“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə46/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

-
 
Cavablar bir – birin
ə qarışacaq və əgər siz yalnız bir sualın cavabını 
seçm
ək və hər sualdan ayrı – ayrılıqda istifadə etmək istəyirsinizsə 
bu, mümkün olmayacaq; 
-
 
Müsahibiniz h
ər  iki  sualı  əhatə  etmək  üçün  daha  çox  danışığa 
üstünlük ver
əcək və  montaj  zamanı  onun  çıxışını  qısaltmaqda 
ç
ətinlik çəkəcəksiniz; 
 
8.6. Müsahib
ə zamanı diqqət yayındıran hərəkətlər 
 
Müsahib
ə zamanı adi bir hərəkət və  detal tamaşaçının, müsahibin diqqətini 
yayındıra  bilər. Hətta  müsahibin  görünüşü  belə  informasiyanın  düzgün 
qavranılmasına, xəbərin dəqiq çatdırılmasına bilavasitə təsir göstərir, tamaşaçıya 
əlavə  informasiya verir. Odur ki, müsahibin kimliyi və  müsahibin  danışdığı 
mövzu onun  geyimi il
ə  düz mütənasiblik təşkil  etməli,  uyğunluq  olmalıdır. 
Ümumiyy
ətlə, müsahibə  zamanı  diqqət  yayındıran  hərəkətləri  aşağıdakı  kimi 
qruplaşdırmaq olar: 
-
 
Müsahibin cavablarına aravermədən baş yelləmək; 
-
 
Üzünü kameradan çevirm
ək; 
-
 
Ağızda saqqız çeynəyərək danışmaq; 
-
 
Qeyri-adi geyim v
ə  ya saç düzümü ilə  kamera  qarşısında 
dayanmaq; 
-
 
Eyn
əklə (gün eynəyi ilə) kamera qarşısında dayanmaq; 
-
 
Arxa  fonun  qarışıq  və  müxtəlif rənglərdən,  çoxsaylı  detallardan 
ibar
ət olması; 
-
 
Danışıqda  jest  və  mimikalardan, çətin  anlaşılan  mürəkkəb 
sözl
ərdən və söz birləşmələrindən yersiz istifadə etmək;  
Qeyd olunanlara yalnız müsahiblər deyil, jurnalistlər də əməl etməli, istər 
müsahib
ə, istərsə də stəndap zamanı diqqətli olmalı, həmin neqativ amillərə yol 
verm
əməyə çalışmalıdırlar.     
 


8.7. Sonluq... 
 
Müsahib
ənin  sonluğu  yuxarıda  da  qeyd  etdiyimiz  kimi  nikbin  notlarla 
bitm
əli, jurnalist nəyin  bahasına  olursa  olsun  informatoru  itirməməyə  və 
müsahibl
ə  münasibətləri  korlamamağa  çalışmalıdır.  Müsahibənin  sonluğunda 
ümumi suallar, daha çox müs
ahibin maraqlarına cavab verən məqamlar üzərində 
qurulmalıdır.  Lakin  müsahibə  prosesinin yekununda jurnalist digər üç mühüm 
m
əsələni reallaşdırmalıdır. 

Müsahibin adını, soyadını və vəzifəsini dəqiqləşdirmək - əksər hallarda 
insanların  adı  və  soyadı  tələffüz  olunduğu  kimi  yazılmır.  Başqa  sözlə, 
t
ələffüzdə  deyilən sözlər  yazı  zamanı  fərqli formada təqdim olunur. 
Razılaşaq  ki,  ad  və  soyad məsələsində  bəzi hallarda qrammatik tələblər 
bel
ə nəzərə alınmır. Digər hallarda isə ad və soyadlar bir – birlərinə o qədər 
b
ənzəyir  ki,  onların  hansının  düz  olduğunu  müəyyən etməkdə  çətinliklər 
yaranır.  Məsələn: Abbasov -  Abasov, Rafiq –  Rafik  -  Raqif, Rahim – 
R
əhim, Aminə  -  Əminə  və  s. Bu cür problemlərlə  qarşılaşmamaq  və 
sonradan h
ər  hansı  peşimançılıq  hissi  keçirməmək üçün müsahiblərinizin 
ad v
ə soyadlarını yazılı formada dəqiqləşdirin.  
Əksər hallarda titrlərdə  və  şifahi  təqdimatda müsahibin vəzifəsi də 
yanlış  yazılır.  Bu  isə  qarşı  tərəfin  haqlı  narazılğına  səbəb olur. Odur ki, 
diqq
ətli olun. Ad və soyadla yanaşı, müsahibin vəzifəsini də onun özündən 
d
əqiqləşdirsəniz, efirə  gedəcək  yanlışlığın  qarşısını  vaxtında  almış 
olarsınız. 
-  Müsahibin telefon nömr
əsini götürmək – Çox zaman hadisə yerindən 
v
ə  ya müsahibədən  qayıtdıqdan  sonra  əlavə  suallar və  aydınlaşdırmaq 
ist
ədiyiniz məqamlar  ortaya  çıxır.  Lakin  hər dəfə  yenidən çəkiliş 
meydançasına  qayıtmaq  və  ya hadisə  yerinə  yollanmaq sadəcə  olaraq 
mümkün deyil. Odur ki, ist
ər faktı dəqiqləşdirmək, istər əlavə informasiya 
toplamaq, ist
ərsə  də  müsahiblə  gələcəkdə  də  əlaqə  saxlamaq  üçün onun 
telefon nömr
əsini götürməyiniz zəruridir.  


- Material efir
ə gedənə qədər müsahibin harada olacağını soruşun – İlk 
baxışdan  qəribə  görünə  biləcək  bu  prinsip  sizi  xoşagəlməz sürprizlərdən 
xilas ed
əcək. Belə  ki, müsahibin bir və  iki saatdan sonra ölkəni tərk 
ed
əcəyi, yaxud ucqar rayona gedəcəyi məlumdursa, deməli sizin də 
sonradan yarana bil
əcək sualları dəqiqləşdirmək, hər hansı məsələ ilə bağlı 
müsahibin fikrini öyr
ənmək üçün bir o qədər vaxtınız var. 
     
 
8.8. Reportyor komandası müsahibə prosesində  
 
Müsahib
ənin nə dərəcədə uğurlu alınması reportyor komandasının uğurlu və 
peşəkar fəaliyyətindən, məqsədyönlü işindən bilavasitə asıldır. Odur ki, öz işi ilə 
bağlı tələb olunan məsələləri yerinə yetirən reportyor teleoperatorla görüşməli və 
müsahib
ənin mövzusu, çəkilişin məkanı, vaxtı, tələb olunacaq texniki avadanlıqlar 
bar
ədə  ona  məlumat verməlidir. Müsahibəyə  yollanmazdan  əvvəl jurnalistlə 
operator arasında gedən peşəkar dialoqun əsas punktları aşağıdakılardır: 
-
 
Jurnalist  teleoperatora müsahib
ənin obyekti və  mövzusu barədə 
m
əlumat verməlidir
-
 
Jurnalist müsahib
ə  prosesinin hansı  şəraitdə  (qapalı, yaxud açıq) 
apar
ılacağını teleoperatora bildirməlidir; 
-
 
Jurnalist hans
ı mikrofon növündən istifadə edəcəyini teleoperatora 
dem
əli və  həmin mikrofonun bazada yoxlanılmasını  ondan tələb 
etm
əlidir;  
-
 
Jurnalist müsahib
ənin təxmini uzunluğu barədə məlumat verməli və 
prosesin  vaxtına  görə  zəruri olan texniki avadanlıqların 
götürülm
əsini tələb etməlidir;     
 
8.9.  Materialda müsahib
ədən düzgün istifadənin və  müsahibəni  qisaltmağın 
yolları 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə