informasiya vermir, həm də jurnalist və ekran qarşısında əyləşən milyonlarla 
tamaşaçı  auditoriyası  üçün  yeni  tanışlıqlara,  münasibətlərə,  əksər hallarda isə 
tanınmış  insanların,  hamı  üçün  böyük  maraq  doğuran  ictimai,  siyasi,  yaxud 
m
ədəniyyət xadimlərinin daxili dünyasına yol açır, həmin insanları tamamilə fərqli 
rakursdan ictimaiyy
ətə təqdim edir. Müsahibə janrını geniş auditoriyaya sevdirən 
d
ə daha çox bu keyfiyyətidir.  
 
Müsahib
ə  janrı  həm də  maraqlı  söhbət, aktiv fəaliyyət və  qarşılıqlı 
münasib
ətlər  sferasıdır.  Burda  jurnalist  həm ekspert, həm təşkilatçı,  həm də 
maraqlı  həmsöhbət  obrazına  girir.  Müsahibə  konkret suallar verməklə  bir növ 
söhb
ətin mövzusunu müəyyən edən, qarşı tərəfin fikirlərinə istər söz, istərsə də jest 
v
ə  mimikalarla münasibət bildirən,  söhbətin  inkişaf  istiqamətlərini 

əyyənləşdirən jurnalist, müsahiblə  tamaşaçı  arasında  bir  növ  körpü  rolunu 
oynayır. O, müsahibə ünvanladığı bütün suallarda ictimai maraqdan çıxış etməli və 
yalnız  tamaşaçını  maraqlandıran  sualları  qarşı  tərəfə  ünvanlamalıdır.  Lakin 
müsahib
ə zamanı önəm verilən prinsiplər yalnız bununla məhdudlaşmır. Müsahibə 
prosesinin  uğurla  başa  çatması,  zəruri  informasiyaların  əldə  edilməsi və  ən 
n
əhayət, müsahiblə  münasibətlərin istənilən səviyyədə  qurulması  üçün  jurnalist 
müsahib
ənin texnologiyasını öyrənməli və önəmli prinsiplərə əməl etməlidir.  


Jurnalistikan
ın  ən çətin janrı  müsahibədir. Sualları  düşünərək verən və 
müsahibd
ən cavabları peşəkarcasına alan jurnalist bacarıqlı jurnalistdir. Dünyada 2 
tip jurnalist var. Jurnalist var ki, müsahib
əyə hazırlaşır. Jurnalist də var ki, onun 
müsahib
əsinə  hazırlaşırlar.  Əgər siz müsahibəsinə
 
hazırlaşılan  jurnalistlərdən 
olsan
ız,  bu  sizin  uğurunuzdur.  Belə  ki, müsahib sizdən, verəcəyiniz suallardan 
ç
əkinir və sizin müsahibənizə də ciddi hazırlaşır.  
U
ğurlu müsahibə sizin necə hazırlaşmağınızdan asılıdır və burda məlumatlı 
olmaq çox ön
əmlidir. Siz müsahib haqqında hər  şeyi  bilməlisiniz. Məlumatlı 
olmaq sizin 
ən  böyük üstünlüyünüzdür.  Görüşəcəyiniz  insanın  harda  doğulmağı, 
yaşı, təhsili barədə  məlumatlar elə  də  ciddi  əhəmiyyət  daşımır.  Lakin həmin 
m
əlumatlar onun düşüncə tərzi, həyat fəlsəfəsi, psixologiyası, dünyada və ölkədə 
baş  verənlərə  münasibətini müəyyən etmək  və  ilkin təsəvvürə  malik olmaq 
baxımından  vacibdir.  Deməli,  uğurlu  müsahibənin qarantı  ilk növbədə  müsahib 
haqqında məlumat toplamaqdır.  
İkinci  məqam  dünyagörüşlü  və  erudisiyalı  olmaqdır. Yalnız savadlı  şəxs 
informasiyalardan yet
ərincə  istifadə  edə  və  xoş  həmsöhbət ola bilər. Sizinlə 
ist
ənilən mövzuda danışmaq xoş olmalıdır. Jurnalistin dünyagörüşü və erudisiyası 
müsahibin ona olan hörm
ət və etibarını artıracaq. Bu isə müsahibədə mühüm önəm 
k
əsb edir. Dünya liderlərindən müsahibə  almaq istəyirsinizsə,  sizin 
dünyagörüşünüz və erudisiyanız ən azı onların səviyyəsində olmalıdır.  
Üçüncü  m
əqam  suallarla  bağlıdır.  Sualları  əvvəlcədən hazırlamaq olduqca 
vacibdir v
ə  həmin sualları  əvvəlcədən müsahibə  göndərməyə  borclusunuz.  Əks 
halda qarşı tərəf sizə  müsahibə verməkdən imtina edəcək. Təbii, burda müəyyən 
istisnalar  da  var.  Əvvəla,  operativ müsahibələr  zamanı  sualları  əvvəlcədən  qarşı 
t
ərəfə  təqdim etmək  mümkün  deyil.  İkincisi,  müsahiblə  görüşdə  əlavə  suallar 
ortaya ç
ıxacaq. Üçüncüsü isə, müsahibdən  daha  maraqlı  cavablar almaq üçün 
jurnalist  onu  birbaşa  olaraq  düşündürən, ictimai önəm kəsb edən, müsahib üçün 
arzuolunmaz  sayılan  önəmli  sualları  ümumi  söhbət  fonunda gizlətməlidir.  Ağıllı 
sual ist
ənilən məsələ ilə bağlı tam cavabın alınmasına səbəb olur.  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə